Icma.az
close
up
RU
Hansı qan qrupu hansına köçürülə bilər CƏDVƏL

Hansı qan qrupu hansına köçürülə bilər CƏDVƏL

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Qanköçürmənin və onun əsaslarının kəşfi tibdə ən mühüm kəşflərdən biri sayılır.

Saglamolun.az qankörülmənin tarixi ilə bağlı maraqlı məlumatları sizə təqdim edir.

Bir çox ağır vəziyyətlərdə (travma, qanaxma, cərrahi əməliyyat, bəzi qan xəstəlikləri, ağır anemiya və s.) məhz qanköçürmə insanın həyatını xilas edir. Tibdə bu prosedura "hemotransfuziya" adlandırılır.

1667-ci ildə fransız kralı XIV Lüdovikin şəxsi həkimi Jan-Batist Deni ilk dəfə insana quzu qanı köçürdüb. Resepiyent (qan alan) sağ qalıb. Bu uğurdan sonra həkimin bir neçə pasiyenti qan köçürülməsi nəticəsində həlak olub və həkim hətta "qatil" kimi məhkəmə qarşısında durub. Xoşbəxtlikdən, həkim bəraət qazanıb, lakin sonra həkimlikdən imtina edib.

Uzun illər ərzində qanköçürmə ilə bağlı olan təcrübələr davam edirdi. Onlardan bəziləri yaxşı, digərləri isə pis nəticələnir və xəstə həlak olurdu. Bunun səbəbi yalnız 1901-ci ildə aşkar olundu. Vyana həkimi Landşteyner aşkar edib ki, bütün insanların qanı eyni deyil, müəyyən maddələrin olub-olmaması ilə fərqlənir. Beləliklə, qan 4 qrupa bölünüb - (I(0), II (A), III(B), IV(AB)) və qan qrupların bir biri ilə uyğunluğu araşdırılıb (hansı qan qrupu hansı qan qrupuna köçürülə bilər). Belə ki, I-ci qrupuna aid olan insanlar ideal donordılar (qan verən insan) - onların qanı bütün digər qruplara köçürülə bilər. IV-cü qrup isə ideal resepiyentdir (qan alan insan) - ona istənilən qan qrupu köçürülə bilər. Qan qrupların uyğunluğu cədvldə göstərilib.

Lakin qan qrupların kəşf olunması bütün problemləri həll etmədi - bəzən hətta uyğun qan qrupun köçürülməsi resepiyent üçün ölümlə nəticələnirdi. Yalnız 1940-cı ildə rezu-faktorun kəşfi bu problemdə nöqtə qoydu. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır.

Müasir tibdə qan adətən köçürülmür - qanın komponentləri (eritrositlər və ya leykositlər kütləsi, qan plazması, trombositlər) köçürülür.

Hemotransfuziya riskli prosedura sayılır ki, onun nəticəsində resepiyentdə həyati vacib proseslərin ağır pozulmaları mümkündür. Bu səbəbdən hemotransfuziya yalnız bu prosedurasız insanın həyatını xilas etmək mümkün olmadıqda tətbiq edilir.

Bəzən böyük qan itkisi ilə bağlı olan cərrahi əməliyyatlardan əvvəl xəstənin öz qanı götürülür və saxlanılır ki, lazım olduqda istifadə olunsun.

İdmançılar da bu üsuldan istifadə edir. Buna "qan dopingi" deyilir. Bu prosedurdan sonra idmançının əzələləri daha yaxşı işləməyə başlayır.

Qanköçürmədən əvvəl pasiyent müayinə olunur, hemotransfuziya üçün əks-göstərişlərin olub-olmaması təyin olunur, qan qrupu və rezus-faktor yoxlanılır, donorun və resepiyentin qanının uyğunluğu təyin olunur, xüsusi testlər aparılır. Daha sonra bioloji sınaq aparılır - xəstəyə 25-30 ml qan köçürülür və həkimlər xəstəyə nəzarət edir. Məsələ burasındadır ki, hətta tam uyğun qanın köçürülməsi ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər xəstə özünü yaxşı hiss edirsə (nəfəsalmanın və nəbzin artması, üzün qızarması, narahatçılıq və s. yoxdur) qan köçürülür.

Uyğun olmayan qanın köçürülməsi nəticəsində orqanizmin bütün sistemlərində ağır pozulmalar yaranır ki, insan tez bir zamanda həlak ola bilər.

Müasir tibb aləmində uzun illərdir ki, süni qanın yaratması üzərində elmi işlər aparılır və müəyyən uğurlar əldə olunub.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri