Icma.az
close
up
RU
Haradan kredit götürmək daha sərfəlidir Bank, BOKT, yoxsa Lombard?

Haradan kredit götürmək daha sərfəlidir Bank, BOKT, yoxsa Lombard?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maddi ehtiyaclarını qarşılamaq üçün vətəndaşlar çox zaman  üç maliyyə mənbəyinə üz tuturlar: banklar, bank olmayan kredit təşkilatları (BOKT) və lombardlar. Bəs bu alternativlərdən hansı daha etibarlı və  sərfəlidir? 

Mövzu ilə bağlı Moderator.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki,  kredit götürən şəxs üçün əsas meyar etibarlılıqdan çox, kreditin şərtləri və faiz dərəcəsidir:

“Əsas məsələ kreditin faizidir. Faiz dərəcəsi nə qədər aşağı olarsa, kredit bir o qədər sərfəli olar. Ən aşağı faizlər banklarda təklif edilir, sonra bank olmayan kredit təşkilatları gəlir. Lombardlar isə ən bahalı kreditləri təklif edir. Buna görə də insanlar ilk növbədə banklardan kredit götürməyə çalışırlar. Əgər bankdan kredit ala bilməsələr, BOKT-lara müraciət edirlər. Burada da mümkün olmadıqda, məcbur qalıb lombardlara üz tuturlar.”

Ekspert lombard kreditlərində xüsusi bir riskə də diqqət çəkir: 

“Banklar və bank olmayan kredit təşkilatları Mərkəzi Bank tərəfindən tənzimləndiyi üçün daha etibarlı sayılır. Lakin lombard sektoru nəzarətsiz olduğu üçün burada fırıldaqçılıq ehtimalı daha yüksəkdir.

Lombardlara Mərkəzi Bank nəzarət etmir. Faktiki olaraq, istənilən şəxs lombard açıb fəaliyyət göstərə bilər. Vətəndaşlar burada qızıl və ya digər qiymətli əşyalarını girov qoyurlar. Lakin bəzi hallarda lombardlar bu əşyaları qanunsuz şəkildə sata, dəyişə və ya başqa məqsədlərlə istifadə edə bilərlər. Buna görə də lombardlara etibar etmək risklidir.”

Ekspertin fikrincə, vətəndaşlar kredit götürərkən ilk növbədə faiz dərəcəsini, sonra isə tənzimlənmə və etibarlılıq məsələlərini nəzərə almalıdırlar. Ən sərfəli kreditlər banklar tərəfindən verilsə də, şərtləri ödəməyən vətəndaşlar alternativ variantları qiymətləndirməli olurlar".

İqtisadçı Günay Hüseynov isə qeyd edir ki, kredit götürmək sıravi vətəndaşlar üçün, xüsusilə də ödəmə qabiliyyəti zəif olan şəxslər üçün risklidir:

 “Çətin vəziyyət olmadıqca kredit götürmək tövsiyə edilmir. Hüquqi şəxslər və bizneslə məşğul olanlar üçün kreditlər zəruri ola bilər, lakin fiziki şəxslər üçün bu, düşünülmüş addım olmalıdır. İqtisadi səbəblərdən başqa, insanların kreditlərə üz tutması bəzən sosial və psixoloji faktorlarla bağlıdır. "Qonşudan geri qalma" prinsipi, bahalı telefon, maşın, ev almaq istəyi və dəbdəbəyə meyillilik insanları maliyyə yükünün altına salır. Kreditə tələbat olduğu üçün banklar və BOKT-lar yüksək faizlə borc verir. Əgər kredit tələbatı azalsaydı, mənzil və digər bahalı əşyaların qiymətləri də aşağı düşərdi. Xəstəlik və çətin vəziyyət olmadıqca kredit və ya lombard tövsiyyə olunan deyil. Məsələn, satıcı şirkətlər də bunu bildikləri üçün yüksək qiymət təyin edirlər. Çünki bilirlər ki, alıcılar "şöhrətpərəstlik" səbəbilə kredit götürüb bu məhsulları əldə edəcəklər”.

İqtisadçı xatırladıb ki, 2025-ci il 1 yanvar statistik məlumata əsasən özəl bankların  kredit portfeli 20 milyard 327 milyon manatdır aylıq müqayisədə 0,2 %,illik müqayisədə 14,9% böyüyüb:

 “Dövlət Banklarının Kredit Portfeli 7 milyard 150,7 milyon manatdır. Aylıq müqayisədə 1,1%,illik müqayisədə 19,9% böyüyüb . BOKT-lara gəldikdə isə 2024 -cü ildə onların kredit portfeli 808,3 milyon manat,öncəki ilin eyni dövrü ilə müqayisədə 34,5% ,başqa sözlə desək 202 milyon manat çoxdur. 2024-cü il dekabr ayı üçün MB statistik məlumatina əsasən kredit portfeli ümumi 27.477,7 təşkil edib. Businnes loans /biznes kreditləri 14.787,20, consumer loans/istehlak kreditləri 8.445,0 ; mortgages/ipoteka 4.245,5 təşkil edib.

Əhalinin banka borcları  isə artıb.  2024 cü ilin dekabr ayının statistik göstəricisinə əsasən 8 milyard 422,9 milyon , bir öncəki ildə 6 milyard 937 milyon təşkil edib. Son olaraq qeyd edim ki ,əgər bizdə də qarşısı alınmasa 2008 ci ildə Amerikada olan iqtisadi kriz bizdə də gözlənilə bilər...”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri