Haqqında həbs qərarı verildi, əmlakları əlindən alınır
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Moskva məhkəməsi rusiyalı bloger Yuri Dudu terrorçuluğa çağırış etmək ittihamı ilə qiyabi olaraq həbs olunub.
Axşam.az xəbər verir ki, "Shot" teleqram kanalı blogerin əmlaklarının müsadirəsi prosesinə başlanıldığını yazıb.
Bildirilib ki, hakimiyyət blogerin iki daşınmaz əmlakını dövlətin xeyrinə müsadirə etmək niyyətindədir. Bunlardan biri Moskvanın Yujnoye Butovo rayonunda yerləşən, sahəsi 78 kvadratmetr olan üçotaqlı mənzildir. Mənzilin dəyəri 26 milyon rubl qiymətləndirilir. Yuri Dud 2012-ci ildə bu mənzili alıb. Hazırda blogerin daşınmaz əmlak üzərində sərəncam vermək imkanının olmadığı və mənzilin məhkəmə yolu ilə müsadirə ediləcəyi bildirilir.
Hakimiyyət eyni zamanda Dudun Yeni Moskva ərazisində yerləşən evini də dövlətin xeyrinə müsadirə edə bilər. Sahəsi 250 kvadratmetr olan evin 12 sot torpaq sahəsi mövcuddur. Evin dəyəri birinci mənzilindən üç dəfə baha, 75 milyon rubl olaraq qiymətləndirilir. Ukraynada müharibənin başlamasından sonra Dud evi həyat yoldaşı Olqanın adına keçirib. Lakin məhkəmə bu müqaviləni etibarsız hesab edə bilər.
Qeyd edək ki, ötən il Moskva məhkəməsi Yuri Dudu xarici agent öhdəliklərindən yayınmaq işi üzrə qiyabi olaraq 1 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Xatırladaq ki, bloger 2022-ci ildə Ukraynadakı müharibəyə qarşı çıxıb və ailəsi ilə birlikdə Rusiyanı tərk edib. O, ölkənin ən məşhur yutuberlərindəndir. Onun məşhurlarla müsahibələri yutub platformasında milyonlarla baxış toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















