Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

HAQQIN SƏSİ VƏ HİYLƏGƏR TAXT Və yaxud bir var idi, biri yox idi...

HAQQIN SƏSİ VƏ HİYLƏGƏR TAXT Və yaxud bir var idi, biri yox idi...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Biz uşaq olanda nənələrimiz, babalarımız nağıla belə başlayardılar: “Biri vardı, biri yox idi…”. Sonda isə xeyrin şərə qalib gəldiyi hekayələr danışardılar. O nağıllarda həmişə bir qəhrəman olurdu - haqqı deyən, ədalətsizliyə boyun əyməyən.

Nənəmin mənə danışdığı nağıllardan birində də belə bir qəhrəman vardı:

Bir zamanlar böyük səltənətin başında bir şah dururdu. Onun yanında isə ən yaxın adamları sayılan iki vəzir vardı. Şah düşünürdü ki, bu vəzirlər dövlətin dayağıdır, hər şeyi onun üçün düzgün idarə edirlər. Onlara sonsuz etibar edirdi. Amma saray divarlarından kənarda başqa bir həqiqət yaşayırdı.

Xalqın vəziyyəti şahın eşitdiyi kimi deyildi. Əksinə, ölkədə insanlar ağır və acınacaqlı həyat sürürdü. Əkin sahələri, mal-qara, insanların illərlə zəhmətlə qazandıqları          var-dövlət əllərindən alınmışdı. Özlərini hakimiyyətin sağ əli kimi təqdim edən darğalar xalqa zülm edir, onları son nəfəsinədək əzirdilər.

Qorxu isə hamının dilini bağlamışdı. Kim haqqını tələb etsə, zindana atılır, qaranlığa qərq edilirdi.

Bu səbəbdən, insanlar susurdu. Susmaq isə zaman keçdikcə zülmü daha da böyüdürdü. Amma xalqın içində hələ də haqqı deməyə cəsarət edənlər vardı.

Bir gün bu zülmlərə dözə bilməyən bir ağsaqqal şahın qəbuluna getdi. Ümid edirdi ki, şah xalqın dərdini eşidəcək. Lakin sarayın qapısında onu vəzirlər qarşıladı.

“Şahın işi çoxdur, sizi qəbul edə bilməz”, - dedilər.

Qoca kor-peşman geri döndü. Amma ümidini itirmədi. Qərara gəldi ki, şahın sarayına bir məktub yazsın. Bəlkə o məktub xalqı harınlamış məmurların zülmündən qurtara.

Bir müddət sonra məktubu özü aparıb təqdim etmək üçün yenidən saraya gəldi. Lakin yenə də eyni vəzirlərlə qarşılaşdı.

Onlar məktubu oxuyanda qocaya qəzəblə baxdılar. Vəzirlərdən biri onun üstünə hücum etmək istədi. Digəri isə onu saxlayıb, qulağına nəsə pıçıldadı.

Bir qədər sonra qocaya belə dedilər: “Narahat olmayın, sözlərinizi şaha çatdıracağıq”.

Qoca isə yaxşı bilirdi ki, həmin sözlər heç vaxt şahın qulağına çatmayacaq. Amma başqa çıxış yolu yox idi.

Saraydan uzaqlaşdı.

Bu arada vəzirlər arxa planda öz oyunlarını qurmuşdular. Onlar hər dəfə şaha yalan məlumatlar verirdi. Ağsaqqalın həqiqi sözlərini gizlədir, əvəzində tam başqa, saxta məlumatları şahın qarşısına qoyurdular.

Bir gün şah qərara aldı ki, özü xalqın arasına çıxsın, vəziyyəti görsün. Amma vəzirlər buna da çarə tapdı. Onlar şahın qarşısında hər şeyi yaxşı göstərir, xalqın çəkdiyi əziyyətləri gizlədirdi.

Eyni zamanda ağsaqqalla bağlı da öz planlarını qurmuşdular.

Şahın xalqın arasına çıxacağını eşidən qoca sevinərək onun yanına getmək üçün evdən çıxdı. Lakin başına gələcəkdən xəbərsiz idi.

Evindən çıxar-çıxmaz vəzirlərin göndərdiyi adamlar onu tutdu. Əlləri-qolları bağlanaraq şəhərin ən qorxulu və qaranlıq mağarasına aparıldı.

Şah səfərdən qayıdanda vəzirlər ona belə məlumat verdi: “Siz xalqın içində olanda bir neçə nəfər sizə qarşı təxribat törətmək istədi. Onları cəzalandırdıq. Bəziləri zindandadır, biri isə mağaraya göndərildi”.

Həmin mağara isə hakimiyyətə qarşı çıxanların saxlanıldığı yer idi. El arasında dolaşan söz-söhbətə görə, o mağarada gözəgörünməz varlıqlar yaşayırdı.

Ağsaqqal oraya aparılanda heç kimin üzünü görə bilmədi. Qaranlığın içində yalnız göz qamaşdıran işıq tərəfdən gələn səslər eşidirdi. Onlar düşünürdülər ki, qocaya dərs veriblər. Artıq o, danışmağa cəsarət etməyəcək.

Bir müddət sonra şah vəzirlərinə əmr verdi:

- O qocanı yanıma gətirin. Mən onu əfv edəcəyəm.

Vəzirlər bu sözləri eşidəndə narahat oldular. Amma şahın əmrinə qarşı çıxmaq mümkün deyildi. Qocanı hədələyib, qorxudaraq saraya gətirdilər.

Şah uzun danışdı. Qoca isə sakitcə qulaq asdı.

Nəhayət, söz almaq növbəsi ona çatdı.

Qoca başını qaldırıb dedi:

- Şah sağ olsun. Mən səhv etmişəm. Mən elə bilirdim ki, qanun şahdan üstündür. Amma bu gün gördüklərimdən sonra başa düşdüm ki… şah elə qanunun özüdür.

Şah vəzirlərinə tapşırdı ki, qocanı yola salsınlar…

Amma, əslində, azad olan qoca deyildi. Azad edilən yalnız sükut idi.

Beləcə, xalqın dili sayılan o ağsaqqal danışmağı yox, susmağı öyrəndi.

Və bəzən ən böyük qələbə kimi göstərilən şey, əslində həqiqətin susdurulması olur.

Sonda göydən 3 alma düşdü. Amma o almalar da kasıblara çatmadı…

Jalə FAMİLQIZI

11.03.2026

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Mart 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri