Icma.az
close
up
RU
Bank yoxsa BOKT: Hansı daha insaflıdır...

Bank yoxsa BOKT: Hansı daha insaflıdır...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) fəaliyyətini genişləndirərək kiçik biznesə və insanlara kreditlər təqdim edir. Lakin bu təşkilatların verdikləri kreditlərin faizləri banklara nisbətən daha yüksəkdir. Bu vəziyyət bir çox müştərilər üçün narahatlıq doğurur və gələcəkdə ağır yükə çevrilir. 

BOKT-lar müştərilərə kredit vermək və maliyyə xidmətləri göstərmək üçün fəaliyyət göstərən qurumlardır. Onlar əmanət qəbul etmədikləri və nisbətən az maliyyə resurslarına sahib olduqları üçün kredit faizlərini müəyyən edərkən daha yüksək riskləri nəzərə alırlar. 

Modern.az Azərbaycanda fəaliyyət göstərən bir neçə BOKT-un kredit şərtlərini araşdırıb. Məlum olub ki, BOKT-larda kredit məbləği 100 manatdan başlayır 150 000 manatadək artır. Faizlər geniş diapazonludur.  15%-dən başlayaraq 42%-dək dəyişir. 

Banklar adətən kredit faizlərinin minimum həddini göstərir, məsələn “10 faizdən başlayaraq” kimi ifadələrlə təqdim edirlər. BOKT-larda isə əksər hallarda belə olmur, dərəcələr minimum və maksimum faizlərlə  ifadə olunur. Məsələn, 15-35 faiz. Müştəriyə bu faizlərin hansının təqdim olunması qiymətləndirmədən sonra məlum olur. 

Kreditlərin məbləği o qədər də yüksək olmur. Düzdür 150 min manatadək kredt təklif edənlər var. Amma əksər BOKT-ların təklif etdiyi məbləğ  1000-50000 manat arasında dəyişir. 

Banklarla müqayisədə BOKT-lar bahalı kredit təklif etsə də komissiya bəzi hallarda tutulmur. Komissiya tutan kredit təşkilatları 1-5 faiz arasında xidmət haqqı alırlar. 

Müştəri üçün hansı sərfəlidir, bankdan, yoxsa BOKT-dan kredit götürmək?

Fərz edək ki, müştərtiyə 10 min manat lazımdır. Bank ona krediti 3 il müddətinə orta hesabla 18 faizlə, BOKT isə 30 faizlə verir. 

Əgər müştəri pulu bankdan götürübsə hər ay 361 manat 52 qəpik ödəməli olacaq. Müddıətin sonundan müştərinin bankla ödəyəcəyi təkcə faizlər 3014 manat 86 qəpik təşkil edəcək. 

Kredit BOKT-dan götürülübsə onda kreditin aylıq məbləği 424 manat 52 qəpik təşkil edir. Müştərinin müddətin sonunda banka ödədiyi faizlər 5282 manat 57 qəpik olacaq. Beləliklə müştəri faiz fərqindən bankla müqayisədə Bokt-lara 2267 manat 71 qəpik əlavə pil ödəməlidir. 

Niyə insanlar BOKT-lara üz tutur? 

BOKT-lar müştərilərə banklarla müqayisədə daha çevik və sürətli kredit şərtləri təklif edir. Banklardan kredit götürməkdə çətinlik çəkənlər BOKT-lara üz tutur. Çünki burada kreditlərə tələblər nisbətən sadədir. Amma şərtlər daha ağırdır. 

Bu təşkilatlıar əksər hallarda daşınmaz əmlak , qızıl. Nəqliyyat vasitləri vəs. kimi girovlar tələb edir. Əksər hallarda risklər əsas gətirilərək girovlar aşağı qiymətləndirilir. Məsələn qızıl girov qoyularkən “lom” qiymətinə götürülür. Son vaxtlar BOKT-lar tərəfindən ayrılan kreditlərin həcminin artmasının bir səbəbi də dünya bazarlında qızılın bahalaşmasıdır. Son 1 ildə dünya bazarında qızıl əhəmiyyətli dərəcədə artıb. Bank olmayan kredit təşkilatlarının mütəxəssisləri bildirir ki, bu onlara kredit məbləğinin 30 faizədək artırmağa imkan verib. 

Avtomobil girovu ilə kredit şərtləri çox ağırdır. Məsələn kimsə avtomobili girov qoyub 10000 manat kredit götürürsə azı 1500 manat əlavə xərcləri çıxacaq. Bura avtomobilin mülkiyyəti və qeydiyyatı ilə bağlı xərclər aiddir.  başqa sözlə müştər bəri başdan 15 faiz itirir. Əgər kredit 25 faizlə verilirsə onda müştərinin ümumi itkiləri 40 faizə çatır.  

BOKT-ların da öz arqumenti var - yüksək risk yüksək faiz deməkdir

BOKT-lar kreditlərin banklara nisbətən baha olmasını belə əsaslandırır. Omnlar hesab edirlər ki, banklardan fərqli olaraq əmanətləri qəbul etmədikləri üçün daha az maliyyə resurslarına sahibdirlər. Banklar öz müştərilərindən topladıqları əmanətlərdən və digər maliyyə mənbələrindən istifadə edərək daha ucuz maliyyə vəsaitlərinə çıxış əldə edirlər. BOKT-lar isə borc almalı və ya sərmayə qoyanlardan əlavə maliyyə cəlb etməli olurlar. Bu da onların maliyyə xərclərini artırır və nəticədə yüksək faizlər təklif etməyə məcbur edir.
BOKT-lar, kreditləri əsasən daha yüksək risk qrupundakı müştərilərə verir, çünki onlar əmanətləri qəbul etmədikləri üçün banklar kimi güclü maliyyə dayanıqlılığına malik deyillər. Ayrıca, BOKT-ların müştəri təhlilində banklar kimi geniş məlumat bazaları və resurslar yoxdur. Bu da onların kredit portfellərini idarə etməkdə əlavə çətinliklər yaradır.

BOKT-ların müştəri bazası əsasən kredit tarixçəsi zəif olan və ya banklar tərəfindən qəbul edilməyən müştərilərdən ibarətdir. Bu müştərilərin kredit almaq imkanı məhdud olduğundan BOKT-lar onlara kredit vermək üçün daha yüksək faizlər təklif edir. 

BOKT-lara yeni tələblər qoyulub

Ötən ilin sonunda BOKT ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Mütəxəssislərin fikrincə,  yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək. Bu dəyişikliklər Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda ilk dəfə qısamüddətli kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər.

BOKT-lar mənfəətlə işləyir

Azərbaycan Mərkəzi Bankının məlumatına görə ölkədə 93 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bunlardan 36-sı kredit ittifaqlarıdır. Dövlət bank olmayan kredit təşkilatlarının sayı isə 1-dir. Özəl bank olmayan kredit təşkilatlarının 15-i xarici kapitallıdır. Bank olmayan kredit təşkilatlarının filiallarının sayı 304, işçilərinin sayı isə 3546 nəfərdir.

Ötən il BOKT-lar tərəfindən vətəndaşlara və sahibkarlara ümumilijkdə 808 milyon manatdan çox kredit verilib. 1 ildə kreditlərin məbləği 30 faizdən çox artıb. 

Bu təşkilatların ümumi aktivləri 993 milyon manat, cəmi öhdəlikləri 537 milyon manatdır. Ötən il BOKT-ların xalis mənfəəti təxminən 2 dəfə artaraq 157 milyon manat olub. Bu təşkilatlar kifayət qədər rentabelli işləyir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri