Icma.az
close
up
RU
Hasan Oktay: İsrailin Qətərə hücumu heç bir izahla əsaslandırıla bilməz

Hasan Oktay: İsrailin Qətərə hücumu heç bir izahla əsaslandırıla bilməz

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan XİN-nin verdiyi açıqlama mühüm əhəmiyyət daşıyır


Hazırkı gedişat göstərir ki, İsrail getdikcə dünyada daha çox təcrid olunur


Ötən gün Qətərin paytaxtı Dohaya hücum olub. Son məlumata görə, hücum zamanı Qətər Daxili İşlər Nazirliyinin əməkdaşı da daxil olmaqla 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İsrail paytaxt Dohaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Baş nazir Benyamin Netanyahunun Ofisindən bildirilib ki, İsrail hücumu başladı, İsrail onu idarə etdi və İsrail bütün məsuliyyəti öz üzərinə götürür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşılan məlumatda deyilir ki, Qətərə hücumdan çox narahatıq.

"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq", - məlumatda qeyd olunur.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qətərə hücumunu tənqid edib. 

O, sosial şəbəkədə etdiyi paylaşımda Qətərin yanında olduqlarını bildirib:

“İsrailin Qətərdə HƏMAS danışıqlar qrupuna hücumu bir daha açıq şəkildə nümayiş etdirdi ki, ağlını itirmiş Netanyahu hökuməti münaqişə və qeyri-sabitliyi dərinləşdirmək məqsədi güdür".

Eyni zamanda Avropa ölkələri də İsrailin hücumu ilə bağlı ard-arda açıqlamar veriblər.

Fransa prezidenti Emmanuel Makron bu hücmu qəbuledilməz sayıb: "İsrailin bu gün Qətərə hücumları əsaslandırmadan asılı olmayaraq qəbuledilməzdir".

Makron Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və ölkəsi ilə həmrəy olduğunu ifadə edib və deyib: "Müharibə bölgədə heç bir şəkildə yayılmamalıdır".

İrlandiyanın baş naziri Maykl Martin də bu hücumdan narahatlığını gizlətməyib: "Bu hücum kövrək bölgədə sabitliyi daha da pozur və Qəzzada atəşkəsi mümkünsüz hala gətirir. Bu, eskalasiyanın qarşısını almaq və dərhal atəşkəs və qalan girovların azad edilməsi üçün təsir gücünə malik olan hər kəsin əlində olan bütün vasitələrdən istifadə etməli olduğu bir dövrdür. İsrailin hərəkəti isə bizi yalnız atəşkəsdən və davamlı sülhdən uzaqlaşdıracaq".

Norveçin xarici işlər naziri Espen Barth Eide İsrailin Qətərə hücumunu pisləyib: "Bu, beynəlxalq hüququn çox ciddi şəkildə pozulmasıdır".


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra İsrail Yaxın Şərqdə təhlükəsizlik arqumenti ilə bir çox yerə zərbələr endirdi:


"İndiyədək həyata keçirilən hücumların müəyyən qədər əsaslı səbəblərlə izah olunduğu iddia edilir. Buna görə də İsrailə dəstək mövcud idi. Lakin Qətərə hücumu heç bir izahla əsaslandırıla bilməz. Buna görə də başda ABŞ olmaqla bir çox ölkədən İsrail əleyhinə səslər yüksəlməyə başladı. Körfəz ölkələrinin ABŞ və Böyük Britaniya ilə münasibətlərinin yaxşı olduğu bir vaxtda Təl-Əvivin belə addımı xüsusilə diqqət çəkdi. Hətta Böyük Britaniya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı xüsusi açıqlama yaydı. Bu isə prosesin bundan sonra daha çətin mərhələyə qədəm qoyacağını göstərir. Belə ki, həm İsrailə qarşı hücumların artması, həm də təhlükəsizlik zəiflədiyi üçün ölkənin daxili siyasi böhrana, hətta hökumətin devrilməsinə qədər gedib çıxacağı ehtimal olunur".


Analitikin fikrincə, Azərbaycan XİN-nin verdiyi açıqlama mühüm əhəmiyyət daşıyır:

"Çünki İsraillə münasibətləri nəzərə alındıqda, əgər rəsmi Bakı tamamilə səssiz qalsaydı, beynəlxalq reaksiyaların bir hissəsi Azərbaycana da yönələ bilərdi. Hazırkı gedişat göstərir ki, İsrail getdikcə dünyada daha çox təcrid olunur. Bunun dərinləşməsi ölkəyə qarşı həm diplomatik, həm də təhlükəsizlik müstəvisində ciddi təzyiqlərin artmasına səbəb ola bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri