Icma.az
close
up
RU
Haloklin effekti Okean suları niyə qarışmır? Maraqlı KONKRET

Haloklin effekti Okean suları niyə qarışmır? Maraqlı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Müxtəlif dənizlərin və okeanların sərhədlərində baş verənlər maraqlı və yaddaqalan görüntülər yaradır. Okeanların qovuşduğu məkanlarda  fərqli  mənzərə hər kəsin diqqətini cəlb edir. Çoxları elə hesab edir ki, okean sularının qarışmasına mane olan hansısa mifik qüvvə var.

Sakit və Atlantik okeanlarının sərhəddi

Təqdim olunan fotoşəkil Sakit və Atlantik okeanları arasındakı sərhədi göstərir. Amma maraqlıdır ki, onların suları biri-birilərinə qarışmır. Bu suala cavab axtarmaq üçün mütəxəssislər araşdırma aparıb və müəyyən ediblər ki, əslində burada hər hansı mifologiyanın rolu yoxdur. Sadəcə okean sularının biri-birilərinə qarışmamasına səbəb suyun tərkibindəki kimyəvi fərqlilikdir. Hidroloqların araşdırmaları sübut edib ki, sakit və Atlantik okeanın suları duzluluq və sıxlıq baxımından bir-birindən əhəmiyyətli dərəcədə  fərqlənir. Eyni zamanda bunlar arasında  temperatur amili də mühüm rol oynayır. Ona görə də, okean  suları qarışa bilməz. Təbiətdə baş verən bu hasisənin adı haloklindir.

Haloklin dəniz suyunun müxtəlif duzluluq səviyyəsinə malik təbəqələri arasındakı sərhəddir . Suyun duzluluğu (duz miqdarı) “‰” simvolu ilə göstərilən ppm (mində) ilə ölçülür. Sakit okeanda bir litr suyun tərkibində – 34,9 ‰, Atlantikada isə -35,4 ‰ var. Duzun tərkibindəki  cüzi fərq belə, bu okeanların sularının tam qarışmasına mane olur. Nəticədə, onların sərhədində belə heyrətamiz mənzərəni müşahidə edə bilərik.

Baltik və Şimal dənizinin sərhəddi

Eyni dərəcədə təsir edici haloklin effekti Danimarkada yerləşən Skagen kurort şəhərinin sahillərində müşahidə olunur. Bu nöqtədə Baltik və Şimal dənizi birləşir. Dəniz suları müxtəlif sıxlıqlara malikdir və buna görə də onların duz tərkibi fərqlidir. Bu, sərhəd sahil zolağından adi gözlə aydın görünür. Heyrətamiz təbii effektə görə yerli sakinlər bu ərazini “dünyanın sonu” adlandırırlar.

Skagen (Danimarka) şəhərində “dünyanın sonu”

Skagen şəhəri Danimarkanın şimal nöqtəsində yerləşir. 18-ci əsrin ortalarında tikilmiş kiçik kilsə istisna olmaqla, şəhərdə diqqəti cəlb edə biləcək əhəmiyyətli attraksionlar yoxdur. Turistlər yalnız Skagenə iki dənizin sərhədini öz gözləri ilə görmək məqsədi ilə gəlirlər.

Cəbəllütariq boğazında Aralıq dənizi ilə Atlantik okeanı arasındakı sərhəd

Bu fotoşəkil Aralıq dənizinin Atlantik okeanı ilə Cəbəllütariq boğazında birləşdiyi ərazini əks etdirir. Bu sular da kimyəvi tərkibi və temperatur şəraiti fərqli olduğuna görə bir-birinə qarışmır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:416
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri