Icma.az
close
up
RU
Bakıda hamı velosiped sürəcək

Bakıda hamı velosiped sürəcək

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakıda hər gün tıxac problemi  ilə qarşılaşırıq. 

Şəhərdə avtobus zolaqlarının olması normaldır, çünki avtobus ictimai nəqliyyat vasitəsidir. Amma velosiped ictimai nəqliyyat sayılmadığından, onun üçün ayrıca yol ayrılmasına ehtiyac olub-olmadığı müzakirə mövzusudur. Velosiped zolaqları adətən boş qalır. Yəni gün ərzində bu yollardan cəmi bir-iki nəfərin istifadə etdiyi müşahidə olunur. 

Düzdür, velosiped yolları lazımlıdır, amma bunun üçün uyğun şərait yaradılmalıdır. Avropa ölkələrində velosipeddən geniş istifadə olunur, hətta nazirlər belə işə velosipedlə gedirlər. Lakin Bakıda yaradılan velosiped zolağının boş qalması cəmiyyət arasında suallar doğurur. Bu yollar bizə lazımdır? 

Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, velosiped yolları dövlət proqramı çərçivəsində salınıb. Onu sözlərinə görə, velosiped bizdə heç vaxt nəqliyyat vasitəsi kimi populyar olmayıb: 

“Velosiped yollarının çəkilməsi dövlət proqramında təsbit olunub. 2019-2023-cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda qeyd olunub ki, Bakı şəhəri ərazisində velosiped yolları salınsın. Müvafiq qurumlar da bu yolları həmin proqramda göstərilən müddəalar əsasında təşkil ediblər. 

Velosiped bizdə heç vaxt nəqliyyat vasitəsi kimi populyar olmayıb. Daha çox idman növü və əyləncə vasitəsi kimi istifadə olunub. İndi isə bu zolaqlar çəkilib. Bu, həm də “Şəhər mobilliyi layihəsi” çərçivəsində həyata keçirilir ki, hərəkət hamı üçün sərbəst olsun. Yəni kim istəyir velosiped sürsün, kim istəyir avtomobildən, ictimai nəqliyyata müraciət etsin”. 

Nəqliyyat eksperti qeyd edib ki, velosiped zolaqları tıxacların əsas səbəbi deyil: 

“Velosipeddən istifadə edən şəxslər uzun müddətdir ki, xüsusi zolaqların yaradılmasını istəyirdilər. İndi onlar üçün velosiped zolağı təşkil olunub. Hələ ki, düzdür, velosipeddən istifadə edənlərin sayı azdı. Amma düşünürəm ki, zamanla arta bilər. Əsas məsələ bu infrastrukturun yaradılması idi və artıq yaradılıb. 

Bakı şəhərində tıxacların yaranmasının səbəbləri həddindən artıq çoxdur. Velosiped zolaqları salınmazdan əvvəl də tıxaclar var idi. Hətta bu gün həmin zolaqları ləğv etsək belə, heç kim zəmanət verə bilməz ki, yenə tıxaclar olmayacaq. Yəni bizdə tıxacların yaranma səbəbi velosiped zolaqları deyil. Ona görə də avtobus və velosiped zolaqlarını götürməyimiz bir qədər doğru olmaz. Əvvəla, bu zolaqları aradan götürməkdənsə şəhərsalma və tikintidə nizam-intizam yaratmaq lazımdır”. 

O bildirib ki, tıxacların əsas səbəblərindən biri də Bakıda tikinti özbaşınalığıdır:

“Diqqət yetirilməyib və kim harada istəyibsə, bina və ya obyekt tikib. Hətta elə hallar olub ki, avtomobil yolunun ortasında belə tikililər inşa edilib, piyada səkiləri, parklama yerləri zəbt olunub. Yaşayış və qeyri-yaşayış obyektlərinin özlərinə aid dayanacaq yeri nəzərdə tutulmayıb. 

Paytaxtımızda tez-tez tədbirlər keçirilir, turistik və mədəni həyatı zəngin olan şəhərdir. Əlbəttə, bu şəhərdə tıxac olacaq”. 

Eldəniz Cəfərov bildirib ki, elektron xidmətlərin tam şəkildə tətbiq olunmaması da şəhərdə sıxlığa təsir göstərir: 

“Bundan başqa, ölkəmizin bütün əsas universitetləri də Bakıda cəmləşib. Məsələn, qonşu ölkələrdə iri ali məktəblər adətən xüsusi “akademik şəhərciklər”ə köçürülür. Orada müəllimlər və tələbələr həm təhsil alırlar, həm işləyirlər, həm öyrənirlər. Beləliklə, profisional bölüşmə aparılır və hər şey bir şəhərdə cəmləşmir. 

Bizdə hər şey bir şəhərdə cəmləşibsə, onda bu tıxaclar olacaq. Digər tərəfdən, “Elektron hökumət” layihəsi var. Prinsipcə, vətəndaşların ərizələri elektron qaydada qəbul edilməli, bir çox məsələlər onlayn həll olunmalıdır. Amma hansı dövlət qurumu elektron ərizə qəbul edir? 

İnsanlar yenə də idarələrə gedib ərizə yazmalı və gözləməlidirlər. Əgər bu proseslər doğrudan da elektron qaydada işləsəydi, küçələrdə insan sıxlığı da bu qədər olmazdı”. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev isə vurğulayıb ki, yaxın gələcəkdə mənzərə dəyişəcək və bu gün boş görünən velosiped yolları yaxın vaxtlarda dolacaq: 

“Velosiped zolaqları hazırda boş görünür. İnsanlar da tıxacda dayanaraq baxır ki, həmin yollar boşdur və narazılıq edirlər. Sosial şəbəkələrdə də bu barədə müxtəlif fikirlər səsləndirilir. Ancaq onu deyə bilərəm ki, bu gün boş olan velosiped yolları yaxın vaxtlarda sürətlə dolacaq. Yəni velosipeddən istifadə edən insanların sayı həddən artıq çoxalacaq. Çünki şəhərdə artıq ödənişli zonalar məsələsi gündəmdədir. Ödənişsiz zonalar yalnız piyadalar və velosipedlər üçün nəzərdə tutulacaq”. 

Ekspert qeyd edib ki, yaxın illərdə insanlar məcburiyyət qarşısında velosipedə keçəcək: 

“Tıxacların getdikcə artmasını da nəzərə alsaq, yaxın illərdə iqlim şəraiti imkan verməsə belə, ikitəkərli nəqliyyat vasitələrinə keçməyi hamı istəyəcək. Çünki avtomobildən istifadə həm yanacaq, həm ödənişli yol, həm də parkinq xərcləri baxımından baha başa gələcək. Bunun əvəzində velosiped və ya skuter almaq daha sərfəli olacaq. 

Bəlkə də əvvəldən planlı şəkildə velosiped və avtobus zolaqlarının salınmasının səbəbi də bu idi, sadəcə çoxlarının bundan xəbəri yox idi. Amma yaxın gələcəkdə bu yollara tələbat sürətlə artacaq və hamı məcburiyyət qarşısında vaxtında mənzil başına çatmaq və əlavə xərclərdən qurtulmaq üçün velosiped sürməyə üstünlük verəcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: velosiped Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri