Icma.az
close
up
RU
Hamiləlik və dərmanlar

Hamiləlik və dərmanlar

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bir çox qadınların fkirinə görə, hamiləlik zamanı qəbul olunan istənilən dərmanlar hamilə qadına və dölə yalnız ziyan gətirə bilər.

Bu səbəbdən qadınlar hamiləlik zamanı hətta buna ehtiyac yarandıqda dərmanlardan imtina edirlər. Lakin bu çox səhv nöqteyi-nəzərdir. Bəzi hallarda hamiləlik zamanı müalicəyə və dərmanların qəbuluna çox ciddi zərurət yaranır ki, bu müalicə olmadan hamiləlik və hətta qadının və uşağın sağlamlığı təhlükə altına düşür.

Belə ki, biz bilirik ki, ananın orqanizminə düşən bir çox mikroblar və ziyanlı maddələr dölə keçə bilmir, çünki cift buna imkan vermir. Lakin bəzi mikroorqanizmlər (xüsusilə bu viruslara aiddir) asanlıqla bu maneəni keçir. Bəzi viruslar (sadə herpes, sitomeqalovirus, papillomavirus, qripp və s.) döl üçün çox ziyanlıdır. Onların təsiri nəticəsində dölün inkişafında ciddi pozulmalar yarana bilər, hamiləlik hətta inkişafdan qala bilər. Bütün bu fəsadlardan özünü sığortalamaq üçün qadın həkim tərəfindən təyin olunmuş xüsusi virusəleyhinə və immun sistemini stimullaşdıran preparatları qəbul etməlidir. Bu qrup preparatların bir çox hissəsi hamiləlik zamanı istifadə oluna bilər və hamiləliyə və dölün inkişafına heç bir mənfi təsir etmir.

Lakin hətta infeksiya ciftdən dölə düşə bilmədikdə, ananın xəstəliyi dölə mənfi təsir edir. Hamilə qadının sağlamlığında baş verən istənilən pozulma onun qan dövranına, sinir sisteminin, böyrəklərin, qara ciyərin, ürəyin fəaliyyətinə təsir edir. Nəticədə isə döl ona lazım olan qidalı maddələri və oksigeni lazım olan miqdarlarda almır. Oksigenin çatışmazlığı nəticəsində döldə hipoksiya inkişaf edə bilər, qidalı maddələrin defisiti isə dölün inkişafına mənfi təsir edir. Beləliklə, yalnız sağlam ana orqanizmi uşağın tam normal inkişafını təmin edə bilər. Bu səbəbdən qadın hamiləlik zamanı heç bir ona lazım olan müalicədən və dərmanlardan imtina etməməlidir.

Bəzi qadınlar onların orqanizmlərində olan xroniki pozulmalara görə həyatın sonuna kimi müəyyən dərman prepartaları qəbul etməli olurlar (qalxanvəzi vəzi xəstəlikləri, şəkərli diabet, ürək-damar xəstəlikləri və s.). Belə qadın mütləq hamiləliyi planlaşdırmalıdır, hamiləlikdən əvvəl müəyyən analizlərdən və müayinələrdən keçməlidir və lazım olduqda müalicə almalıdır. Hamiləlik zamanı onlar əksər hallarda hamiləlikdən əvvəl qəbul etdiyi dərmanların qəbulunu davam etməli olurlar (bəzi hallarda dərmanın dozası dəyişilir, bəzi hallarda bir dərman digəri ilə əvəz oluna bilər və s.). Məsələn, hipotireoz kimi pozulması olan qadın hamiləlik zamanı qalxanvari vəzi hormonlarının qəbulunu davam etməlidir. Əks halda onun özünün və dölün inkişafında ciddi pozulmalar yarana bilər. Hipertoniyadan əziyyət çəkən qadınlar da hamiləliyin ilk simptomlarında mütləq müalicə həkiminə müraciət etməlidir. Bu halda da həkim adi vaxtlarda qəbul etdiyi preparatın qəbuluna icazə verə bilər və ya lazım olduqda bu preparatı digəri ilə əvəz edə bilər.

Xroniki xəstəlikləri olan hamilə qadınlar həkimin məsləhəti olmadan adi vaxtlarda qəbul etdiyi  dərmanlardan imtina etməməli, onların dozasını azaltmamalı və ya artırmamalıdırlar. Bu onların və gələcək uşaqların səhhəti üçün çox təhlükəli ola bilər.

Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu normal fizioloji prosesdir. Bunun nəticəsində isə qadın daha tez-tez müxtəlif soyuqdəymə xəstəliklərinə tutulur. Bu xəstəliklərin bir çox hissəsi bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Hamiləlik zamanı hərarətin yüksəlməsi təhlükəli ola bilər. Hərarətin yüksəlməsi dölün qan dövranına mənfi təsir edir, uşaqlığın tonusu artır, dölyanı suların həcmi azala bilər, döldə hipoksiya inkişaf edə bilər. Bu səbəbdən hamilə qadında hərarət 37,5 C çatdıqda, onu mütləq salmaq lazımdır. İlk növbədə xalq təbabəti üsullarında istifadə etmək olar (çay moruq mürəbbəsi ilə, limonla, itburnu dəmləməsi, bol maye və s.). Bu üsullar kömək etmədikdə və hərarət daha da yüksəldikdə dərmanlardan istifadə etmək lazımdır. Adətən hamilə qadınlara tərkibində parasetamol olan hərarət salan preparatları təyin edirlər. Lakin hər halda bu və ya digər dərmanın qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşin!

Hamilə qadınların ən "qorxduğu" dərmanlardan biri antibiotiklərdir. Belə hesab olunur ki, bu preparatlar dölün inkişafını pozur. Lakin bu heç də belə deyil. Antibiotiklərin əksəriyyəti dölə heç bir mənfi təsir etmir. Yalnız hentamisin, tetrasiklin və eritromisin kimi antibiotiklər döl üçün ziyanlı sayılır və hamiləlik zamanı təyin olunmur. Digər antibakterial preparatlar təhlükəsiz sayılır. Bir çox hallarda hamiləliyin 1-ci üçaylığında həkimlər antibiotikləri təyin etmir. Lakin buna çox ciddi səbəblər olduğu halda, antibiotiklər hətta 1-ci üçaylığında hamilə qadınlara təyin oluna bilər.

Hamləlik zamanı qadınların əksəriyyətinə müxtəlif vitamin-mineral komplekslər təyin olunur. Bəzi qadınlar bu kompleksləri qəbul etmir, onlar fikirləşir ki, bütün lazım olan vitamin və mineralları qidadan almaq mümkündür. Lakin bu heç də belə deyil. Məsələ burasındadır ki, hamiləlik zamanı vitamin və minerallara olan təlabat olduqca artır və hətta ən sağlam və xeyirli qidalanma bu təlabatı ödəyə bilmir. Məsələn, hamiləlik zamanı ən vacib olan vitaminlərdən biri fol turşusudur. Lakin bu vitamin çox az məhsullarda və çox cüzi miqdarlarda olur ki, nəticədə bu vitamini lazım olan miqdarda qidadan almaq, praktiki olaraq, mümkün deyil. Bu kalsium və dəmir kimi vacib mikroelementlərə də aiddir. Digər tərəfdən insanların bir çox hissəsində bu və ya digər mədə-bağırsaq pozulmaları mövcuddur. Bu isə qəbul olunan qidadan vitamin və mikroelementlərin mənimsənilməsini çətinləşdirir.

Beləliklə, həkim tərəfindən təyin olunmuş yaxşı vitamin-mineral kompleksi hamilə qadına yalnız xeyir gətirə bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri