Icma.az
close
up
RU
Hamiləlik zamanı sidikdə zülalın artması nəyin SİMPTOMUdur?

Hamiləlik zamanı sidikdə zülalın artması nəyin SİMPTOMUdur?

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Hamiləlik zamanı qadının bütün orqan və sistemləri güclü yükləmələrə məruz qalır.

Ürək-damar sistemi, qalxanvari vəzi, qara ciyər, böyrəklər xüsusilə yüklənir. Qadın sağlamdırsa, onun orqanizmi buna asanlıqla tab gətirir. Əks halda qadının orqanizmində müxtəlif pozulmalar inkişaf edə bilər.

Saglamolun.az bildirir ki, bu pozulmaların biri - sidikdə zülalın kəskin artmasıdır. Bu hal tibbdə "proteinuriya" adlandırılır.

Normada sidikdə zülal olmamalıdır. Hamiləlik zamanı sidikdə zülalın bir qədər artması (bəzi mənbələrə görə hətta 0,3 q/l kimi) fizioloji sayılır (yəni heç bir xəstəliyin əlaməti kimi qiymətləndirilmir). Lakin bu zaman qadında böyrək nahiyəsində ağrılar, sidiyin rənginin və iyinin dəyişilməsi, ödemlər, təzyiqin artması kimi simptomlar olmamalıdır. Bu simptomların fonunda sidikdə zülalın kəskin artması böyrək xəstəliklərinin (pielonefrit, qlomerulonefrit) əlaməti ola bilər.

Bu halda qadın mütləq həkimə müraciət etməlidir. Əgər qadında böyrək xəstəliyi təyin olunarsa, ona bitki tərkibli antiseptik preparatlar, sidikqovucu preaparatlar və lazım olduqda antibakterial preparatlar (antibiotiklər) təyin olunur. Adətən sidikdə zülalın artması məhz böyrək xəstəlikləri ilə bağlı olduqda, müalicədən sonra zülal tez azalır.

Lakin bəzən hamiləlik zamanı sidikdə zülalın artmasının səbəbi hestoz (gecikmiş toksikoz) olur. Bu pozulma yalnız hamiləlik zamanı inkişaf edir və doğuşdan bir neçə gün sonra keçir. Adətən hestoz hamiləliyin 3-cü trimestrində (28-ci həftəsindən sonra) inkişaf edir. Hestoz çox ağır pozulmadır ki, qadının və dölün həlak olması ilə nəticələnə bilər. Heç bir qadın hestozun inkişafından sığortalanmayıb və bu səbəbdən hər bir hamilə qadın bütün hamiləlik dövrü mütləq həkimin nəzarətində olmalı və lazım olan müayinə və analizlərdən keçməlidir.

Hestoz zamanı sidikdə zülalın kəskin artması müşahidə olunur. Lakin böyrək xəstəlikləri ilə fərqli olaraq hestoz zamanı sidikdə zülalın artması müalicəyə tabe olmur.

Hestoz zamanı qadında həmçinin ödemlər, arterial təzyiqin artması, bədən çəkisinin normadan artıq artması müşahidə olunur. Hestoz çox "hiyləgar" pozulmadır. Hestozu olan qadın bir müddət özünü tam normal hiss edə bilər, lakin bu zaman onun orqanizmində geriyədönməz dəyişikliklər gedir ki, bu dəyişikliklər qadında insult, infarkt, ağ ciyərlərin ödemi, ciftin qopması, böyrək və qara ciyər çatışmazlığı kimi ağır pozulmalara səbəb ola bilər.

Hestoz əksər hallarda stasionar (xəstəxana) şəraitində müalicə olunur. Doğuş Qeysəriyyə kəsiyi əməliyyatı köməyi ilə həyata keçirilir.

Beləliklə, əgər sizdə hamiləlik zamanı sidikdə zülalın artması təyin olunubsa, mütləq həkimə müraciət edin.

Lakin bəzən sidikdə zülalın artmasının səbəbi güclü fiziki yükləmələr, stress, analiz verdiyi gündən bir gün əvvəl çoxlu miqdarda zülallı qidaların (süd, yumurta, kəsmik və s.) qəbulu, bədən hərarətinin artması, hətta güclü tərləmə və s. ola bilər. Buna "yalançı proteinuriya" deyilir. Bu səbəbdən əgər hamilə qadında sidikdə ilk dəfə zülalın artması  təyin olunubsa (xüsusilə bu qadında güclü ödemlər, təzyiqin artması və digər simptomlar olmadıqda), mütləq təkrar analiz vermək lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri