Icma.az
close
up
RU
Yeni vergilər gəlir Hansı məhsullar bahalaşacaq?

Yeni vergilər gəlir Hansı məhsullar bahalaşacaq?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda 2027-ci ildən çips və şirinləşdirilmiş qazlı içkilərə aksiz vergisinin tətbiqi təklif edilir.
DVX-nin 2027-ci ilin büdcə-vergi siyasətinə dair təqdimatında yeni aksizlərin zərərli məhsulların istehlakını azaltmaqla əhalinin sağlamlığını qorumağa və dövlət büdcəsinin gəlirlərini artırmağa xidmət edəcəyi bildirilir.
Təklifə əsasən, yerli istehsal olunan çipsin hər kiloqramına 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə isə 10 qəpik aksiz vergisi tətbiq olunacaq. Bu, 100 qramlıq çips üçün 10 qəpik, bir litrlik içki üçün isə 10 qəpik əlavə aksiz yükü deməkdir.
 

Maraqlıdır ki, DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov noyabrın 6-da Milli Məclisdə çıxışı zamanı əhalinin sağlamlığının qorunmasının əsas məqsəd olmadığını bildirib. Onun sözlərinə görə, çips və şirinləşdirilmiş içkilər zərərli məhsullar kateqoriyasına daxil olsa da, başlıca məqsəd beynəlxalq vergi siyasəti təcrübəsinin Azərbaycanda tətbiq edilməsidir.


“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”, – idarə rəisi bildirib.
Bəs, bu qərar həmin məhsulların nə qədər bahalaşmasına səbəb olacaq?
Mövzu bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, istənilən rüsum və vergi qiymət artımına təsir edir:
“Bu mənada yeni ildən bəzi məhsullara aksiz vergisinin tətbiq edilməsi təklifi bahalaşma yaradacaq. Əgər bu məhsullar insan sağlamlığı üçün zərərlidirsə, onda bu məhsullar dövriyyədən çıxardılmalıdır. Vergini artırmaqla insanların sağlamlığı necə qoruna bilər ki?
Təbii ki, aksiz vergisinin tətbiqi qiymətlərə təsir göstərəcək. Belə ki, hər cipsi paketi 15-20 qəpik bahalaşacaq. Eyni zamanda, şirinləşdirilmiş qazlı içkilərin də qiyməti artacaq. Bu da o deməkdir ki, çips və şirinləşdirilmiş qazlı içkiləri yeni ildən daha baha qiymətə alacağıq”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri