Hansı zolaqda hərəkət etməsinə qərar verə bilməyən sürücü təhlükə yaratdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Füzuli küçəsində qayda pozan sürücü qəza şəraitinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 5-də saat 21:00 radələrində qeydə alınıb. Videoda 77-FX-123 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozduğu aydın şəkildə əks olunub. Belə ki, sözügedən sürücü dönmə işığını yandırmadan hərəkətdə olduğu zolaqdan sola manevr edib və həmin zolaqdakı maşına təhlükə yaradıb. Bu vaxt qəza riskiylə üzləşən sürücü öncə maşının işığını yandırıb söndürərək, ardınca siqnal verərək xəbərdarlıq edib. Lakin “Mercedes” sürücüsü ona əhəmiyyət vermədən hərəkətinə davam edib. Bir müddət sonra o, yenidən sağ zolağa keçid edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















