“Hapoel” riskə getmədi
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la üz-üzə gələcək “Hapoel” (Beer-Şeva) bu gün İsrail Toto Kubokunda Hayfa “Hapoel”i ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, komandanın baş məşqçisi Ran Kojux Azərbaycan çempionu ilə keçiriləcək vacib görüşü nəzərə alaraq əsas heyətə istirahət vermək qərarına gəlib.
Təcrübəli mütəxəssis III təsnifat mərhələsində “Srvena Zvezda” üzərində qazanılan qələbədə (2:0) start heyətində yer alan futbolçuların böyük qismini ehtiyatda saxlayacaq. Kojux kubok matçında daha az forma şansı tapan oyunçuları sınaqdan keçirəcək.
“Sabah” və “Hapoel” arasında ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab qarşılaşması isə avqustun 25-də “Bank Respublika Arena”da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Avqust 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















