Icma.az
close
up
RU
Dəmirçi ailəsinin əmlakları əlindən alınır MİLYONLARLA KREDİT QAYTARILMAYIB

Dəmirçi ailəsinin əmlakları əlindən alınır MİLYONLARLA KREDİT QAYTARILMAYIB

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakıda bir neçə plazanın – “AGA Group”un sahibi olan məşhur iş adamı Aydın Dəmirçi və onun ailəsi yeni qalmaqalla üzləşib.

İllər əvvəl “City Plaza” üçün götürülmüş kredit qarşılığında girov qoyulmuş əmlakların itirilməsi təhlükəsi yaranıb.
Gununsesi.info xəbər verir ki, “City Plaza”ya 11 il əvvəl “KredoBank” illik 7 faizlə 5 milyon kredit ayırıb.
O zaman Azərbaycanda1 dolların dəyəri 0,78 qəpik idi.
Əvəzində Dərnəgül qəsəbəsində 0,29436 hektar torpaq sahəsində yerləşən, “Dəmirçi” şirkətinə məxsus 2632 kvadrat metrlik obyekt girov qoyulub. Bu barədə “Dəmirçi” şirkəti ilə ipoteka müqaviləsi bağlanıb.
Bundan başqa, borcun ödənilməsinin təminatı kimi, “City Plaza”nın Nizamnaməsində adı olan və hər birinin 50 faiz payı olan şəxslərin əmlakları, eləcə də plazanın yaxınlığında yerləşən və məhkəmə qərarı ilə ona aid olan Nəsimi rayonu, Bakıxanov prospekti, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə və Vəzirov küçələrinin əhatə dairəsində yerləşən 0,5449 hektar torpaq sahəsi ilə bağlı da ipoteka müqaviləsi bağlanıb.
2017-ci ilə qədər bağlanmalı olan kredit öhdəlikləri yerinə yetirilməyib.
Üstəlik, bankın özü də problemlərlə üzləşib. 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinin qərarı ilə “KrеdоBаnk” ləğv еdilib. Bankın ləğvedici təyin olunan Əmаnətlərin Sığоrtаlаnmаsı Fоndu krediti tələb etməyə başlayıb. Xəbərdarlıqlar nəticə verməyəndə isə 5 milyon manat əsas borc, 458 mindən çox faiz borcu, 431 min manat cərimə və s. olmaqla, ümumilikdə 6 milyon 599 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırılıb. Tələb olunub ki, iddia təmin olunsun və girov qoyulmuş əmlaklara yönəldilsin.
Qarşı tərəf bu tələblə razılaşmır. Bildirir ki, düzgün hesablama aparılmayıb. Məsələn, vaxtilə ödədikləri 2 milyon 300 min manata yaxın vəsait nəzərə alınmayıb – borcdan çıxılmayıb.
Məhkəmə borc hissəsində Əmanətlərin Sığortalanması Fondunun iddiasını haqlı sayıb, iddianı təmin edib. Yalnız dəbbə pulu ilə bağlı hissəni təmin etməyib. Əmlaklar məsələsində isə borcu “City Plaza” MMC-nin payçılarının əmlaklarına yönəltmək qərarı verib.
Bakıda “Demirçi Tower”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzlərinin daxil olduğu “AQA Şirkətlər Qrupu”nun sahibi olan Dəmirçi ailəsinin adı bir müddət əvvəl də qalmaqalda hallanmışdı. Holdinqin rəhbəri Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi Şəkidə ağacları kəsdirib, təbiətə 8 milyon 300 min manata yaxın ziyan vurmaqda ittiham edilərək həbs olunmuşdu.
39 yaşlı Qafar Dəmirçi bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılmışdı.

Elmar Elnuroğlu
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri