Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Hanzala: Həmişə 10 yaşında

Hanzala: Həmişə 10 yaşında

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Dünya şöhrətli karikaturaçı və kommunist Xerluf Bidstrup avtobioqrafik kitabında ümumən incəsənətdə, xüsusən isə öz peşəsində gedən tənəzzülü təsvir edir: 

"Burjua satirası tədricən elə xarakter aldı ki, nə qədər qəribə də olsa, karikaturalar daha çox məhz hədəf seçilən şəxslərin xoşuna gəlməyə başladı. Burjua karikaturaçıları məşhurlaşmaq hissi ilə alışıb yanan siyasi xadimləri təbliğ etmək üçün yarışa girdilər. Yalnız təsvir olunan şəxsin əyləncəli xüsusiyyətlərini qabardan bu dişsiz karikaturaları siyasi satira kimi qələmə verməyə çalışırlar, bununla da mif yaradırlar ki, guya burjua mətbuatında çox böyük söz azadlığı var və hər kəs kəskin gülüş qurbanı ola bilər”. 

Beləliklə, Bidstrup hələ 1967-ci ildə Gi Deborun açıqladığı tezisi öz sahəsində təsdiqləmiş olur: "Tamaşa cəmiyyəti özünə qarşı olan üsyanı da tamaşaya çevirir”.

Bidstrup əlavə edir: "Bu cür rəsmləri adətən çərçivəyə salaraq evin divarından asırlar. Bu, təsvir olunana da, onun ailə üzvlərinə də xoş gəlir. Hətta karal belə mütəmadi olaraq qəzetlərdə özünün və ailəsinin karikaturalarını görməyəndə kədərlənir”. 

Qlobal klinikaya çevrilmiş müasir dünyamıza münasibətdə götürdükdə, üzlə astarın yerdəyişmə etdiyi bu reallıq Oruellin "1984”-ündəki "Məntiqi məntiqlə öldürmək, əxlaqı elan etməklə ondan imtina etmək” imperativinin xüsusi formasına bənzəyir. Madam ki, elm və dialektikanın yerini sofistika tutub, istənilən tərifi tənqid kimi təqdim etmək vur-tut texniki məsələdir.

Ancaq bu, heç vaxt total olmayacaq. Yenə də soyuq ağlını və müqavimətini qoruyub saxlayan kimlərsə qalacaq. Elə Bidstrupun yazdığı kimi: "Şəxsən heç vaxt saray təlxəyi rolunu oynamaq həvəsim olmayıb. Siyasi satiramda şüurlü şəkildə karikaturanın burjua formasının əleyhinə çıxmışam. Və sevinirəm ki, təsvir etdiklərim çox vaxt məndən narazı qalıblar”. 

Bidstrup hələ 1930-cu illərdə Hitlerə karikaturalar çəkirdi, sonrakı 60 ildə də dünyanı qızdıran elə bir mühüm beynəlxalq, siyasi hadisə olmayıb ki, onun qələmində əks olunmasın: Vyetnam müharibəsi, sionizm, katolik kilsəsinin fırıldaqları, imperializm... O, tanrını da çəkib - onun tanrısı buludlarda oturmuş dümağ saçlı mehriban qocanı xatırladır. Və bu, ateistin qələminin məhsuluydu. O, dünyanı daha gözəl, daha ədalətli, daha humanist etmək üçün yaşayıb və çalışıb.


***

Burjua karikaturasına tipik misal "Şarli Ebdo” jurnalıdır.  Bidstrupla müqayisə etmək üçün onların da karikaturalarına baxın - fərq etməz, onlar məscidi hədəf götürüblər, kilsəni, yoxsa sinaqoqanı. Baxın və deyin: burada incəsənətdən və jurnalistikadan əsər-əlamət varmı? Pornoqrafiya görə bilərsiz, ancaq satira və yumor yox.

Və onların karikaturaları kapitalizm üçün nəinki təhlükəli deyil, əksinə, arzuolunandır. Hətta 2016-cı ilin 7 yanvarındakı qanlı qırğına gətirib çıxarsa belə.

Həmin qırğın da tamaşa cəmiyyətinin tamaşaya çevirdiyi növbəti psevdoqiyam nümunəsi idi. Təəssüf ki, tamaşa real və qanlıydı. O baş verəndən sonrakı "Hamımız Şarliyik” şüarı isə sadəcə ürək bulandırırdı. 

Qəbir daşlarını dağıdan vandalları "landşaft dizayneri” adlandırmaq heç kəsin ağlına gəlməz. Qərbin öz cinayətləri ilə yetişdirdiyi dini fundamentalistlərin tapındıqları simvolları təhqir etməyin də Söz və ifadə azadlığı ilə heç bir əlaqəsi yox idi. Bizə isə "Şarli Ebdo” faciəsi ilə yeni "əzabkeş obrazları” təlqin etdilər və ifadə azadlığına qəsd olunduğundan danışdılar. Forma isə məzmundan çox uzaqdı. "Şarli Ebdo”nun cızma-qaralarının Bidstupun rəsmlərindən uzaq olduğu kimi.

Və 7 karikaturaçının qətli ilə bitən həmin 2016-cı il faciəsindən 29 il əvvəl - 1987-ci ilin qızmar iyul günündə Londonun mərkəzində başqa bir karikaturaçı güllələnmişdi. Söhbət bu gün də ərəb dünyasının ən məşhur karikaturaçısı sayılan fələstinli Naci əl-Əlidən gedir. Həmin vaxt siyasətçilər və fəallar etiraz əlaməti olaraq Londonun küçələrini doldurmağı ağıllarına belə gətirməmişdilər. 

***

Siyasi karikatura bir silah kimi gücünü ilk dəfə Fransada 1830-cu ilin İyul inqilabı zamanı göstərdi. Raymon Eskolye özünün "Onore Domye” kitabında yazırdı: 

"Əgər təhqir yaralayırsa, gülüş öldürür. Orlean rejimi üçün qəzəbli məqalə və nitqlər, gizli cəmiyyətlərin fəaliyyəti, fəhlələrin qiyamı daha az təhlükəli idi, nəinki Travyesin, Dekanın, Qranvilin iyul günəşi altında çiçəklənən litoqrafiyaları. Bu sonuncular bütün Fransanı mövcud qayda-qanuna gülməyə vadar edirdi”.

Sonralar Şarl Bodler həmin vaxtı "karikaturaçılar üçün gözəl dövr” adlandıracaqdı. Qələmin bir neçə hərəkəti ilə armudu Lui Filippə çevirən 22 yaşlı Onore Domyeni isə məhkəmə Sent-Pelaji həbsxanasına yollayacaqdı.

O vaxtdan bəri hər dəfə sosial-siyasi sarsıntılar həm də bir janr kimi karikaturanı aktuallaşdıracaqdı. 

Birinci rus inqilabı zamanı qəzetlərdən birində bu cür rəsm peyda olur: Ata Yeni il  üçün küknarı bəzəyir, budaqlardan üzərinə "İnqilabçı”, "Terrorçü” yazılan oyuncaqlar asır. Uşaq isə əlindəki "İmperator” və "General” yazılmış oyuncaqları uzadaraq deyir: "Bunları da as”. Təbii ki, bu, qəzetin son nömrəsi olur. 

***

 

Naci əl-Əli 1938-ci ildə Fələstinin Əl-Şəcərə kəndində doğulur. 10 yaşı olanda kənd İsrail tərəfindən işğal olunur və o, ailəsi ilə Livana sığınır.

Ərəb milli hərəkatına qoşulur, dəfələrlə həbs olunur, Livanda rəsm müəllimi işləyir. 1961-ci ildə onun rəsmləri məşhur fələstin yazıçısı, marksist və inqilabçı Həsən Kənəfaninin (1972-ci ildə Beyrutda qətlə yetirilib) diqqətini cəlb edir və onun tərəfindən jürnalda dərc olunur. 

Naci əl-Əli 40 mindən çox karikatura çəkib. Hamısının da mərkəzi personajı Hanzala adlı 10 yaşlı oğlandır. Fələstin müqavimətinin simvoluna çevrilən Hanzalanı məşhurluğuna görə yalnız Çipollino və Neznayka ilə müqayisə etmək olar. Ancaq onlardan fərqli olaraq, Hanzala kədərli və faciəvi personajdır.

Onun eynindən nimdaş, cırıq paltar var, ayaqyalındır - bu, yoxsullarla həmrəylik rəmzidir. Saçları kirpi tikanlarına bənzəyir. Heç vaxt üzünü seyrçiyə çevirmir. Əllərinin arxasında birləşdirib - bu isə fələstinlilərin mənafeyini nəzərə almayan istənilən qərara etirazdır. Saçlar da, arxasını çevirmək də onun qəzəbindən və reallıqla barışmazlığından xəbər verir. "Hanzala” - qarpız növüdür, ancaq şirin yox, acıdır və kökləri çox dərinə gedir. Bu da oğlanın dərdinə və torpağına bağlılığına işarədir.

Hanzala 10 yaşı olanda (eynilə müəllif kimi) Vətənindən qovulub və o vaxtdan bəri böyümür, həmin yaşda qalır. Onun böyüməyə davam etməsi üçün doğulduğu torpağa qayıtması vacibdir.

Naci əl-Əlinin ideyasına görə, Hanzala bütün fələstinliləri birləşdirir, eyni zamanda çağırış və ümiddir, qətiyyət rəmzidir. 

Müəllif bu obrazdan siyasi karikaturalarında fələstinlilərin mübarizəsinin fərqli aspektlərini göstərmək, İsraili, Qərbi və bəzi ərəb dövlətlərinin mövqeyini tənqid etmək üçün istifadə edir. 

Hanzalanın qraffitiləri bu gün də Qəzzanın, İordan çayının Qərb sahilinin, fələstinlilərin qaçqın düşərgələrinin divarlarını bəzəyir. Onu suvenirlərdə və bəzək əşyalarında təsvir edirlər. Naci əl-Əli personajı barədə deyirdi: "O, kompasın daima Fələstini göstərən oxudur. Yalnız coğrafi anlamda Fələstini yox, həm də humanitar mənada Fələstini göstərir. Yəni, Misirdə, Vyetnamda, Cənubi Afrikada olmasından asılı olmayaraq, ədalətli işin simvoludur. O, başlanğıcda sadəcə fələstinli uşaqdı, ancaq onun şüuru milli, qlobal və ümumbəşəri miqyasa qədər inkişaf etdi”.

Naci əl-Əli ömrünün son illərini Londonda yaşadı. Elə burada da 1987-ci ilin 22 iyulunda Kuveytin "Əl-Kabas” qəzetinin London ofisinin yaxınlığında gicgahından güllələndi. 38 gün komada qaldı və 29 avqustda vəfat etdi.

London polisi Fələstin Azadlıq Təşkilatının (FAT) üzvü olan iki nəfəri həbs etdi. Naci həm də Yasir Ərəfatın siyasətini tənqid etdiyindən, onun qətlinin də FAT tərəfindən sifariş verildiyi ehtimalı ortaya çıxdı. Ancaq tezliklə həmin şəxslərin həm də Mossadın agentləri olduğu təsdiqləndi. Baş nazir Marqaret Tetçer İsrailin üç dirlomatını ölkədən kənarlaşdırmaq və Mossadın London bazasını bağlamaq göstərişini verdi.

Sonra isə heç nə - tutulanlar sərbəst buraxıldı.İzlər itdi, rəssamın qanı yerdə qaldı.

"Şarli Ebdo”dan fərqli olaraq, Naci əl-Əlinin rəsmləri müəllifin ölümündən sonra da yaşamaqda davam edir. Əsl inqilabi incəsənəti güllələr öldürmür...

Məmməd Süleymanov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:347
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see645

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see450

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see297

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see260

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see254

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see253

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see249

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see240

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see230

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see215

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see211

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see206

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see201

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see198

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see187

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see182

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see174

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see173

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri