Icma.az
close
up
RU
Hamilik və mənəvi minnət mifini uyduranlara geosiyasi şillə

Hamilik və mənəvi minnət mifini uyduranlara geosiyasi şillə

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xüsusilə bir Azərbaycan vətəndaşı kimi qürurla qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının tarixi VIII Qurultayı doğma partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli ləyaqətin və dövlətçilik xəttinin mütləq manifestinə çevrildi.
Bu ali kürsüdən səslənən hər bir kəlmə, sadəcə keçilmiş yola salınan nəzər deyil, region üzərində hələ də qaranlıq imperialist ssenarilər quran, xalqın beynini təfriqə toxumu ilə zəhərləməyə çalışan daxili və xarici radikal mərkəzlərin geosiyasi təxəyyülünə endirilən sarsıdıcı nida işarəsi oldu.
Tarixi Sərkərdəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsində və suverenliyin tam bərpasında istifadə olunan hər bir hərbi sursatın, son gülləsinə qədər dünya bazarının ən yüksək qiymətləri ilə, birbaşa nağd maliyyə hesabı ilə alındığını açıq elan etməsi sıradan bir hesabat deyil. Bu, beynəlxalq münasibətlər sistemində bəzi bədniyyətli dairələrin formalaşdırmağa çalışdığı "hamilik" və "mənəvi minnət" mifinə son qoyan ən dürüst geosiyasi şillədir.
Bu gün həyatda adi bir salfetkanı belə heç kimə pulsuz verməyənlər Azərbaycanın öz halal büdcəsi ilə, son qəpiyinə qədər nağd ödəyib aldığı silahlarla qazandığı Zəfəri həzm edə bilmirlər. Tarixi Sərkərdəmizin bu reallığı bəyan etməsi bəzi paytaxtların “mənəvi minnət” tələlərini yerlə-yeksan etdiyi üçün o dairələrdə düz sözün acı yanğısını yaradıb.
Bir neçə gün öncə İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında dünyəvi dövlət strukturumuzu hədəf alan, dini-radikal şüarlarla bəzədilmiş asimmetrik təxribatlar məhz bu geosiyasi sarsıntının və qorxunun küçələrə daşan ifadəsidir.Təbiri caizsə bu mənzərə öz dinini dinsiz mərkəzlərə satıb, küçələrdə dindarlıq roluna girənlərin iç üzünü göstərən ən böyük rəzalətdir. Hadisənin sırf hədəfli bir geosiyasi sifariş olduğunu sübut edən fakt isə aksiya iştirakçılarının analoqsuz "selektiv korluğudur". Dünyanın bir çox nöqtəsində, o cümlədən müxtəlif müsəlman ölkələrində real haqsızlıqlar, insanlıq dramları və qanlı humanitar böhranlar yaşandığı halda, bu dairələrin hər şeyi görməzdən gəlib məhz Azərbaycana qarşı süni şoular qurması, aksiyanın inanc mənsubiyyəti ilə deyil, xarici kəşfiyyat şəbəkələrinin diktəsi ilə idarə olunduğunu faş edir.
Tarixi yaddaşını itirən və ideoloji korluq içində boğulan həmin radikal kütbeyn qrupu unudur ki, Sovet dövründə bu torpaqlarda insanların təməl ibadət hüququ belə yox edilmişdi. Onların xurafat ssenariləri oynadıqları bu dövlətin keçmişinə baxsaq görərik ki, Sovet imperiyasının qaranlıq dövründə bütün Azərbaycanda insanlar öz inancını gizli saxlamağa məcbur edilmişdi. O qəddar sistemdən sonra, müstəqil Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi dəyərlər məhz dövlət qayğısı ilə intibah dövrünə qədəm qoydu. Bu gün statistikaya görə 1900 məscid daimi fəaliyyətdədir. Bibiheybət, Təzəpir və Əjdərbəy kimi tarixi ibadətgahların yenidən qurulması, Bakıda Şərqin ən möhtəşəm dini məbədlərindən olan Heydər məscidinin ucaldılması birbaşa dövlətin və möhtərəm Prezident İlham Əliyevin iradəsinin vizual sübutudur. Hətta erməni faşizminin 30 il boyunca donuz saxlayaraq təhqir etdiyi, yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında belə, işğaldan dərhal sonra başladılan böyük qayıdış layihələri çərçivəsində artıq 12 məscid tamamilə bərpa edilmişdir. Bu sarsılmaz və sənədli faktlar qarşısında hələ də kor qalan radikal kütlənin dindarlıq maskası taxması bəsit bir cəhalət deyil, dini bayraq edib daxili sabitliyimizi pozmaq istəyən şəbəkələrin rəzil görüntüsüdür.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “DƏMİR” yumruğunun ağırlığı təkcə döyüş meydanında işğalçıların sığınacaqlarını darmadağın etməyib, o YUMRUQ həm də milli birliyə, dövlətin dünyəvi əsaslarına xəyanətkar əl uzadan, xurafat qaranlığı ilə cəmiyyətin beynini zəhərləməyə çalışan radikal qüvvələrin başındakı illüziyaları əzmək üçün hər an hazırdır.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Oktyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri