Icma.az
close
up
RU
Hantavirus qlobal problemə çevrildi Nə peyvəndi var, nə müalicəsi

Hantavirus qlobal problemə çevrildi Nə peyvəndi var, nə müalicəsi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Hantavirusla bağlı müalicə və vaksin problemi narahatlıq yaradır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gəmiricilər vasitəsilə yayılan hantaviruslara qarşı hazırda dəqiq müalicə protokolu və geniş istifadə olunan vaksin mövcud deyil. Bu səbəbdən MV Hondius kruiz gəmisində yoluxan sərnişinlərin xilas edilməsi üçün həkimlərin imkanları olduqca məhdud olub.

Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə tədqiqatçısı Vayte Arumuqasvami bildirib ki, mövcud vasitələr kifayət qədər deyil və bu vəziyyət ciddi xəbərdarlıq siqnalıdır.

Bununla belə, alimlər potensial vaksin və müalicə üsullarının hazırlandığını qeyd edirlər. ABŞ Ordusunun Yoluxucu Xəstəliklər Tədqiqat İnstitutunun virusoloqu Cay Huper bildirib ki, hantavirus hava-damcı yolu ilə sürətlə yayılan virus hesab edilmədiyi üçün indiyədək pandemiya təhlükəsi qədər prioritet sayılmayıb.

"University of Saskatchewan" alimləri də daxil olmaqla müxtəlif tədqiqat qrupları yeni vaksinlər üzərində işləyirlər. Tədqiqatçı Birs Varner və komandası nəfəs yollarında daha güclü immun cavab yaratmaq üçün burun spreyi formasında vaksin variantını araşdırır. Lakin təcrübələr hələ erkən mərhələdədir.

Hazırda hantavirus infeksiyasının əsas müalicə üsulu dəstəkləyici terapiya hesab olunur. Bu müalicəyə əlavə oksigen dəstəyi, süni qan dövranı aparatları və bəzi hallarda “Ribavirin” antiviral preparatının istifadəsi daxildir.

Həkimlər qorunma üçün əsas vasitənin gigiyena qaydalarına ciddi əməl etmək olduğunu bildirirlər. Mütəxəssislər əllərin tez-tez yuyulmasını, çirkli məkanların təmizlənməsi zamanı maska istifadəsini və qripə bənzər əlamətlər yaranarsa dərhal həkimə müraciət edilməsini tövsiyə edirlər.

Məlumata görə, “MV Hondius” gəmisi 1 aprel tarixində Argentinadan kruizə çıxıb. Gəmidə baş verən hantavirus yayılması nəticəsində Niderlanddan olan yaşlı cütlük və Almaniya vətəndaşı olmaqla üç nəfər həyatını itirib.

Mütəxəssislər hələ də virusun gəmidə necə yayıldığını müəyyən edə bilməyiblər. Ehtimallardan birinə görə, sərnişinlərdən biri Argentinanın Uşuaya şəhəri yaxınlığındakı tullantı sahəsində yoluxub. Həmin əraziyə turistlərin quş müşahidəsi üçün tez-tez getdiyi və orada siçovul-populyasiyasının çox olduğu bildirilir.

Alimlər qeyd edirlər ki, hantavirusun əksər növləri insandan insana keçmir. Lakin gəmidə aşkarlanan And variantının bu xüsusiyyətə malik ola biləcəyi ehtimal edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 May 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri