Hansı qrupların ballarında artım ola bilər? VİDEO
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu il 2-ci ixtisas qrupu üzrə keçid ballarında artım olacağı gözlənilir.
Bakupost.az Xəzər TV-yə istinadla xəbər verir ki, ötən gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə blok imtahanının birinci cəhd nəticələrini elan edib.
Nəticələrə əsasən, II ixtisas qrupu üzrə bir nəfər 397 bal, III ixtisas qrupu üzrə isə üç nəfər maksimal nəticə - 400 bal toplayıb.
Bəs II və III ixtisas qruplarında hansı ixtisasların keçid ballarında artım ola bilər?
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ötən illərlə müqayisədə III ixtisas qrupunda ciddi bal artımı gözlənilmir. Yalnız daha çox tələb olunan və prestijli hesab edilən bəzi ixtisaslarda müəyyən qədər ola bilər.
Ekspert bildirib ki, III ixtisas qrupundan fərqli olaraq, bu il II ixtisas qrupunda daha gərgin rəqabətin olacağı gözlənilir. Bunun əsas səbəbi isə bu qrupa sənəd verən abituriyentlərin sayının artmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















