Icma.az
close
up
RU
“Ramiz Mehdiyev və Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhdi nifrətlə qarşılanır”

“Ramiz Mehdiyev və Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhdi nifrətlə qarşılanır”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan xalqı tarix boyu çoxsaylı sınaqlardan keçmişdir. Zəfərlərlə yanaşı, xəyanətlərə də şahid olmuşuq. Bu gün isə dövlətimiz azad və müstəqildir. Bu müstəqillik, Azərbaycan xalqının öz tarixinin uğurlu davamı, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı düşünülmüş və strateji siyasətinin, güclü ordumuzun və xalqımızın birliyinin nəticəsidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O bildirib ki, 30 ildən sonra torpaqlarımız işğaldan azad edilib, ölkədə siyasi sabitlik hökm sürür, iqtisadi inkişaf müşahidə olunur, insanların həyat səviyyəsi gündən-günə yaxşılaşır:
“İşğaldan azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işləri aparılır, Azərbaycan nüfuzu dünya miqyasında artır. Ölkəmiz bu gün bir çox mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan xalqı bu uğurlarla haqlı olaraq qürur duyur. 
Təəssüflər olsun ki, belə bir vaxtda da həm xaricdə, həm də daxildə ölkəmizə qarşı yönəlmiş məkrli qüvvələr var.  Bu gün də onlar eyni xətt üzrə davam edirlər. Amma bilməlidirlər ki, Azərbaycan dövləti güclüdür, hüquq-mühafizə orqanlarımız ayıq-sayıqdır və istənilən təxribatın qarşısını almağa qadirdirlər. Ölkə rəhbərinin siyasi iradəsi və düzgün idarəçiliyi nəticəsində bu kimi xəyanətlərə yer olmayacaq. Dövlətə, xalqa, vətənə xəyanət edən hər bir şəxs qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq”. 
Millət vəkili qeyd edib ki, bu da istintaqın nəticələri ilə tam şəkildə sübut olunacaq:
“Ramiz Mehdiyev, Əli Kərimli və onların ətrafında olan bəzi şəxslərin dövlətə xəyanət yolu tutması, hakimiyyəti zorla ələ keçirməyə cəhd etməsi xalq tərəfindən qətiyyətlə pislənir və nifrətlə qarşılanır. İstintaq orqanları tərəfindən aparılan araşdırmalar göstərir ki, bu cəhdlər realdır və istintaqa cəlb olunan şəxslərin ifadələri, əldə olunan sübutlar bunu tam aydın şəkildə təsdiqləyir. Dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir və bu cinayətin bağışlanması mümkün deyil. 
Təəssüf ki, bəzi insanlar şəxsi maraqlar naminə vəzifədən, vəsaitdən, hakimiyyətdən sui-istifadə edərək ölkəni xaosa sürükləməyə çalışırlar. Vaxtilə vətənpərvərlikdən, sadiqlikdən danışan, illərlə yüksək vəzifələrdə olmuş Ramiz Mehdiyev və özünü guya müxalifət adlandıran, əslində isə xarici dairələrin və daxildəki bədbəxtlərin əlaltısına çevrilmiş Əli Kərimli bu gün öz əməlləri ilə əsl simalarını bir daha göstərmiş olurlar. 
İndi istintaq gedir, araşdırmalar aparılır və bir çox faktlar üzə çıxır. Xalq Cəbhəsi Partiyasının rəhbərləri iddia etsələr də ki, guya zorla hakimiyyəti ələ keçirmək niyyətləri olmayıb, bu sadəcə yalandır. Həmin təşkilat yaranandan bəri hakimiyyətə zorla gəlmək cəhdləri olub”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri