Hansı bürclər bütün həftəni “qara zolaq”da olacaq? Qara günləriniz indi başlayır
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Yeni həftə bəzi bürclər üçün gərginlik, emosional dalğalanmalar və gözlənilməz hadisələrlə müşayiət oluna bilər. 7-13 iyul tarixlərində ulduzlar aşağıdakı bürcləri "qara zolaq" ilə sınağa çəkəcək.
Milli.Az xəbər verir ki, bu müddət ərzində səbirli olmaq, ani qərarlardan uzaq durmaq tövsiyə olunur.
Qoç
Həftə boyunca emosional gərginliklər yaşaya bilərsiniz. İşdə və ailə daxilində anlaşılmazlıqlar yarana bilər. Hər sözü cavablandırmaq əvəzinə bir az susmaq sizə daha çox qazandıracaq. Səbrli olun.
Xərçəng
Adətən hissiyyatlı olsanız da, bu həftə duyğularınız sizi çaşdıra bilər. Xüsusilə yaxın münasibətlərdə soyuqluq və incikliklər mümkündür. Özünüzü qorumaq üçün hər şeyi içinizdə saxlamayın, amma sərt reaksiya da verməyin.
Əqrəb
Maliyyə məsələlərində diqqətli olun. İmza atacağınız sənədləri və ya alacağınız maliyyə qərarlarını təxirə salmaq daha məqsədə uyğundur. Planlarınız gözlədiyiniz kimi getməyə bilər.
Dolça
Yorğunluq və motivasiya itkisi ilə qarşılaşa bilərsiniz. Bu həftə özünüzü bir qədər tükənmiş hiss edə bilərsiniz. İşdə də enerjiniz aşağı ola bilər. Özünüzü bərpa etməyə çalışın, tənhalığa qapılmayın.
Nə etməli?
Bu həftə çətinliklərlə qarşılaşa biləcək bürclər üçün ən önəmli məqam emosiyaları idarə etmək, təlaşa düşməmək və təhlükəli risklərdən qaçmaqdır. Hər "qara zolaq"ın sonunda bir işıq var - sadəcə səbrli olun və daxili gücünüzə inanın.
Ulduzlar dəyişir, həyat da davam edir...
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 İyul 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















