Icma.az
close
up
RU
Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

Hansı qan qrupu hansı xəstəliyin riskini artırır

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz öz həyat tərzimizi istənilən tərəfə dəyişə bilərik, lakin valideynlərimizdən bizə qalan, mikroskopik maddələrin təyin etdiyi qan qrupumuzu dəyişmək mümkün deyil.

E-tibb.az xəbər verir ki, bu substansiyalar immun sisteminə elə tərzdə təsir edir ki, bir neçə yayılmış xəstəliklərin riski arta bilir. Ona görə də, sizin qan qrupunuzdan asılı olaraq: I (O), II (A), III (V) və ya IV (AV) – ürək işinin pozulması, xərçəng və digər xəstəliklərə meylli ola bilərsiniz.

Yaddaş pozğunluğu

“Nevrologiya” jurnalında dərc olunmuş araşdırmada bildirilir ki, IV qan qrupu koqnitiv pozuntular riskini artıra bilər. Bu xüsusən IV qan qrupunun yaşlı daşıyıcılarına aiddir – digərlərindən fərqli olaraq, onlar öyrənmə və yadda saxlamaqla bağlı daha yüksək çətinliklərlə üzləşiblər. “Bizə məlumdur ki, IV qan qrupunda qan laxtalanması səviyyəsinin faktorları qanda zülallarla əlaqədardır”, - bunu Vermont Universitetinin patologiya və tibb üzrə professoru, araşdırmanın müəlliflərindən olan Meri Kuşman deyib.

Mədə xərçəngi

IV qan qrupunun daşıyıcıları üçün pis xəbərlərimiz hələ bitməyib. Belə ki, bu qan qrupunun daşıyıcılarında mədə xərçənginə yoluxma ehtimalı, I və III qan qruplarının daşıyıcıları ilə müqayisədə 26% çoxdur.

II qan qrupunun daşıyıcılarında bu risk 20% yüksəkdir.

İsveçli epidemioloq, professor Qustav Edrgen bu məsələdə Helicobacter pylori bakteriyasının (mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qram-mənfi patogen bakteriya)  təsiri olduğu qənaətindədir.

Mədə xorası

II və IV qan qruplarının daşıyıcılarında mədə xərçənginə səbəb olan eyni bakteriya, həmin qruplardan olan insanlarda, mədə xorasının səbəbi ola bilər. Professorun araşdırmasında deyilir ki, bu qan qrupu orqanizmin bakteriyaya olan immunoloji reaksiyasını modifikasiya edir, lakin məhz necə etməsi bilinmir.

Ürək xəstəliyi

I qan qrupunun daşıyıcıları öz genlərinə minnətdar olmalıdırlar. I qan qrupunun daşıyıcılarında ürək xəstəlikləri riski, digər qan qrupları ilə müqayisədə 23% daha aşağıdır. Bu haqda Harvard Tibb və Səhiyyə məktəbindən bildirilib. III və IV qan qruplarında bu risk daha yüksəkdir. Alimlər deyir ki, qismən bu meylin qan qruplarının iltihabı proseslərin səviyyəsinə təsiri ilə izah olunur.

Mədəaltı vəzin xərçəngi

I qan qrupunun daşıyıcılarında mədəaltı vəzinin xərçəngi inkişafının riski, digər qan qrupları ilə müqayisədə 37% daha azdır. Xərçəngin öyrənilməsi üzrə Milli İnstitutunun jurnalında yayımlanan tədqiqatda belə deyilir. Araşdırmanın müəllifləri bağırsaq bakteriyası - Helicobacter pylorini xərçəngin mümkün səbəbkarı kimi göstərərkən, I qan qrupunda aid olmadığını qeyd edirlər.

Bəs nə etməli?

Hərçənd qan qrupları bu və ya digər xəstəliklərin inkişafı riskini təyin etməyə imkan versə də, onların təsir dərəcəsini sona kimi təyin etmək olmur. “Ən yaxşı məsləhət – sağlam həyat tərzi sürməkdir”, - deyir professor M. Kuşman. O düzgün qidalanmağı, müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görür. Belə ki, yalnız bu şəkildə narahatlıqlara təsir göstərmək mümkündür. Bundan başqa, əgər sizdə ürək xəstəlikləri və yaddaşın pisləşməsi ilə bağlı narahatlıqlar varsa, həkimə müraciət etməklə xəstəliyinizi təyin edə bilərsiniz.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri