Icma.az
close
up
RU
Hamiləliyin saxlanılması

Hamiləliyin saxlanılması

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bəzi qadınlar hamiləlik zamanı hamiləliyin pozulması riski ilə üzləşir.

Təəssüf ki, ildən ilə belə qadınların sayı artır. Belə hesab olunur ki, hər 3 hamilə qadından birində belə risk əmələ gəlir. Hamiləliyin pozulmasının riski qarının aşağı hissəsində və beldə tutmaşəkilli ağrılar, uşaqlıq yolundan qanlı, qəhvəyi ifrazatların olması ilə özünü büruzə verir. Bəzən qadında yalnız ağrılar, bəzən isə yalnız qanlı ifrazatlar ola bilər. Özündə belə simptomları müşahidə edən qadın dərhal həkimə müraciət etməlidir.

Həkim hamiləliyin müddətindən, pozulma riskinin səbəbindən və s. amillərdən asılı olaraq hamiləliyin saxlanılması və ya saxlanılmaması barədə qərar verir. Amerika və Avropa ölkələrində bir çox hallarda hamiləliyi 12 həftəsinə kimi tibbi üsullarla saxlamırlar. Tibbdə çoxdan sübut olunub ki, hamiləliyin əvvəlində (12 həftəsinə kimi) özü-özündən dölsalmalar 70% hallarda döldə hər hansı genetik pozulmalar, anadangəlmə patologiyalar, bu və ya digər orqanların düzgün inkişaf olmaması səbəbindən baş verir. Bu üsulla təbiət sanki təbii seçmə edir - zəif, xəstə döl həlak olur. Bunu sübut etmək üçün həkimlər belə bir də dəlil gətirirlər - bəzən hətta qəzaya düşən, ciddi travma və ya güclü stress alan qadında hamiləlik saxlanılır. Bu o deməkdir ki, sağlam döl həyata bərk "yapışır", xəstə, patologiyası olan döl isə hətta ən ideal şəraitdə düşə bilər.

Məhz bu səbəbdən qadın sağlamdırsa, onda heç bir hormonal və s. pozulmalar yoxdursa və hamiləlik birincidirsə, hamiləliyin 12-ci həftəsinə kimi uşaqsalma riksi əmələ gəldikdə, belə hamiləliyi əksər hallarda saxlamırlar. Təkrar edək ki, bu qayda Avropa və Amerika ölkələrində tətbiq edilir.

Təəssüf ki, bizdə belə deyil. Həkim hər bir halda hamiləliyi  saxlamağa cəhd edəcək. Bəzən belə "zorla" saxlanılan hamiləlik xəstə, hər hansı patologiyası olan uşağın doğulması ilə nəticələnir. Lakin burada tək ginekoloqları günahlandırmaq olmaz. Əksər hallarda həkimləri buna hamilə qadının özü və onun qohumları məcbur edir.

Lakin əgər bundan əvvəl qadında dölsalmalar olubsa, qadının sağlamlığında pozulmalar varsa (xüsusilə hormonal pozulmalar), qadın sonsuzluqdan müalicə alırdısa və s., bu halda həkim hamiləliyin müddətindən asılı olmayaraq hamiləliyin saxlanılması barədə qərar verəcək.

Bir çox hallarda hamiləliyin pozulması riski olan qadına yataq rejimi və xüsusi müalicə təyin edilir. Uzanaq vəziyyətdə olan qadının əzələləri (o cümlədən, uşaqlığın əzələləri) boşalır, uşaqlığın tonusu azalır və nəticədə dölsalma riski də azalır. Belə qadınlar üçün ən yaxşı variant xəstəxanada yatmaqdır. Yalnız bu halda yataq rejiminə riayət etmək  tam mümkün olacaq. Digər tərəfdən xəstəxanada həkimlər qadının vəziyyətinə diqqətlə nəzarət edir və vaxtında lazım olan tədbirlər görürlər. Təbii ki, ev şəraitində belə nəzarət mümkün deyil.

Hamiləliyin saxlanılmsı üçün yataq rejimindən əlavə qadına müəyyən dərman preparatları təyin olunur. İlk növbədə qadına spazmolitik preparatlar təyin olunur (no-şpa, papaverin, maqneziya). Belə preparatlar uşaqlığın tonusunu azaldır. Bu dərmanlar qadına həb və ya inyeksiya şəklində (qadının vəziyyətindən asılı olaraq) təyin oluna bilər.

Əgər qadında hormonal pozulma varsa, ona mütləq proqesteron (utrojestan və ya dyufaston) təyin olunur. Bu preparatları və onların dozalarını yalnız həkim təyin edə bilər və həmçinin dəyişə bilər.

Bəzi qadınlarda dölsalma riskinin əmələ gəlməsinin səbəbi uşaqlıq boynu çatışmazlığı olur. Normada uşaqlıq boynu doğuşa kimi bağlı qalmalıdır və yalnız doğuş zamanı açılmalıdır. Lakin bəzən qadında uşaqlıq boynu daha tez açılmağa başlayır ki, nəticədə dölsalma riski əmələ gəlir. Bu pozulma zamanı uşaqlıq boynuna xüsusi tikiş qoyulur. Doğuşa yaxın bu tikiş sökülür.

Uşaqsalmanın riski yox olduqda, qadın evə yazılır. Lakin evə qayıtdıqdan sonra qadın fiziki yükləmələrdən uzaq olmalı, yaxşı qidalanmalı, stress vəziyyətlərinə düşməməlidir. Cinsi həyat da belə qadın üçün əks-göstərişdir.

Bəzən qadınlar az bir müddətdən sonra xəstəxanadan evə yazılırlar, bəzən isə bütün hamiləliyi xəstəxanada keçirirlər. Bu haqda qərarı qadına nəzarət edən həkim verir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri