Icma.az
close
up
RU
Hansı avtobuslar xətdən çıxarılacaq? 2026 dan sərt qaydalar

Hansı avtobuslar xətdən çıxarılacaq? 2026 dan sərt qaydalar

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə gündəmini zəbt edən əsas problemlərdən biri köhnəlmiş nəqliyyat vasitələri ilə bağlıdır. Xüsusilə də sərnişin daşınmasında istifadə olunan avtobusların vəziyyəti çox müzakirə olunur. Hazırda yollarımızda hər cür avtobus, avtomobilə rast gəlmək olar. Respublikamız, paytaxtımız, yaşayış məntəqələrimiz inkişaf etdikcə, dövrün tələbinə uyğun olaraq müasir avtobusların, əsasən də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin alınıb istismara buraxılması zərurətə çevrilib. Avtosfer.az xəbər verir ki, bu sahədə cari vəziyyət haqqında nəqliyyat eksperti Elməddin Muradlı "Referans Media"nın suallarını cavablandırıb.

– Elməddin bəy, buraxılış ili köhnə olan avtobuslar tam şəkildə nə vaxt marşrut xəttlərindən çıxarıla bilər?

– Köhnə avtobusların yığışdırılması ilə bağlı artıq proses gedir. Demək olar ki, ötən il 400 yeni avtobus alınıb. Bunların da böyük əksəriyyəti elektriklə işləyir. Yeni avtobuslar həmişə olduğu kimi həm dövlət tərəfindən, həm də özəl daşıyıcı şirkətlər tərəfindən alınıb gətirilir. Ümumilikdə proses dayanmayıb, davam edir. Sadəcə az vaxtda bu işin tam görüləcəyi o qədər də real görünmür. Qısa müddətdə tələb olunan sayda avtobus alıb gətirmək mümkün deyil. Xüsusən elektrikli avtobuslar hazırda dünya bazarında kifayət qədər bahadır. Ona görə də bu proses mərhələli şəkildə aparıla bilər. Daşıyıcı şirkətlər bu işdə əsas lokomotivdilər. Amma daşıyıcı şirkətlərin, necə deyərlər, ayaq üstə qalması üçün dövlətin müəyyən güzəştlər etməsi yaxşı olardı. Bir müddət belə dəstəyin nəticəsində özəl sərnişindaşıma şirkətləri xeyli dəyişikliyə, inkişafa nail ola bildilər.

– Hazırda avtobus parklarının yenilənməsi prosesini qənaətbəxş hesab etmək olarmı?

– Avtobus parkının yenilənməsi çox da sadə məsələ deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nın verdiyi açıqlamalara nəzər salanda görürük ki, ümumən vəziyyət o qədər də pis deyil. Yaxşı nəticələr var. Son dövrlər aparılan islahatlar müəyyən rıçaqlar yaradır ki, artıq biz pozitiv düşünək və tezliklə bu problemin həll olunacağını gözləyək. Təxminən 2 il əvvəl biz 1000 avtobusun yenilənməsindən danışırdıqsa, bu gün bu rəqəm 600-700 arasındadır. Yəni, illər keçdikcə daha az avtobusu dəyişmək lazım gəlir. Əsas odur ki, ardıcıl iş gedir və bu məsələ ən yüksək səviyyədə dövlətin diqqətində, nəzarətindədir. Vaxtaşırı Bakı ilə yanaşı Gəncə və digər böyük şəhərlərimizdə sərnişin daşınması üçün müasir avtobuslar alınıb istismara buraxılır. Azərbaycanda tezliklə elektriklə işləyən avtobusların yığılma prosesi də başlayacaq.

Xatırladıram ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”inə əsasən avtomobil nəqliyyatı vasitələri gedişhaqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır. Sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir. Elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.

Oxunub 56

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Fevral 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri