Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ötən onilliklərin solmayan kinolentləri

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

İnformatika müəllimlərinin çatışmazlığı: Problem haradan qaynaqlanır?

İnformatika müəllimlərinin çatışmazlığı: Problem haradan qaynaqlanır?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son illərdə rəqəmsallaşma və texnologiyaların sürətli inkişafı fonunda informatika fənninin tədrisi ön plana çıxıb. Lakin bu sahədə kadr çatışmazlığı, marker müəllim azlığı və digər sistemli problemlər var.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə də bu yaxınlarda mətbuata açıqlamasında informatika müəllimlərinin azlığından və bu fənn üzrə marker-müəllimlərin kəskin çatışmazlığından şikayətləndi: "Biz təcrübəli marker-müəllim tapa bilmirik".

Nəzərə alsaq ki, DİM-in qərarına əsasən, 2023-cü ildən bəri I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən də imtahan verirlər, onda fənnin bu gün üçün əhəmiyyəti daha çox anlaşılar.

Bəs informatika müəllimlərinin çatışmamasında səbəb nədir? Problemi necə həll eləmək olar?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ölkəmizdə marker ola biləcək müəllimlər az deyil"

Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin informatika müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) nəzdində fəaliyyət göstərən Gənc İnformatika Müəllimləri Birliyinin sədri Pərvanə Çopsiyevanın fikrincə, informatika müəllimlərinin çatışmazlığı və informatika üzrə marker müəllimlərin sayının azlığı təkcə texniki bir çatışmazlıq deyil, illərlə bu fənnə qarşı formalaşmış sistemli yanaşmanın nəticəsidir: "Dünyanın bir çox inkişaf etmiş ölkəsində innovasiya və texnoloji tərəqqinin təməli kimi tanınan informatika uzun illər Azərbaycan təhsilində ikinci planda qalmışdı. Bu vəziyyətin əsas səbəblərindən biri İT ixtisasını seçən abituriyentlərin ali məktəblərə qəbul zamanı informatika fənnindən imtahan verməmələri idi. Bu problemi qismən aradan qaldıran önəmli addımlardan biri I ixtisas qrupu üzrə qəbul imtahanlarına informatika fənninin əlavə olunması oldu. Bu qərar həm bu sahəyə marağı olan şagirdlərin ixtisasa yönəlməsinə şərait yaratdı, həm də informatikanın təhsil sistemindəki önəmini artırdı". P.Çopsiyevanın fikrincə, imtahanları illərdir təşkil olunan fənlərlə müqayisədə informatika fənni hələ yeni-yeni dirçəlir": "Lakin əminliklə bildirirəm ki, ölkəmizdə bu fənn üzrə kifayət qədər ixtisaslaşmış, işinin peşəkarı olan müəllimlər var. Bunun əyani sübutu informatika müəllimlərinin təhsilverənlərin sertifikatlaşdırılması prosesində göstərdikləri yüksək nəticələrdir. Bu statistika göstərir ki, ölkəmizdə marker ola biləcək müəllimlər az deyil. Sadəcə, onların müəyyən edilməsi və hazırlığı istiqamətində sistemli yanaşmaya ehtiyac var. Hesab edirəm ki, regionlarda fəaliyyət göstərən istedadlı müəllimləri bu prosesə cəlb etmək və onları mərkəzlə əlaqələndirmək lazımdır".

"Yoxlayıcı proqramlar yaradılsın"

İnformatikanın ən aktual və ən önəmli fənlərdən biri sayıldığını deyən Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrətin fikrincə, elə informatika müəllimləri var ki, nəzəriyyəni əzbər bilsələr belə, praktik olaraq adi proqramda işləyə bilmirlər. Yəni praktik olaraq kompüterdə işləmək bacarıqları yoxdur: "Ali təhsil müəssisələrində ayrıca informatika ixtisaslı müəllim hazırlığındansa, bütün ixtisasların daxilində İKT məzmununu yüksək mənimsəmiş əsl informatika bilgili fənn müəllimlərin hazırlığına üstünlük verilməlidir. Ali təhsil müəssisələrində informatika müəllimliyi ixtisası adının yerində "müasir tədris texnologiyalar"ı ixtisası adı ilə fakültə olmalıdır".

Motivasiyanın yoxluğu

Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta məktəbin informatika müəllimi Çinarə Hüseynova bu sahədə müəllimlərin sayının az olmasını bir neçə amillə əlaqələndirir: "İlk səbəb peşəyə marağın aşağı olmasıdır. Müasir dövrdə informatika üzrə ixtisaslaşan gənclər əsasən özəl sektora - proqramlaşdırma, sistem inzibatçılığı, kibertəhlükəsizlik və digər sahələrə üz tuturlar. Bu istiqamətlər daha yüksək əməkhaqqı və peşəkar inkişaf imkanları təklif edir. Tədris mühitinin qeyri-cazibədarlığı da səbəblərdən biridir. Xüsusən region məktəblərində informatika kabinetləri ya yoxdur, ya da texniki baxımdan zəif təchiz olunub. Bu da müəllimlərin işləmək istəyini azaldır. Həmçinin motivasiya problemi var: müəllim maaşlarının nisbətən aşağı olması, ixtisasartırma və peşəkar inkişaf imkanlarının məhdudluğu sahəyə marağın azalmasına səbəb olur". Ç.Hüseynova bildirir ki, DİM-in qeyd etdiyi marker müəllim problemi də bu sahədə daha dərin struktur problemlərin göstəricisidir. Belə ki, informatika fənni üzrə marker olmaq üçün yüksək fənn biliyindən əlavə, testin qiymətləndirilməsi qaydalarını dərindən bilmək və analitik düşüncə tələb olunur: "Lakin mövcud müəllim heyətinin əksəriyyəti yalnız nəzəri biliklərlə kifayətlənir və praktiki bacarıqları ya zəifdir, ya da təkmilləşdirilməyə ehtiyac duyur. Müasir proqramlaşdırma dilləri, alqoritmlər və süni intellekt kimi sahələrə dair dərs materialları ya köhnədir, ya da kifayət qədər tədris olunmur. Müəllimlərin ixtisasartırma ehtiyacları nəzərə alınmır, tədris proqramları və kurikulumlar reallığa uyğun deyil".

Ç.Hüseynova hesab edir ki, mövcud vəziyyətdə müəllim maaşlarının artırılması və informatika müəllimlərinə xüsusi bonusların verilməsi, marker müəllimlər üçün intensiv təlim proqramlarının təşkili faydalı olardı.

Ç.Hüseynovanın fikrincə, informatika müəllimlərinin azlığı və marker çatışmazlığı ölkənin gələcəyini formalaşdıracaq rəqəmsal savadlı nəslin yetişməsi qarşısında ciddi bir maneədir: "Bu problem təkcə təhsil sisteminə deyil, bütövlükdə ölkənin texnoloji inkişafına da təsir göstərə bilər. Odur ki, bu sahədə islahatlar gecikdirilməməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see310

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see235

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see217

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see201

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see196

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see194

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see194

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see193

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see192

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see192

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see191

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see190

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see190

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see190

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see189

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see188

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see187

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see185

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see185

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri