Icma.az
close
up
RU
Harvard həkimindən sensasion açıqlama 3 içki ilə xərçəngdən qoruna bilərsiniz

Harvard həkimindən sensasion açıqlama 3 içki ilə xərçəngdən qoruna bilərsiniz

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sağlam qidalanma – orqanizmin qorunması və xəstəliklərdən uzaq qalmağın əsas şərtidir. Elə içkilər var ki, bu istiqamətdə xüsusilə təsirli ola bilir. Hətta xərçəng kimi ağır xəstəliklərin yaranma riskini azaltmağa kömək edir.

Yenisabah.az xəbər verir ki,Harvard Universitetinin məzunu olan tanınmış gastroenteroloq Dr. Saurabh Sethi xərçəng riskini azaltmağa yardım edə biləcək 3 faydalı içkinin adını açıqlayıb. O bildirir ki, bu içkilər sağlam qidalanma rejiminin bir hissəsi kimi qəbul edildikdə, bədəni daxildən qorumaqda mühüm rol oynaya bilər.

Müxtəlif mənbələrdə yer alan sağlamlıq məsləhətləri içərisində elmi əsaslara söykənənləri ayırd etmək çətin olsa da, Dr. Sethi-yə görə düzgün hazırlanmış içkilər orqanizmdə iltihabı azalda, hüceyrələrin bərpasını dəstəkləyə və immun sistemini gücləndirə bilər.

1. Maça çayı

Yaşıl çay uzun illərdir sağlamlıqla əlaqələndirilir. Ancaq çay yarpaqlarının toz halına salınması ilə əldə edilən maça çayı, daha yüksək miqdarda EGCG (epiqallokatexin qallat) adlı güclü antioksidant ehtiva edir. Dr. Sethi qeyd edir ki, bu maddə şişlərin qanla təchizatını zəiflədərək onların böyüməsini yavaşlada bilər. Effektini qorumaq üçün maça çayını çox isti yox, ilıq suda hazırlamaq tövsiyə olunur.

2. Yaşıl smuzi

Zəncəfil, ispanaq, kərəviz və xıyarla hazırlanan az şəkərli bir smuzi təkcə bədəni qidalandırmır, eyni zamanda iltihabı azaldaraq xərçəngə qarşı qoruyucu təsir göstərə bilir. Zəncəfildəki cinqerol maddəsi bəzi genlərin xərçənglə əlaqəli təsirini zəiflədə bilər. İspanaq, kərəviz və xıyar isə DNT-nin bərpası və immun sisteminin gücləndirilməsi üçün faydalı maddələrlə zəngindir.

3. Sarıköklü içki

Sarıkök tərkibindəki əsas fəal maddə olan kurkuminlə seçilir. Lakin kurkumin orqanizm tərəfindən tək halda zəif sorulur. Onun mənimsənilməsini artırmaq üçün qara istiotda olan piperinlə birlikdə qəbul olunması tövsiyə edilir. Dr. Sethi ev şəraitində hazırlanan, şəkərsiz sarıkök late içkisinə bir çimdik qara istiot və bir çay qaşığı sağlam yağ (məsələn, kokos yağı) əlavə etməyi məsləhət görür. Bu şəkildə kurkuminin xərçənglə əlaqəli hüceyrə siqnallarını pozma potensialından daha dolğun faydalanmaq mümkündür.

Dr. Sethi xəbərdarlıq edir: “Heç bir qida təkbaşına xərçəngin qarşısını ala bilməz. Amma bu içkilər, ümumi sağlam qidalanma və həyat tərzi çərçivəsində, müsbət təsir göstərə bilər”.

Aydan Hacıbalazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri