Danimarka Silahlı Qüvvələrinin bəzi məntəqələrində PUA lar aşkarlandı
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Gecə ərzində Danimarka Silahlı Qüvvələrinin bəzi məntəqələrində bir neçə PUA aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Silahlı Qüvvələr dünən gecə bir neçə hərbi obyektdə pilotsuz uçan aparatların aşkarlandığını təsdiqləyə bilər. Bir sıra resurslar yerləşdirilib. Silahlı Qüvvələr hələlik əlavə şərh verməyib", - bəyanatda qeyd olunub.
Silahlı Qüvvələr PUA-ların harada göründüyünü və nə qədər olduğunu açıqlamır. Naməlum dronların əvvəllər Karup aviabazasının yaxınlığında, bu həftənin əvvəlində isə Skridstrup aviabazasının və Holstebrodakı hərbi kazarmaların yaxınlığında, eləcə də bir neçə mülki hava limanının üzərində olduğu bildirilmişdi. Onların buraxılışlarının arxasında kimin dayandığı hələ də məlum deyil.
Cümə axşamı axşam videomüraciətində Baş nazir Mette Frederiksen Danimarka torpağında hibrid müharibənin aparıldığını və bu hücumların qeyri-sabitlik və parçalanma mühiti yaratmaq məqsədi daşıdığını iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















