Icma.az
close
up
RU
Hanukka qətliamlarının mifik səbəbi: “Uşaq qanı ilə yoğrulan xəmir” ayini

Hanukka qətliamlarının mifik səbəbi: “Uşaq qanı ilə yoğrulan xəmir” ayini

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hazırda dünya mətbuatı Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanukka yəhudi bayramında baş verən qətliamdan danışır. Xəbər verildiyi kimi , Atışma nəticəsində 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb. “Deyli Meyl” yazır ki, terror aktının icraçıları ata və oğuldur. Belə ki, oğul 24 yaşlı Narvid Akramdır. O, polis tərəfindən güllələnərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır. Onun 50 yaşlı atası isə öldürülüb.

Axı bu Hannuka bayramı nədir?

 Sevilən və müqəddəs hesab olunan Hanukka bayramı yəhudilərin qədim inanclarıni ifadə edir. Bu bayramda yəhudilər doqquz yuvalı menoranı və ya doqquz budaqlı qəndili yandırırlar. Bu qəndilə yəhudilər “hanukiya kandelabrum” deyirlər.

Oxuculara Hanukka bayramı ilə bağlı məlumatları təqdim edirik.

Müqəddəs bayram İvrit təqviminin doqquzuncu ayı olan Kislevin 25-də başlanır. Bu il – 2025-ci ildə qərb təqviminə görə Hanukka dekabrın 14-də başlanıb və dekabrın 22-dək davam edəcək.

Hanukkanın tarixi

Hanukka sözünün ilkin mənası “təkrar həsretmə”, “təkrar ithafdır”. Hannuka günlərində yəhudilərin öz din azadlıqları uğrunda mübarizəsinin tarixi qeyd edilir.

Rəvayətə görə, yəhudi qiyamçı Makkabi ordusu Yunan-Suriya zülmkarlarına qarşı üsyan edib. Eramızdan əvvəl 167-ci ildə baş verdiyi söylənən bu hadisəyə Makkabilər Üsyanı deyilir.Bu üsyandan əvvəl kral Antiox Yerusəlimdəki İkinci Məbədi zəbt etmiş və burada Zevsə mehrab ucaldılmasına göstəriş vermişdi. İudaizm yasaqlanmış, sünnət qadağan olunmuş və məbədin mehrabında qurbanlıq donuzların kəsilməsi əmr edilmişdi. Məhz buna görə də İuda Makkabinin və ya Çəkic İudanın başçılığı altında xalq üsyanı qalxmışdı. Bu qiyam makkabilər Yerusəlimi tutanadək üç il davam etmişdi.

İudaizmin əsas kitabı olan Təlmuda görə Hanukka üçün yalnız qapağı baş rahib tərəfindən möhürlənmiş təmiz zeytun yağından istifadə oluna bilərdi. Üsyançılar Məbədi yenidən qüsl etmək istəsələr də möhürü olan cəmi bir qab zeytun yağı tapmışdılar.

Qaydalara görə qəndil gecə-gündüz yanmalı olsa da, yəhudilərin cəmi bir gecəlik yağı qalmışdı. Amma həmin vaxt möcüzə baş verdi və qəndil səkkiz gün, səkkiz gecə sönmədi.

Bu hadisə yəhudilərin tarixinə “yağın möcüzəsi” kimi yazılıb.Buna görə də yəhudilər Hanukkada qızardılmış qidaları yeyirlər. Niyə Hanukkada məhz bol süd və süd məhsulları yeyilir?

Hanukka günlərində süd və süd ərzaqları populyardır. Bunun da öz “tarixi” var. Babil zəmanəsində yəhudilərin İudadakı Bethulia şəhəri mühasirədə idi. Adamlar aclıq və susuzluqdan əzab çəkirdilər. Buna görə qalanın müdafiəçiləri arasında artıq təslimçilik barədə söhbətlər yayılırdı.

Elə bu zaman gənc yəhudi qadın Yudif kral Nəbukadnəzarın baş sərkərdəsi assuriyalı Holoferneslə görüş istəyir. Qalanı məhz o mühasirədə saxlayırdı. Qadın düşərgəyə daxil olur və işvələri ilə sərkərdəni yoldan çıxarır. Yudif sərkədəyə çoxlu duzlu yemək yedizdirmişdi və buna görə də o gecə bərk susayır. Bu zaman Yudif ona bol şərab içirdir və sərxoş yatan sərkərdənin başını kəsir.

Yudif mühasirədə olan şəhərə Holofernesin başı ilə qayıdır və bundan sonra heç vaxt ərə getmir. Yəhudilər məhz onun xatirəsinə Hanukkada bol süd məhsulları yeyirlər.

Yəhudiləri niyə sevmirlər?

Yəhudilərin bayram və dini ayənlərinə qarşı qeyri millətlərin nifrət hissi bəsləməsi hələ orta əsrlərdən məlumdur. Beləki, orta əsrlərdən başlayaraq yəhudilərin dini mərasimləri zamanı xristian uşaqlarını öldürdükləri və matza adlı bayram çörəyinin xəmirinin xristian uşaqlarının qanı ilə yoğurduqları haqqında miflər uydurulmağa başladı.

Nəticədə bir çox xristianlar yəhudilərdən qorxmağa və nifrət etməyə başladı. Əslində, bu varlı yəhudilərin əlindən varidat və imtiyazların alınması üçün uydurulmuş hiyləğər yalandan başqa bir şey deyildi. 25 mart 1144-cü ildə Pasxa bayramı günündə 12 yaşlı Uilyamın cansız cəsədi İngiltərənin Norviç şəhərində, meşədən tapılır. (musavat-com yazır) İddialar başladı ki, yəhudilər onu bayram çörəyinin hazırlanması üçün öldürüblər. Avropada və dünyanın müxtəlif ölkələrində bu rəvayət yayıldı və yəhudilərə qarşı nifrət hissi böyüdü. Almaniyanın Varzburq şəhərində suda boğulan xristian uşağın cəsədi tapıldı. Uşağın ölümünə görə məsuliyyət yerli yəhudilərin üzərinə qoyuldu. Yəhudi icmasının yalvarışlarına baxmayaraq onların əksəriyyəti qətlə yetirildi.

On bir il sonra, 1156-cı ildə İngiltərədə “qan böhtanı” yenidən gündəmə gəldi. Linkolnda Pasxa bayramında Huq adlı bir xristian oğlanın cəsədi tapıldı. İşgəncə ilə alınan etiraflardan sonra 19 yəhudi asıldı. Tezliklə bütün İngiltərə yəhudiləri ritual qətllərdə iştirak etməkdə günahlandırıldılar “.

Bu hadisələr tarixə “Qan böhtanı” adı ilə yazıldı.

Hətta tarixçilər iddia edir ki, faşist fürer A. Hitler məhz bu uydurma böhtana görə İkinci Dünya Müharibəsi zamanı yəhudiləri xüsusi amansızlıqla öldürülməsini təşkil edib.

Qeyd edək ki, bu yəhudilərə və yəhudi bayramına qarşı ilk belə hadisə deyil. Beləki 2019-cu ilin elə bu aylarında Nyu-York ştatının Ramapo şəhərində Hanukka yəhudi bayramının qeyd olunduğu rabbinin evinə soxularaq 5 nəfəri bıçaqlamışdı.

Xatırladaq ki, hadisənin baş verdiyi Rokland qəzası (qraflığı) əhalisinin 30 faizindən çoxunu yəhudilər təşkil etməklə bu faizə görə ABŞ-da birinci yer tutur.

Ən yaxın dost olaraq yəhudiləri bayram münasibəti ilə ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq!

Nocomment.az

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri