Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

Hansı hallarda özəl tibb müəssisəsində xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır? MÜSAHİBƏ

Hansı hallarda özəl tibb müəssisəsində xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır? MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

2016-cı ildən respublikanın bir neçə ərazisində pilot layihə olaraq tətbiqinə başlanılan icbari tibbi sığorta sistemi 2021-ci ilin aprelindən etibarən bütün ölkəni əhatə edir. Bir neçə ildir ki, ölkəmizdə həmin sistemin tətbiq olunmasına baxmayaraq, hələ də bəzi vətəndaşlar xidmətlərdən yararlanmaq üsulları barədə kifayət qədər məlumatlı deyillər.

AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Göndərişlər şöbəsinin müdiri Arif Əkbərovla vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən yararlanma üsulları, göndərişlər, özəl tibb müəssisələrinə göndərişsiz xidmət almaq qaydaları haqqında suallara aydınlıq gətirib.

- Göndərişlər sistemi praktikada necə işləyir və hansı hallarda vətəndaşlar özəl tibb müəssisələrinə yönləndirilirlər?

- Xidmətlər Zərfi çərçivəsində 3 min 315 tibbi xidmət vətəndaşlara icbari tibbi sığorta hesabına göstərilir. Vətəndaşlar həmin tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrinə, Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutundan və ya mərkəzlərindən birinə müraciət edir. Əgər burada vətəndaşa lazım olan tibbi xidməti göstərmək mümkün olmursa, bu halda vətəndaş həmin xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndərişlə təmin edilir. Göndəriş vərəqəsi digər dövlət tibb müəssisələrindən birinə və ya İTSDA-nın müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə verilir. Göndəriş vərəqəsi ilə özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.

Hazırda agentlik 190-dan çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir. Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da buraya daxildir. Vətəndaşlar lazımi tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göndəriş əsasında hansı özəl tibb müəssisəsində göstərildiyini agentliyin rəsmi internet səhifəsi üzərindən asanlıqla müəyyən edə bilərlər. Həmin özəl tibb müəssisələri ilə “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Əlavə olaraq qeyd edim ki, təcili və təxirəsalınmaz hallarda göndəriş olmadan özəl tibb müəssisəsində xidmət göstərilərsə, Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır.

- Qeyd etdiniz ki, təcili və təxirəsalınmaz hallarda özəl tibb müəssisələrində göndərişsiz xidmət almaq olur. Bunu ətraflı izah edə bilərsinizmi?

- Əlbəttə. Əgər vətəndaş özünü qəfil pis hiss edibsə, bu halda təcili tibbi yardım çağıraraq ərazi üzrə ən yaxın dövlət və ya özəl xəstəxanaya aparılır. Bu halda özəl xəstəxanada göndəriş tələb olunmur. Sadəcə vətəndaş bilməlidir ki, burada ona göstərilən tibbi xidmətin sığorta hesabına qarşılanması üçün xəstəxanaya daxil olduqdan 24 saat ərzində bu barədə özəl tibb müəssisəsi “e-Tabib” elektron informasiya sistemində göndərişlər modulu üzərindən agentliyə elektron bildiriş göndərməlidir.

Agentlik tərəfindən vətəndaşa təcili halda göstərilən tibbi xidmətin təcililik dərəcəsi və Xidmətlər Zərfinə daxil olması yoxlanılır və bu əsasda sığorta ödənişinin qarşılanması barədə qərar qəbul edilir. Yəni əgər xidmət sığortaya daxildirsə və təcili hal olubsa, vətəndaşın xərcləri icbari tibbi sığorta hesabına qarşılanır.

- Vətəndaşlar icbari tibbi sığorta ilə xidmət alacağı özəl tibb müəssisəsini özü seçə bilir? Seçim prosesində vətəndaşlar nəyi bilməlidirlər?

- Bəli, özəl tibb müəssisəsi seçimi hüququ yalnız vətəndaşa məxsusdur. Üç vasitə ilə özəl tibb müəssisələri arasından seçim etmək mümkündür. Elektronlaşan seçim qaydası da şəffaflığa bariz nümunədir.

Vətəndaşa dövlət tibb müəssisəsi tərəfindən göndəriş verilir. Bu zaman göndəriş vərəqəsi agentlik tərəfindən 24 saat ərzində təsdiq edildikdə bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir. SMS-i aldıqdan sonra vətəndaş “e-Tabib” mobil tətbiqi vasitəsilə seçim edə bilər. Tətbiqdə “Göndərişlər” bölməsindən tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi özəl tibb müəssisələrinin siyahısı ilə tanış olur və seçimini edir. Özəl tibb müəssisəsi göndərişi təsdiq etdikdən sonra vətəndaş xidməti almaq üçün tibb müəssisəsinə 10 iş günü ərzində şəxsiyyət vəsiqəsi və göndərişin nömrəsi ilə yaxınlaşmalıdır. Xəstəxanadan imtina gəldikdə isə vətəndaş xəstəxanalar siyahısından təkrar seçim edə bilər.

Növbəti vasitə QR kodla seçim imkanıdır. SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən kağız daşıyıcıda olan göndəriş vərəqəsinin üzərindəki QR kod oxudulmalıdır. Açılan pəncərədə vətəndaş tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi özəl tibb müəssisələrinin siyahısı - müəssisənin adı, ünvanı, əlaqə telefonu ilə tanış olur. Bu zaman həmin şəxs müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirir. Vətəndaşa lazım olan tibbi xidmətin seçdiyi tibb müəssisəsində göstərilməsi mümkünlüyünü əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.

Əlavə olaraq vətəndaş agentliyin rəsmi internet saytı vasitəsilə də xəstəxananı müəyyənləşdirə bilər. Vətəndaş SMS-lə birdəfəlik kod aldıqdan sonra saytdan özəl tibb müəssisələri ilə tanış olaraq müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirir.

Qeyd edim ki, dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi agentlik tərəfindən təsdiq edilmədiyi halda imtinanın səbəbi haqqında vətəndaşa SMS bildiriş göndərilir.

- Bu il icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində nə qədər şəxs tibbi xidmət alıb?

- Cari ilin ilk yarımilində vətəndaşlara 154 min 987 göndəriş verilib. İlk 5 ay ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 89 min 560 tibbi xidmət göstərilib. Həmin xidmətlərin 1738-dən uşaqlar, 87 min 822-dən isə böyüklər yararlanıblar. Həmin xidmətlər əsasən invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə sahələri əhatə edib. Bu rəqəmlər onu göstərir ki, vətəndaşların özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmət almaq imkanları genişlənib.

- Göndərişlər sistemində hansısa yenilik varmı?

- Cari ildən etibarən artıq göndəriş tələbi olunmadan icbari tibbi sığorta hesabına stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə etmək üçün 3 tibb müəssisəsinə müraciət etmək mümkündür. Həmin müəssisələr Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikaları, o cümlədən Bakı Sağlamlıq Mərkəzidir. Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar tibbi xidmətdən istifadəyə tibbi göstəriş olarsa pasiyent öz seçiminə əsasən ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman həmin tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır.

- Göndərişlə özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına xidmət alan zaman əlavə ödəniş tələb etmə halları müşahidə edilir. Bu haqda nə deyə bilərsiniz?

- Göndəriş vərəqəsinin verilməsi və göndəriş əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər ödənişsizdir. Tibbi xidmətin dəyəri agentlik tərəfindən müəssisəyə ödənilir.

Vətəndaşın icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərlə bağlı sualı yaranarsa və ya müəssisədə hansısa bir neqativ halla üzləşərsə, “1542” Çağrı mərkəzinə zəng edə bilər. Mərkəz hər gün fasiləsiz fəaliyyət göstərir və bütün operatorlardan zənglər ödənişsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri