Icma.az
close
up
RU
Hardasan, ay poçtalyon?!

Hardasan, ay poçtalyon?!

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

...Sayları azalsa da, çantaları dolmasa da, gərəkliklərini saxlayırlar

Texnologiyanın inkişafı həyatımızın bütün sahələrini dəyişdiyi kimi, ünsiyyət vasitələrinə də yeniliklər gətirib. Əvvəllər insanlar bir-birinə yalnız poçtalyonlarla məktub yollayırdılar. Məktubun ünvanına çatması isə bəzən günlər, həftələr, aylar çəkirdi.

Məktubun qatlanma forması belə göndərənin hisslərini ifadə edirdi. Məsələn, burulmuş məktub “xoşuma gəlirsən” demək idi, üçbucaq formasında qatlanan məktub isə yazanın qarşı tərəfə xüsusi dəyər verdiyini bildirirdi. Kvadrat formada məktub dostluq təklifindən xəbər verirdi. Daha fərqli burulmuş məktub isə görüş təyin etmək niyyəti daşıyırdı. Düzbucaqlı məktub isə ayrılığı simvolizə edirdi. Bir sözlə, yazılanlardan əvvəl məktubun forması artıq cavabı deyirdi. Hər qatlanmış küncdə bir sirr, hər formada bir mesaj gizlənirdi.

İnternet və mesajlaşma proqramları dövründə bu ənənələr unudulmaq üzrədir, “məktub gözləmək” anlayışı demək olar ki, tarixə qovuşub. Elektron poçt, mesajlaşma proqramları və sosial şəbəkələr vasitəsilə yazdığımız hər söz ünvana dərhal çatır. Hətta cavab da çox zaman saniyələr içində gəlir. Ənənəvi məktublar çox vaxt rəsmi və geniş ifadələrlə zəngin olurdu. İndi isə mesajlarda daha qısa, yığcam və emojilərlə müşayiət olunan yazılar üstünlük təşkil edir. İnsanlar hisslərini artıq sözlərlə deyil, simvollar, şəkillər, qısa videolar vasitəsilə də ifadə edirlər.

Bütün bu rahatlıqlara baxmayaraq, bir çox insan üçün məktubun öz yeri var. Əllə yazılmış məktubun xatirəsi, kağızın qoxusu və göndərənin emosiyasını əks etdirən yazı telefon mesajlarının təqdim edə bilmədiyi xüsusi bir duyğu yaradır. Bu səbəbdən, məktub yazmaq daha çox nostalji, xüsusi və rəsmi münasibətlərdə istifadə olunan vasitəyə çevrilib.

Məktublar həm də mətbuatın ən güclü silahlarından biri olub. Xüsusən də, Azərbaycan mətbuat tarixində məktublar oxucu ilə redaksiya arasında körpü rolunu oynayıb. XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalına oxuculardan saysız-hesabsız məktublar gəlirdi. Camaat öz dərdini, rastlaşdığı çətinlikləri “Molla əmi”yə danışır, çıxış yolu axtarırdılar. Jurnalın əməkdaşları isə məktubların izi ilə gedərək problemləri işıqlandırır, çox vaxt da həllinə nail olurdular. Sonrakı dövrlərdə də qəzetlərdə məktublar şöbəsi xüsusi önəm daşıyırdı. Ötən əsrin 80-ci illərində qəzetimizin poçtuna hər gün 3 minədək oxucu məktubu gəlirdi. Redaksiyalara daxil olan şikayətlər müxbirlər tərəfindən araşdırılır, aidiyyəti qurumlara müraciət edilirdi. Çox vaxt müsbət nəticə əldə olunur, idarələr və təşkilatlar qəzetlərin tənqidindən çəkinərək dərhal tədbir görməyə məcbur qalırdılar.

İnsanlar problemlərinin həllini hər gün üz tutduqları sosial şəbəkədən çox, peşəkar jurnalist araşdırmasından gözləyirlər. Lakin, nədənsə, ələ qələmi götürüb məktub yazmağa, sanki, tənbəllik edirlər.

Bir zamanlar kənd və şəhərlərdə insanlar hər gün poçtalyonun yolunu gözləyərdi. Onun gətirdiyi məktub bir sevgi etirafı, bəzən uzaq diyarlardan gələn salam, bəzən də acı xəbər olardı.

Yeri gəlmişkən poçt tariximizə nəzər salsaq. 1818-ci il iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində - Şuşa, Şamaxı, Bakı və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları fəaliyyətə başlayıb. 1861-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi olub.

1945-ci ildə Bakıda təşkil olunan Beynəlxalq Poçt Ekspedisiyası beynəlxalq poçt göndərişlərinin çatdırılmasına daha yaxşı nəzarət edilməsinə imkan verib. 1970-ci ildə respublikada poçt rabitəsi müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, kənd yerlərində isə 1171-ə çatıb. Bundan başqa, məktub korrespondensiyasının sayı 3, bağlamalar 2, qəzet və jurnallar 6,5, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20 min 23 km, avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km təşkil edib.

Poçtalyonlarla bağlı “Azərpoçt”a ünvanladığımız sorğuya isə belə cavab gəldi: “Azərpoçt” MMC-də hazırda 900-dən çox poçtalyon fəaliyyət göstərir. Poçtalyonların iş rejimi həftə içi 5 gün olmaqla saat 09:00-dan 17:00-a, şənbə günləri isə 09:00-dan 15:00-a qədərdir.

Poçtalyonluq zamanla unudulan peşələr siyahısına daxil edilsə də, reallıq budur ki, hələ bu peşəyə tələbat var. Bu, birbaşa klassik poçt göndərişi olan məktubların mövcudluğu ilə bağlıdır. Belə ki, məktub yeganə poçt göndərişidir ki, ünvana çatdırılması tələb olunur. Əgər məktubun üzərində çatdırılma ünvanı qeyd olunubsa, bu məqam məktubu həmin ünvana çatdırmalı olan əməkdaşa tələbat yaradır. Bu əməkdaş isə yalnız poçtalyon ola bilər”.

Həmsöhbətimiz Minəxanım Mirzəyeva illərdir ki, AZ1073 indeksli poçt şöbəsində poçtalyon kimi xidmət göstərir. O, küçələri, prospektləri çox yaxşı tanıyır. Ağarmış saçları bir ömrün, zəhmətin izidir. Hər çatdırdığı məktubda bir xəbərə, bir müjdəyə şahidlik edib. Yaşlanmasına baxmayaraq, Minəxanım Mirzəyeva bu gün də eyni sevgi ilə işinə davam edir. O, söhbətimiz zamanı dedi:

– 25 ildən çoxdur ki, poçtalyon işləyirəm. İşə başlayanda yadımdadır, ovaxtkı rəhbərim bildirdi ki, insanların həyatında yaxşı və pis məqamlar həm də bizim məsuliyyətimizdən asılıdır. Çünki çatdıracağın hər məktub, teleqram bir ailənin çoxdan gözlədiyi vacib xəbər ola bilər. Həmin dövrdə ölkəmizin müharibə şəraitində olması məsuliyyətimizi daha da artırırdı. Döydüyüm hər qapıda insanlar məni həyəcanla, təlaşla qarşılayırdılar. Xoş xəbər alanda məni qucaqlayıb sevinirdilər. Amma bəzən çox üzücü teleqramlar da çatdırırdım. Hər iki halda insanların hisslərini bölüşürdüm, artıq o insanlarla doğmalaşmışdım. Bəzən ünvanı tapılmayan məktublar da olurdu. Dünyasını dəyişən və ya ünvandan köçən insanlara gələn məktubları geri qaytarırdıq və ya yeni ünvanı bəlli olan vətəndaşlara xidmət göstərən poçt şöbəsinə yönləndirirdik.

Poçtalyon olmaq üçün fiziki aktivliyin, insanlarla ünsiyyət qurma qabiliyyətin əsas şərtlərdəndir. Bu xüsusiyyətlər olmasa, bu işi görmək olmaz. Qəsəbə, kənd və şəhərdə xidmət göstərən poçtalyon eyni məsuliyyəti daşıyır. Lakin şəhər həyatı, yeni binaların tikilməsi, yeni küçələrin adlandırılması bəzən çətinlik yaradır. Kənd və qəsəbələrdə isə iş daha asan olur, çünki insanlar bir-birini tanıyır, o səbəbdən poçt göndərişlərini daha asan və sürətli çatdırmaq olur.

Paytaxtdakı binalarda isə girişlərdə kodlar var, binaya daxil olmaq çətindir, həmçinin vətəndaşların “poçt qutusu” adlandırdıqları “ünvan qutuları” da yoxdur artıq. Amma kənd yeri belədir ki, orada birbaşa qapını döyürsən, evdə mütləq kimsə olur və qapını açaraq təhvil alır.

Poçtalyonlar illərlə insanların sevinclərinə də, kədərlərinə də şahidlik ediblər. Bir məktubla bir ailənin ümidini artırıb, bir teleqramla onlara sevinc gətiriblər. Hər kəsin həyatında “poçtalyon məktub gətirdi” deyə bir xatirə var.

Bir vaxtlar məktublar, bağlamalar, teleqramlar insanları bir-birinə bağlayır, ünsiyyətlərini təmin edirdi. Göndərilən sovqatlar, hədiyyələr dostlara, qohumlara sevinc bəxş edirdi.

Ləman TƏHMƏZ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see524

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see419

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see325

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see304

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see281

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see270

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see233

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see228

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see199

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see193

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see189

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see187

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see184

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see176

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see175

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see168

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see165

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri