Icma.az
close
up
RU
MÜSLÜMOVUN “CƏZASI” VƏ ƏHALİNİN PENSİYA BƏLASI Sabiq nazirin oğurluq əmlakları əlindən alınır, pensiyaçılar isə...

MÜSLÜMOVUN “CƏZASI” VƏ ƏHALİNİN PENSİYA BƏLASI Sabiq nazirin oğurluq əmlakları əlindən alınır, pensiyaçılar isə...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün yayılan məlumata görə, 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.

Onun bu  iki əmlakının ümumi satış qiymətinin 1 milyon 376 min manat təşkil etdiyi bildirilir..

- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;

- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.

Məlumatda ötən ay da onun 490 min manata iki mənzilinin satışa çıxarıldığı qeyd olunur. Səlim Müslümov isə bu haqda hər hansı açıqlama verməyib. Yəqin ki, bundan sonra verməyıəcək.

Yada salaq ki, Səlim Müslümov 2024-cü ildə 11 il şərti cəza verilərək azadlığa buraxılanda, bunu özü üçün humanist hökm kimi qəbul etmiş, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etməmişdi.

Həmin vaxt Müslümovdan dövlət nəfinə alınacaq əmlakların siyahısı belə idi:

- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;

- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;

- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.

Müslümov o vaxt hökmdən apellyasiya şikayəti də verməmişdi. Görəsən, niyə?...

Məsələ ondadır ki, 11 il DSMF rəhbəri, 5 il Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutmuş bu şəxs cəmi 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinmişdi. Yəni, 16 il(!) ölkənin sosial müdafiə və pensiya sisteminin başında duran, bu qurumlara rəhbərlik etdiyi dövrdə əlinin altından üst-üstə 10 milyardlarla dövlət vəsaiti gəlib keçən klassik korrupsioner nazirin 16 ildə cəmi 27 milyon mənimsədiyi iddia olundu. Bu, ilə təxminən 1.5 milyon manat demək idi.


Bilənlər bilir ki, həmin illərdə bu məbləği, hətta ondan da artığını 1 ilə yox, 1 aya mənimsəmək Müslümov kimilər üçün “su içmək” qədər asan olub. Deməli, real talançılığın miqyası da 27 milyondan 10 dəfələrlə, bəlkə də daha artıq çox olub!

Əlbəttə, o cür iri miqyaslı mənimsəmənin cəmi 27 milyonla(onun da 20 milyonu əmlakla əvəzlənir) “başının bağlanması” çox sərfəlidir və heç bir appelyasiya şikayəti verməyən, əvəzində 3-5 əmlakının siyahısını təqdim etməklə yaxasını kənara çəkən Müslümovu başa düşmək asandır. Doğrudur, onun yalnız əmlaklarla “canını qurtarmadığına” dair də söhbətlər gəzirdi. Ancaq istənilən halda, adam etdiyini edib, mənimsənilənlə əvəzində ödənilən məbləğlərin bir-birini tam bağlaması və bu məbləğlərin tam olaraq büdcəyə qaytarılması qətiyyən inandırıcı deyil…

Lakin Müslümovun büdcəyə, dövlət vəsaitlərinə vurduğu ziyan onun “banisi olduğu” və əhalinin kasıb, imkansız təbəqəsi üçün əsl cəhənnəm kabusuna çevrilən “pensiya sistemilə” müqayisədə heç nədir! Zatən büdcənin pullarını Müslümov olmasa, başqa birisi talayacaqdı, necə ki, ondan əvvəl də, sonra da talanıb. Camaat artıq buna “adətkərdədir”.


Ancaq onun təməlini qoyduğu pensiya hesablanması sistemi bu əhalinin başına elə bir oyun açıb, cəmiyyətdə elə bir əcaib pensiya bölgüsü, nəticədə də ədalətsizlik, təbəqələşmə yaradıb ki, buna görə nəinki şərti cəza, əmlak müsadirəsi və s. az qala ömürlük həbs cəzası da yüngül cəza sayılmalıdır.

Ömrünün böyük hissəsini ağır işlərdə keçirən fəhlə-kəndli təbəqəsi, eləcə də müəllim, alim, həkim və s. ziyalı təbəqəsinə aid insanlar ahıl yaşlarında lənətə gəlmiş “pensiya kapitalı”nı doldurmadıqları bəhanəsilə 320 manata möhtac qoyulublar. Ya da “bəxti gətirənlər” bundan bir az çox – 350-450 manat pensiya ala bilirlər. Əvəzində, bütün ömrünü yüksək və yağlı vəzifələrdə keçirən məhkəmə hakimləri, prokurorlar, polis rəisləri, deputatlar və digər bu qəbildən olanlar 10-20 qat daha çox pensiya alırlar. Üstəlik, hələ bundan da narazılıq edərək, müvafiq nazirliyi məhkəməyə verib, dövlətdən daha artığını tələb edir və təbii ki, məhkəmələri də udurlar. Yəni, zatən pularını “balta kəsməyən”, saysız-hesabsız mülkləri, biznesləri, bank hesabları olan adamlar pensiyaya çıxandan sonra da nə dövlətin, nə də millətin yaxasından düşmürlər.

Bunun üçün qanuni əsas yaradanlar isə Müslümov kimilər və onların hazırladıqları mürtəce qanunları parlamentdə təsdiqləyən deputatlardır. Acınacaqlı həm də odur ki, Müslümovdan sonra gələnlər başda olmaqla, heç kim bu haqsızlığı aradan qaldırmaq istəmir…


Müslümovla bağlı məhkəmə qərarında deyilir ki, o, şərti cəza müddətində ölkədən çıxa bilməz. Buna nə dərəcədə əməl edildiyini deyə bilmərik, çünki Azərbaycanın hüquq-mühafizə, məhkəmə, məhkəmə qərarlarının icrası sistemində hər şey mümkündür. Amma əslində əhalinin ahıl, imkansız kəsimini qəpik-quruşa məhkum edən, möhtac qoyan bunun kimilər nəinki ölkədən çıxmağa, heç ümumiyyətlə, insan arasına çıxmağa layiq deyillər…

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri