Icma.az
close
up
RU
“Halal sənayesi bu gün qlobal dayanıqlılığın və etik dəyərlərin əsas mənbəyinə çevrilir” İƏT rəsmisi

“Halal sənayesi bu gün qlobal dayanıqlılığın və etik dəyərlərin əsas mənbəyinə çevrilir” İƏT rəsmisi

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"II Azərbaycan Halal Biznes Forumu Azərbaycan Respublikasının gözəl şəhərində keçirilir. İlk növbədə, Azərbaycan Hökumətinə, xüsusilə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA), CESREC və CIMIC təşkilatlarına bu forumun yüksək səviyyədə təşkilinə və onun uğurla keçirilməsi üçün yaradılmış şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Həmçinin foruma qatılan bütün iştirakçıları səmimiyyətlə salamlayıram. Sizin iştirakınız bu tədbiri daha da mənalı və əlamətdar edir”. SİA xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi, Səudiyyə Ərəbistanını təmsil edən dr.Saleh Əl-Suhan 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu forumun keçirilməsi regionda və dünyada halal sənayesinin inkişafı baxımından mühüm hadisədir: “Biz burada yalnız Azərbaycanın deyil, bütövlükdə regionun halal sənayesinin gələcəyinin formalaşmasına töhfə veririk. Ötən il Bakıda keçirilmiş ilk forum uğurlu başlanğıc oldu. Bu gün isə həmin təşəbbüsün daha geniş miqyasda davam etdiyini görürük. Bu, təşkilatçı komandanın peşəkarlığının və uzaqgörənliyinin göstəricisidir”.

Dr. Saleh Əl-Suhan vurğulayıb ki, “halal” anlayışı artıq yalnız dini bir məfhum deyil, qlobal bir keyfiyyət və etika simvoluna çevrilib: “Halal brendi bu gün dünyada saflığın, keyfiyyətin və məsuliyyətli istehsalın göstəricisidir. SESRI-nin məlumatına görə, halal sənayesi son illərdə 47 faiz artım nümayiş etdirib. 2014-cü ildə 3,2 trilyon ABŞ dolları olan bazar dəyəri 2020-ci ildə 4,7 trilyon dollara yüksəlib və bu artım dinamikası davam edir”.

O əlavə edib ki, halal sənayesi yalnız 1,9 milyard müsəlman üçün deyil, bütün bəşəriyyət üçün geniş iqtisadi imkanlar yaradır: “Bu gün halal iqtisadiyyatının inkişafı dayanıqlı və inklüziv böyümənin əsas amilinə çevrilib. Bu baxımdan, hökumətlər, biznes strukturları və cəmiyyətlər arasında daha sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”.

İƏT rəsmisi həmçinin yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyatın halal sənayesinə inteqrasiyasının zəruriliyini vurğulayıb: “Biz rəqəmsal dövrün çağırışlarına uyğunlaşmalı, gənc sahibkarların və etik liderlərin yetişdirilməsinə sərmayə qoymalıyıq. Yalnız bu halda halal sənayesi həm iqtisadi, həm də mənəvi baxımdan dayanıqlı inkişafın nümunəsinə çevriləcək”.

Dr.Saleh Əl-Suhan çıxışının sonunda bildirib ki, “halal prinsiplərinə əsaslanan iqtisadi model yalnız ədalətli deyil, həm də gələcək nəsillərin rifahını təmin edən sistemdir”, və forumun bu istiqamətdə yeni əməkdaşlıq imkanları yaradacağına inamını ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri