Icma.az
close
up
RU
Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək ilkin siyahı

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssisin fikrincə, Bakı şəhərində fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə və ya paytaxta yaxın ərazilərə köçürülməsi fikri xüsusilə tələbə kontingenti yüksək olan universitetləri əhatə edir: “Eyni zamanda şəhərin mərkəzində yerləşərək sıxlığa və infrastruktur yüklənməsinə səbəb olan ali məktəblərin paytaxtdan kənara çıxarılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu qərarın arxasında duran əsas ideya ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 2050-ci ilə qədər Bakının yenidən qurulmasını nəzərdə tutan Baş Plan çərçivəsində formalaşıb. Həmin strategiyada ali təhsil müəssisələri üçün xüsusi universitet şəhərciklərinin yaradılması planlaşdırılır. Bu şəhərciklər yalnız tədris binalarından ibarət olmayacaq, eyni zamanda tələbə yataqxanaları, müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və sosial infrastruktur obyektlərini də özündə birləşdirəcək. Məqsəd universitetləri bir məkanda cəmləşdirmək, vahid akademik mühit formalaşdırmaq və təhsilin keyfiyyətini yüksəltməkdir".

Elçin Əfəndi qeyd edib ki, belə bir yanaşmanın həyata keçirilməsi yalnız paytaxtın yükünü azaltmaqla məhdudlaşmır, universitetlərin bölgələrə köçürülməsi həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər: “Yeni tələbə axını, müəllim heyətinin yerləşməsi, xidmət sektorunun genişlənməsi və ümumilikdə iqtisadi dövriyyənin artması regionlarda canlanma yaradacaq. Turizm, xidmət və digər sahələrdə də müsbət dinamika müşahidə oluna bilər. Bununla yanaşı, universitet şəhərciklərinin yaradılması təhsil prosesinə də müsbət təsir göstərəcək. Müəllim və tələbələrin eyni akademik mühitdə cəmləşməsi elmi müzakirələrin intensivliyini artıracaq, tədqiqat fəaliyyətini stimullaşdıracaq və nəticə etibarilə akademik göstəricilərin yüksəlməsinə gətirib çıxaracaq. Bu cür mühitdə innovativ yanaşmaların tətbiqi, elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi daha real görünür”.

Təhsil mütəxəssisi paytaxtdan köçürülə biləcək universitetlərin adlarını da açıqlayıb: “Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Mədəniyyət və İncəsənət Universiteti ola bilər. Eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin də paytaxtdan kənarda yerləşən kampuslara köçürülməsi mümkündür.

Bu universitetlərin vahid kampus şəklində fəaliyyət göstərməsi həm tədris keyfiyyətinin artmasına, həm də tələbələrin sosial həyatının daha sistemli təşkilinə imkan yaradacaq. Digər tərəfdən, onların Şamaxı və digər regionlara köçürülməsi həmin bölgələrin inkişafına mühüm töhfə verə bilər. Beləliklə, bu təşəbbüs həm paytaxtın urbanistik problemlərinin həllinə, həm də regionların balanslı inkişafına xidmət edən strateji addım kimi qiymətləndirilə bilər".

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, işğaldan azad olunmuş bir neçə şəhəri tələbə şəhərciyinə çevrilmək mümkündür: “Bu, yalnız təhsil sahəsinin inkişafına deyil, eyni zamanda Qarabağ bölgəsinin məskunlaşmasına, iqtisadi aktivliyin artmasına və ümumilikdə regionun sosial həyatının canlanmasına mühüm töhfə verə bilər. Paralel olaraq, bu addım Bakının üzərindəki demoqrafik və infrastruktur yükünün azaldılması baxımından da əhəmiyyətli rol oynaya bilər. Burada əsas məsələ yalnız universitetlərin köçürülməsi ilə məhdudlaşmır. Söhbət tam mənada müasir standartlara cavab verən tələbə şəhərciklərinin, kampusların yaradılmasından gedir. Yəni bu, sadəcə universitet binasının başqa əraziyə köçürülməsi deyil, bütöv bir akademik-ekosistemin formalaşdırılması deməkdir. Təbii ki, belə genişmiqyaslı layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, müasir təhsil mühitinin yaradılması və yaşayış üçün əlverişli şəraitin təmin olunması böyük investisiya tələb edən prosesdir. Bu səbəbdən layihənin qısa müddətdə tam reallaşdırılması real görünmür. Çox güman ki, bu proses mərhələli şəkildə, bir neçə il ərzində həyata keçiriləcək.

Məhz bu baxımdan, planlı və addım-addım yanaşma daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Xankəndi, Ağdam və Füzuli kimi şəhərlərin tələbə şəhərciklərinə çevrilməsi bu baxımdan diqqət çəkən variantlardır. Bu şəhərlərin coğrafi mövqeyi, yenidənqurma imkanları və strateji əhəmiyyəti nəzərə alınaraq, burada müasir universitet kampuslarının yaradılması mümkündür. Belə bir yanaşma həmin ərazilərin sürətli məskunlaşmasına, yeni iş yerlərinin yaranmasına, xidmət sektorunun inkişafına və ümumilikdə Qarabağ iqtisadiyyatının dirçəlməsinə güclü təkan verə bilər".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri