Icma.az
close
up
RU
Hakimlərin süni intellektlə əvəzlənməsi ilə ƏDALƏT ZƏFƏR ÇALAR Çox hakimlər kimi vicdanı olmasa da, süni intellektin qərəzi də yoxdur/FOTOLAR

Hakimlərin süni intellektlə əvəzlənməsi ilə ƏDALƏT ZƏFƏR ÇALAR Çox hakimlər kimi vicdanı olmasa da, süni intellektin qərəzi də yoxdur/FOTOLAR

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Məhkəmə qərarlarının icra olunmamasının günahı da hakim qərəzindən, “vicdan terrorundan” qaynaqlanır.

Bu misra jurnalist Məğrur Bədəlsoyun Yenieber.org-a ünvanladığı yazıda yer alır. 

Məlum aktuallığını nəzərə alıb, yazını olduğu kimi, dərc edirik: 

“Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”. Bu, Azərbaycan Bayrağı önündə hakimin içdiyi anddır. Nə yazıq, çox hakimlər yüksək hakim adını, andını 3-5 manatın qarşılığında elə ləkələyir ki, (hakim gələndə) insan QALXMAQ , UCALMAQ yerinə, utandığından YERƏ GİRMƏYƏ can atır. “Elektron məhkəmə” sisteminin tətbiqi də dada çatmadı, məhkəmələr bu sistemi özbaşınalıqlarına alət edib, şəbəkə cinayəti ilə hətta iddiaları, şikayətləri saxtalaşdırır, məhkəməyə müraciətdən imtina edirlər. Təsəvvür edin, Bakı Apellyasiya Məhkəməsinin (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə)busətirlərinyazarı 1-ci dərəcəli Qarabağ qazisini əlil yatağında məhkəməyə iddia (?-apellyasiya instansiyasına iddia verilmir- M.B.) verdiyinə görə 400 manat cərimə etməsindən Yasamal məhkəməsində ƏLİLQAZİ ADININ müdafiəsi ilə bağlı qaldırılan iddianın tələb hissəsini məhkəmə sədri (?-sədrin razılığı olmadan bu cinayətə heç kim getməz- M. B.) sildirib. Təbii ki, cavabdeh Bakı AM-in həmkar sifarişi ilə. Yasamal məhkəməsinin (h. Aytəkin Əsədzadəərizənin qəbulundan “iddia tələbinin olmaması” əsası ilə imtina qərardadından şikayət cavabdehin özünə, yüksək hakim adını 400 manatlıq cərimə aktı ilə aşağılayan “troyka”ya sədrin TƏSADÜFİ SEÇİMİ ilə verilib. (Bütün şikayətlər TƏSADÜFİ SEÇİMLƏ Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqov və Rafael Eyvazov (Fuad Abdıyev), Fuad Babayev, Cəmilə Musayeva üçlüklərinə verilir) Ali Məhkəmə etirazı təmin edərək (axırı, bircə dəfə etiraza baxılıb) işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Bu arada cavabdeh (Fuad Abdıyev, Fuad Babayev, Cəmilə Musayeva) iddiaçı qazini məhkəmə VƏKİLLƏ TƏMİNATINA ərizə verdiyinə görə 100 manat da cərimə edib. (?). Lakin Sumqayıt AM (s/e Afiq Hüseynzadə, Fuad Məmmədov, Səyyad Qafarinə şəbəkə cinayətinə qiymət verib, nə şikayətin dəlillərinə baxıb; kassasiya hüququnun olmadığını da qərara alaraq həmkarlıq hakimliyi ilə “bakılıkolleqalarının apellyasiya dələduzluğunu” qüvvədə saxlayıb.İndi yolumuz Konstitusiya Məhkəməsinədir, di gəl, o da bəhanə tapacaq ki, yalnız (?) Ali Məhkəmənin qərarlarından şikayətlərə baxır. Ya da şikayəti it-bata salacaq. Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə təminatı, hüquqi yardım hüququna qadağa qoyan 3 aktından şikayətin 3-ü də 1,5 ildir “yoxa çıxıb”.

Məhkəmə qərarlarının icra olunmamasının günahı da hakim qərəzindən, “vicdan terrorundan” qaynaqlanır. Məhkəmə (hakimləri) qəbul etdiyi qərarın icrasını nəinki təmin edir, əksinə icraya da, tələbkarın ərizəsinin qəbuluna da qadağa qoyur. Amma Qarabağ qazisinin yatağında 400 +300 +100 manat cərimə edilməsinə 3saxta İCRA SƏNƏDİ ANINDA tərtib edilir, GECƏ İLƏ İCRA MƏMURU (Sevinc QurbanovaƏlihüseyn Aslanov) İCRAATA BAŞLAYIR!(??). Özü də “Elektron məhkəmə” sistemində məhkəmə qərarlarının icrası üçün çevik mexanizm yaradılmayıb, amma hakimlər özləri istədikdə anında sistemdə icra vərəqi də yerləşdirir, onu icraya da yönəldir. Bəs sıradan tələbkar 17-ci ildir icra olunmayan 10 (!) məhkəmə qərarının icrasına necə nail olsun“Elektron məhkəmə” sistemi heç ərizələri qəbul etmir, heç qəbul edəndə də işin növünü “məhkəmə qərarlarının icrası” kimi qeydə almır, hansı elektron əlçatanlıqdan danışmaq olar?

 Fikrimizcə, məhkəmə hüquq sistemində süni intellektin tətbiqi qaçılmazdır. Həm ədalət zəfər çalar, həm də büdcə qazanar. Özünüz hesablayın, rəsmi statistika 800 hakim (648-i fəaliyyət göstərir) ştatını qeydə alıb, texniki işçilərlə birlikdə 2000 nəfər büdcədən ayda ortalıq 10 milyon manat, ildə 120 milyon manat gəlir əldə edir. Ədalətə gəldikdə isə məhkəmələrin çoxu vicdan hissini itirir, qərəzini işə salır süni intellektin isə vicdanı olmasa da, qərəzi də yoxdur, “beyninə” yerləşdirilən Konstitusiya maddələrinə, yerli və beynəlxalq aktlara uyğun obyektiv qərar çıxaracağı şübhəsizdir. Bir də onsuz da məhkəmə icraatı tərəflər çağırılmadan yazılı qaydada həyata keçirilirsə, hakim nəyi araşdırır, vəkilin məcburi iştirakı nəyə gərəkir? Futbolda olduğu kimi VAR -MHŞ (MƏHKƏMƏ HÜQUQ ŞURASI) da operativlik bir yana, heç yardıma çatmır, hakimlər normativ aktları, Konstitusiyanı qərəzlərinə uyğun eybəcər şəklə salırlar, hətta kassasiya şikayəti vermək üçün vəkil ayrılmasından da qərəzlə imtina edirlər. Qərəzə baxın, Nəsimi məhkəməsinin hakimi Vüsalə Musayeva ABB-yə qarşı işdə ərizə verilmədiyi halda iddiaçı Qarabağ qazisinə dövlət hesabına vəkil (Ayaz Məmmədzadə) ayırıb və “məhkumun müdafiəsi adına” büdcədən göstərilməyən xidmətə görə 77 manat yeyilib. Bakı AM-in MK-sı (s/e Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva) isə nə qərəzli tərkibə edilən etiraza (məhkəməyə müraciətə görə 400 manat, hüquqi yardım istədiyinə görə 100 manatlıq cərimə tətbiq edən heyətdən qərəzdən özgə nə gözləmək olar?) baxılıb, nə də kassasiya şikayəti verməyə vəkil ayırmır ki, büdcə ziyan çəkəcək, Qarabağ qazisinin pensiyası, gəlirləri vəkilin göstərmədiyi xidmətin haqqını ödəməyə çatar.Süni intellekt belə qərəzli ayrı-seçkilik edər? Əsla!

Xumar Mərdanova, Vahid Sadıqov (s/e), Sabit Bəhrəmzadə üçlüyükassasiya hüququna qadağanın daha “effektiv” növünü tapıb. İddianın qiymətini, predmetini iddiaçı müıyyən etdiyi halda , özləri predmeti də, qiyməti də özbaşına dəyişib kassasiya şikayətinin nəzərdə tutulmadığını qəraraalıb. Halbuki iddianın predmetini cavabdeh Bakı mobil operatorunun əlil-istehlakçı hüququnu pozmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi təşkil edir. İlginc özbaşınalıq odur ki, Vahid Sadıqov eyni işdə bir il qabaq da sədrlik edən hakim olub, indi də. Ötən il də cavabdehə vəkillik edib, bu il də. Hər ikisində cavabdeh məhkəməni uzaqdan idarə edib. Süni intellekt qıraqdan idarə oluna bilər? Əsla!

Faktlar çoxdur, hamısını sadalasaq, bir qəzet səhifəsinə sığmaz. Bircə onu vurğulayaq ki, Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) həmin mobil operatorun vurduğu ortalıq 100 manatlıq ziyanı tələb edən iddiaçını üçqat 300 manat cərimə edib ki, süründürməçiliyə görə hakimə etirazı şəxsi kabinetdən təqdim edib. (?) Necə deyərlər, nə yemisən, turşulu aş. Məhkəməyə pozulmuş hüququnu müdafiə etməyə ərizə verirsən və nəinki müdafiə olunursan, əksinə, üçqat məbləğdə cərimə olunursan. Bunun nəyi məhkəmə müdafiəsi oldu? Süni intellekt belə qərəz göstərər? Əsla!

İndi söz “ASAN”ın yaradıcısı MHŞ sədrinindir: MƏHKƏMƏ HÜQUQ SİSTEMİNİ “ASAN” ETMƏK, SÜNİ İNTELLEKTİ TƏTBİQ ETMƏK OLARMI? Əsla “əsla” deməyin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri