Harri Keyn Bundesliqa rekordu qırdı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.
QOL.az xəbər verir ki, 31 yaşlı hücumçu ötən gecə Bundesliqanın 11-ci turunda "Auqsburq"la oyunda het-trik edib.
Nəticədə o, Almaniya çempionatında vurduğu qolların sayını 50-yə yüksəldib. Keynə bu göstəriciyə çatmaq üçün cəmi 43 matç lazım olub.
Nəticədə Harri "Borussiya"nın (Dortmund) sabiq futbolçusu Erlinq Haalandı geridə qoyub və yeni rekord qırıb. Hazırda "Mançester Siti"nin formasını geyinən Haaland Bundesliqada 50 qol həddinə 50 matça çatmışdı.
Qeyd edək ki, Harri Keyn ötən ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib.
Bu mövzuda digər xəbərlər:Harri Keyn Bundesliqa rekordu qırdı
24 Noyabr 2024 03:43
Harri Keyn Bundesliqa tarixində rekorda imza atdı
05 Oktyabr 2025 10:16
Harri Keyn “Bavariya”da 100 cü Bundesliqa matçını qolla qeyd etdi
17 Oktyabr 2026 23:30
Keyndən Bundesliqa rekordu
23 Noyabr 2024 10:02
Keyn 46 illik rekordu qırdı
19 Sentyabr 2026 13:53
Baxış sayı:133
Bu xəbər 23 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















