Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Hamiləlik problemləri: TƏZYİQ

Hamiləlik problemləri: TƏZYİQ

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Arterial təzyiq orqanizmin və ilk növbədə ürək-damar sisteminin normal fəaliyyətinin əsas göstəricisidir.

Hamilə qadın arterial təzyiqinə daim nəzarət etməlidir. Bəzən arterial təzyiqinin dəyişilməsi heç bir simptomla özünü büruzə vermir, lakin bu zaman döl üçün ciddi təhlükə yaranır.

Saglamolun.az bildirir ki, hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir.

Ürək-damar sistemi xüsusilə yüklənir. Ananın orqanizmində yeni qan dövranı əmələ gəlir - ana-cift-döl. Qadının orqanizmdə dövr edən qanın miqdarı, bədən çəkisi artır. Ciftdə qan dövranı çox sürətlidir - hər dəqiqə buradan 500 ml qan keçir. Hamiləliyin 7-ci ayında ananın orqanizmində 5300-5500 ml qan dövr edir (müqayisə edin - hamiləlikdən əvvəl bu 4000 ml təşkil edirdi). Artmış yükləməyə cavab olaraq ürəyin çəkisi, ürəyin paylarının ölçüləri artır. Bütün bu dəyişikliklər arterial təzyiqinin dəyişilməsinə səbəb olur.

Cavan və orta yaşlı qadınlar üçün normal arterial təzyiqinin göstəriciləri - 130/85 c.st kimidir. Əgər hamilə qadında təzyiq 130/85 - 139/89 c.st. kimi qalxırsa, qadın daim həkimin nəzarətində olmalıdır. Əgər hamilə qadının təzyiqi 140/90 c.st və daha artıq qalxırsa, ona arterial hipertenziya diaqnozu qoyulur və müalicə təyin olunur. Bəzi ağır hallarda qadın müalicə üçün xəstəxanaya yerləşdirilir.

Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:

- Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq idisə.

- Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.

- Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.

- Qadının bədən çəkisi normadan artıqdırsa.

- Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalırsa.

Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür. Hamiləlikdən əvvəl arterial təzyiqi aşağı olan arıq qadınlarda digər qadınlarla müqayisədə təzyiq daha tez-tez enir. Bu zaman qadın halsızlıq, yuxululuq hiss edir, bəzi qadınlarda bayılmalar olur.

Həkimlər bu halda qadınlara yaxşı qidalanmağı, kifayət qədər yatmağı və dincəlməyi, açıq havada gəzməyi, bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edirlər. Səhərlər tünd çay və ya qəhvə içmək olar.

Ağır hallarda hipotoniya (aşağı təzyiq) fonunda döldə hipoksiya inkişaf edə bilər, dölsalma və vaxtından tez doğuşun riski arta bilər.

Adətən hamiləliyin 2-ci üçaylığında təzyiq qalxmağa başlayır. Arterial hipertenziya özünü baş ağrıları, başgicəllənməsi, qulaqlarda küy, üzün və boynun qızarması, ürəkbulanması, qusma kimi simptomlarla büruzə verir. Bəzən isə hipertenziya heç bir simptomla özünü büruzə vermir və profilaktik müayinə zamanı təsadüfən aşkar olunur.  Məhz bu səbəbdən hər bir hamilə qadının evində tonometr olmalıdır və qadın özü hər gün təzyiqini ölçməlidir.

Arterial hipertenziyanın müalicəsi üçün həkim qadına dərman preparatları təyin edir. Bundan qorxmaq lazım deyil. Həkim döl üçün təhlükəsiz preparat seçir. Bu preparatları qadın mütləq qəbul etməlidir və yalnız həkimin icazəsi ilə onların dozalarını dəyişməlidir və ya dərmanın qəbulunu dayandırmalıdır. Arterial təzyiqin normada saxlanılması hamiləlik zamanı çox vacibdir. Əks halda yüksək arterial təzyiq dölsalmaya, dölün inkişafının ləngiməsinə, cift problemlərinə, vaxtından tez doğuşa səbəb ola bilər.

Müalicədən əlavə qadın müəyyən pəhriz saxlamalı və fiziki aktivliklə məşğul olmalıdır (gəzintilər, bədən tərbiyəsi). Fiziki aktivlik xüsusilə vacibdir. Duzlu, kəskin, qızardılmış qidalar, qəhvə və tünd çay əks göstərişdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri