Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Berlin, 24 may, AZƏRTAC
Almaniyanın Hamburq şəhərinin mərkəzi dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində indiyə olan məlumata görə 17 nəfər xəsarət alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hücumu törədən şəxs – 39 yaşlı qadın saxlanılıb. Almaniya vətəndaşı olan qadın perronda qarşısına çıxan şəxslərə xəsarətlər yetirib. Xəsarət alanların dəqiq sayı araşdırılır. Dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı dərhal genişmiqyaslı istintaq və xilasetmə tədbirləri həyata keçirilib. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılarkən polisə müqavimət göstərməyib. Hadisənin səbəbləri araşdırılır. Polis ilkin olaraq hücumun siyasi motivli cinayət ehtimalını istisna edərək, aktın təkbaşına törədilən hücum olduğunu ehtimal edir.
Almaniyanın Kansleri Fridrix Merts hadisədən dərhal sonra X platformasındakı səhifəsində paylaşım edərək dərin kədərini ifadə edib. Kansler Hamburqun meri ilə telefon əlaqəsi saxlayıb, vəziyyət və xəsarət alanların səhhəti ilə maraqlanıb.
Hamburq mərkəzi dəmir yolu vağzalı Almaniyanın ən çox istifadə olunan nəqliyyat qovşaqlarından biridir. 2023-cü il oktyabrın 1-dən vağzal ətrafında silah daşımaq qadağası qüvvədədir. 2024-cü ilin dekabrında şəhər Senatının qərarı ilə ictimai nəqliyyatda da bıçaq gəzdirmək qadağası tətbiq edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 May 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















