Hamiləlikdə ev işləri: Hansı hərəkətlər təhlükəlidir?
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hamiləlik zamanı ev işləri görərkən qarın boşluğuna təzyiqi artıran hərəkətlərdən çəkinmək lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
O bildirib ki, normal fizioloji hamiləlik zamanı, xüsusi risk qrupuna aid olmayan qadınların ev işləri ilə məşğul olmasına əks göstəriş yoxdur. Hətta ev işləri müəyyən mənada hamilə qadın üçün fiziki aktivlik də hesab oluna bilər.
Mama-ginekoloqun sözlərinə görə, ev işləri zamanı qarın boşluğuna təzyiqi artıran hərəkətlərdən çəkinmək lazımdır. Bunlara ağır yük qaldırmaq, kəskin hərəkətlər etmək, oturduğu yerdən qəfil qalxmaq və əyilib-qalxmaq kimi hərəkətlər daxildir.
“Ev işləri fizioloji hamiləlikdə, mütləq əks göstəriş yoxdursa, hamilənin ev işləri ilə məşğul olmasına heç bir əks göstəriş yoxdur. Buna uşaqlıq yolundan qanlı ifrazatın gəlməsi, dölyanı mayenin açılması, ciftin yerləşməsinin patologiyaları kimi hallar aiddir”, - deyə Ruidə İsayeva bildirib.
O qeyd edib ki, hamiləliyin üçüncü trimestrində böyüyən qarın və bədən çəkisinin dəyişməsi qadının bədən tarazlığına da təsir edir. Buna görə həmin dövrdə ev işləri zamanı hərəkətlərə daha diqqətli yanaşmaq, bədəndəki dəyişikliklərə uyğun hərəkət etmək lazımdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















