Icma.az
close
up
RU
Hamiləliyin gedişinə tibbi nəzarət

Hamiləliyin gedişinə tibbi nəzarət

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hamilə qadın hamiləliyin lap əvvəlindən başlayaraq doğuşa qədər olan dövr ərzində müntəzəm olaraq mama-ginekoloqun nəzarətində olmalıdır.

İlk növbədə hamilə qadın pasport qeydiyyatında olduğu ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşməlidir.

Orada onun üçün açılan qeydiyyat kartında hamiləliyin gedişi üzrə tələb olunan bütün göstəricilər, laborator və digər müayinələrin nəticələri qeyd olunur.

Hamilə qadının qadın məsləhətxanasına ilk müraciəti zamanı onun həqiqətən hamilə olması və hamiləlik üçün risk faktorlarının aşkar edilməsi üzrə həkim müayinəsi aparılır. Bu məqsədlə cinsi yolla keçən infeksiyaların müəyyən edilməsi üçün uşaqlıq yolundan yaxma götürülür; qanın, sidiyin ümumi müayinələri, həmçinin qan qrupu və rezus-faktor, qanın sifilisə, QİÇS-ə və digər infeksiyalara görə müayinələri təyin edilir. Hamilə qadınlar terapevt, stomatoloq və lazım gəldikdə digər mütəxəssislərin müayinəsinə göndərilir.

Sidiyin ümumi müayinəsi hamiləliyin 1-ci dövründə ayda 1 dəfə olmaqla, sonradan isə hamiləlik toksikozunun vaxtında müəyyən edilməsi məqsədi ilə ayda 2 dəfə olmaqla aparılır.

Qanın ümumi müayinəsi anemiya (qanazlığı) və bəzi digər xəstəliklərin profilaktikası və vaxtında müalicə aparılması üçün hamiləliyin əvvəlində, ortasında və axırında olmaqla 3 dəfə təyin edilir. Hamilə qadın hamiləliyin 1-ci yarısında qadın məsləhətxanasına ayda 1 dəfədən az olmamaqla, 20 həftəlik hamiləlikdən sonra ayda 2 dəfə, hamiləliyin 32-ci həftəsindən etibarən isə ayda 3-4 dəfə olmaqla müayinəyə gəlməlidir. Hər bir belə gəliş zamanı mama-ginekoloji müayinədən əlavə, hamilə qadının çəkisi, arterial təzyiqi ölçülür, şişkinliklərin (ödemlərin) olub-olmamasına diqqət yetirilir. Hamiləlik üçün risk faktorlarının erkən dövrlərdə aşkar edilməsi, hamiləliyin gedişindəki pozğunluqların vaxtında müəyyən edilməsi isə ana və uşağın həyatının qorunması, doğuşun normal keçməsi və doğuşdan sonra uşağın normal inkişafını təmin etməyə xidmət edir.

Hamiləliyin gedişinin müxtəlif fazalarına nəzarət edilməsinə etinasızlıq göstərilməsi yolverilməzdir! Hamilə qadın öz sağlamlıq durumundakı ən kiçik dəyişikliklər barədə də müalicə həkiminə məlumat verməlidir!

Hamiləliyin sonuna yaxın isə, doğuşa az bir müddət qaldıqda, hamilə qadına doğum evinə gedərkən ora təqdim etmək üçün əvəzləmə kartı verilir. Hamiləliyin gedişi, analizlərin nəticələri və digər göstəricilər əvəzləmə kartına geyd olunur. Əvəzləmə kartı yalnız dövlət tabeçiliyində olan qadın məsləhətxanaları tərəfindən verilir. Bu səbəbdən də, hər hansı özəl klinikada qeydiyyatda olmağınızdan asılı olmayaraq, qadın dövlət tabeçiliyində olan qadın məsləhətxanasında da qeydiyyata düşməlidir. Əks halda əvəzləmə kartı olmadan sizi heç bir doğum evinə qəbul etməyəcəklər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri