Icma.az
close
up
RU
Haradan ev almaq olmaz? MTK ların çirkli keçmişi problem yaradır

Haradan ev almaq olmaz? MTK ların çirkli keçmişi problem yaradır

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Bəs görəsən, daşınmaz əmlak alanda onun təhlükəsizliyindən necə əmin ola bilərik? Bunun üçün kimə və ya hara müraciət etmək lazımdır? Mənzilin sığortalanması bizi nələrdən qoruya bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, həyət evi və ya mənzil alarkən mütəxəssislərlə məsləhət etmək lazımdır:

“Ev, mənzil, eləcə də obyekt almaq taleyüklü məsələdir. İnsan ömründə bir neçə dəfə bir qərar qəbul edir. Ev almaq istəyini qohum, dost-tanışla yox, mütəxəssislərlə məsləhətləşmək lazımdır. Ya qiymətləndirmə, ya rieltor, ya da konsaltinq şirkətləri ilə məsləhət edərək qərar vermək lazımdır. Çünki onlar mənzil-tikinti kooperativlərini, binaların inşasında istifadə olunan materialların keyfiyyətini, MTK-ların çalışma prinsipini, evin yerləşdiyi ərazini, infrastrukturu, xəstəxanaya, uşaq bağçasına, məktəbə, ticarət mərkəzlərinə məsafəsini, yaxınlığından keçən metro, marşrut avtobusu, eləcə də gələcəkdə quraşdırılacaq tramvay kimi alternativlərin həmin ərazidə olub-olmamasını bilirlər. Əlbəttə, bu amillər də qiymətə təsir göstərir. Bu baxımdan mütəxəssislərə müraciət böyük önəm kəsb edir.

Vətəndaşlar fərdi qaydada qərar qəbul edəndə bəzi problemlərlə üzləşirlər: ya MTK-ların keçmiş tarixi "təmiz" olmur, buna görə də ev alan şəxs aldadılır, ya sənədləşmə problemi yaşanır, ya binada aşınma daha sürətlə gedir, yada ki, inşaat materialları keyfiyyətsiz çıxır.

Dünyada tikintinin keyfiyyətini, şüalanma dərəcəsini belə, ölçüb müəyyənləşdirirlər. Bizdə isə kosmetik görüntüyə, viziuallığa əsas verilir. Bu isə çox böyük təhlükələrlə qarşılaşmağa imkan yaradır. Məhz bu səbəblərdən işi mütəxəssislərə həvalə etmək, müqavilə bağlamaq lazımdır. Müqavilədən sonra baş verən hər hansısa hadisə, yaxud keyfiyyətlə bağlı problemlər həmin şirkətdən tələb olunmalıdır, öhdəliklər götürülməlidir. Satış rieltor vasitəsi ilə təkcə qazanc əldə etmək demək deyil. Müqavilədə satışda olan binanın həqiqətən də müasir standartlara və keyfiyyət göstəricilərinə cavab verib-vermədiyini, eləcə də, fasiləli ödənişlərin sonunda hazır olmamış bina təhvil verilib-verilməyəcəyi göstərilməlidir.Bütün bu detalları mütəxəssis özü hesablayıb, öhdəlik götürməlidir. Bunun qarşılığında da həmin şirkətə ödəniş edilməlidir.

Ataların da dediyi kimi “ucuz ətin şorbası olmaz”. Daşınmaz əmlak alanda işin ucuzuna qaçanlar sonradan daha çox xərclərə düçar olurlar. Bu cür ağır və məsuliyyətli qərarı şirkətlərlə danışmaq, müzakirə eləmək lazımdır ki, sonra hansısa düzəlməsi mümkün olmayan problemlə üz-üzə qalmasınlar”.

V.Oruc vurğulayıb ki, ev alanda sonradan problemlərin yaranmaması üçün sürüşmə zonaları istisna olmaqla, digər ərazilərin o qədər də önəmi yoxdur:

“Ola bilər ki, mənzil tikilən ərazi əvvəllər gölməçələrdən ibarət olsun, sonradan doldurulsun. Yaxud onun inşasında istifadə olunan tikinti materialları keyfiyyətsiz olsun və ya bünövbərinin qoyulmasında lazımi bərkidilmə işləri aparılmasın, işçi iş müddətində Fövqəladə Hallar Nazirliyi tərəfindən tələb olunan təhlükəsizlik və digər məsələlərə əməl etməsin. Bütün bu amillər tikintidə natamamlıq yaradır. Bu hadisələrdən sığortalanmaq üçün müqavilə ilə işi başqa şirkətə ötürmək olar”.

AQC sədri vurğulayıb ki, Azərbaycanda daşınmaz əmlakın sığortalanması formal xarakter daşıdığı üçün vətəndaşlar buna o qədər də meyil etmirlər:

“Düşünürəm ki, sığorta prosedurlarında və qaydalarında dəyişikliyə ehtiyac var. Dəyərindən asılı olmayaraq bütün evləri formal sığorta etdirmək məqsədə müvafiq deyil. Dəyəri çox olan ev və yaxud mənzil yüksək qiymətə, dəyəri az olan əmlaklar isə aşağı qiymətə sığortalanmalıdır. Bu halda sığorta şirkəti də ciddi maliyyə əldə edə bilər. Həmçinin sığorta hadisəsi vaxtı ayırmalar da formal yox, real xarakter daşıyar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Fevral 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see161

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri