Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Halit Hamzaoğlu: Rəqəmsal İpək Yolu qlobal məlumat axınının strateji dayağına çevrilir

Halit Hamzaoğlu: Rəqəmsal İpək Yolu qlobal məlumat axınının strateji dayağına çevrilir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Bir Kəmər Bir Yol təşəbbüsünün tərkib hissəsi olan Rəqəmsal İpək Yolu qlobal məlumat axınının təhlükəsiz və dayanıqlı şəkildə təşkili baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, Qars Qafqaz Universitetinin müəllimi Halit Hamzaoğlu məlumat verib.

O bildirib ki, layihə Çin tərəfindən 2015-ci ildə irəli sürülüb və əsas məqsədi informasiya texnologiyalarının ötürülməsi, rəqəmsal ticarətin genişləndirilməsi və yeni nəsil fiber-optik bağlantıların yaradılmasıdır. Onun sözlərinə görə, Rəqəmsal İpək Yolu təşəbbüsü bir tərəfdən Çin ilə inkişaf etməkdə olan ölkələr arasında rəqəmsal inteqrasiyanı gücləndirir, digər tərəfdən isə yeni rəqəmsal məlumat dəhlizinin (data koridoru) formalaşmasına xidmət edir.

Ekspert vurğulayıb ki, layihə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Gürcüstan ərazisindən keçməklə Türk Dünyası daxilində vahid rəqəmsal şəbəkə yaradır.

“Türk Dövlətləri Təşkilatı 2022-2026 Strateji Sənədində həmin təşəbbüsü xüsusi prioritet kimi dəyərləndirib və yüksək sürətli fiber-optik xətlərin çəkilməsini əsas hədəflərdən biri kimi müəyyən edib.

Trans-Xəzər Fiber Optik Kabel Xəttindən danışan Halit Hamzaoğlu bildirib ki, bu layihə Rəqəmsal İpək Yolunun təməl sütunlarından biridir. Azərbaycan 2018-ci ildə bu təşəbbüsə start verib və Xəzərin dibi ilə fiber-optik magistral xəttin çəkilməsi nəzərdə tutulub.

“380 kilometrlik kabel xətti Sumqayıtla Aktau arasında qurulacaq və ötürmə tutumu 400 Tbit/s olacaq. Bu isə regionun rəqəmsal güc balansını dəyişdirə bilər. Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan tərəfindən “AzerTelecom”, Qazaxıstan tərəfindən isə “Kazakhtelecom” şirkətləri tərəfindən həyata keçirilir. Layihə Türk Dünyasının qlobal internet bağlantısında yeni mərhələ açır və regionun artan rəqəmsal trafik ehtiyaclarını qarşılayan mühüm infrastruktur platforması kimi çıxış edir”, - deyə H.Hamzaoğlu deyib.

Ekspert bildirib ki, Trans-Xəzər Fiber-Optik Kabel Xətti Xəzər dənizinin dibi ilə çəkilən xətt vasitəsilə Orta Asiya ölkələrinin Azərbaycan üzərindən Türkiyə və Avropaya birbaşa çıxışını təmin etməyi hədəfləyir. Bu, həm regional inteqrasiyanı, həm də qlobal rəqəmsal məlumat axınında təhlükəsiz və sürətli bağlantını təmin edən mühüm strateji addımdır: “Azərbaycan qlobal rəqəmsal trafikin (rəqəsal axının) kəsişmə nöqtəsində yerləşən ölkə kimi layihənin mərkəzində dayanır və həlledici rol oynayır. Trans-Xəzər Fiber-Optik Kabel Xətti Azərbaycanın Asiya və Avropa arasında rəqəmsal məlumat mərkəzinə - data-hub platformasına çevrilməsi üçün geniş imkanlar yaradır”.

Halit Hamzaoğlu diqqətə çatdırıb ki Azərbaycan çoxşaxəli və sistemli rəqəmsal diplomatiya həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi rəqəmsallaşma sahəsində də ardıcıl islahatlar aparılır və müasir texnoloji infrastruktur formalaşdırılır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə ciddi təkan verir.

“Trans-Xəzər Fiber-Optik Kabel Xətti yalnız regional əməkdaşlıq baxımından deyil, həm də qlobal səviyyədə məlumat təhlükəsizliyinin təmin olunmasında xüsusi strateji əhəmiyyəti ilə seçilir. Layihə Azərbaycanın beynəlxalq rəqəmsal məkanın formalaşdırılmasında aparıcı oyunçular sırasında yer aldığını bir daha təsdiqləyir”, - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri