Icma.az
close
up
RU
“İsrailin Qətərə hücumu Tramp siyasətinə qarşı qlobalistlərdən bir meydan oxumadır...“

“İsrailin Qətərə hücumu Tramp siyasətinə qarşı qlobalistlərdən bir meydan oxumadır...“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“ABŞ-ın dəstəyi olmasa, ərəblər onu bir göz qırpımında həzmi-rabedən keçirər. Fikrimcə, bu təhlükənin qarşısını almaqdan ötrü Təl-əviv ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətini darmadağın etmək üçün Qətərə saldırdı...”

“2023-cü il 7 oktyabr tarixində “HƏMAS”-ın başlatdığı “Əqsa tufanı” əməliyyatının İsrailə öz soyqırım planına bəhanə qazandırmaq üçün həyata keçirildiyinə dair iddialar var. Mən də bu versiyaya inananlardanam. Amma bununla yanaşı...”

“Fikrimcə, İsrailin Qətərə hücumunun arxasında beynəlxalq qlobalist çevrələrin ABŞ prezidenti Donald Trampın liderlik etdiyi beynəlxalq mühafizəkar qanadın yürütdüyü siyasətləri sabotaj etmək məqsədi dayanır. Məlum olduğu kimi, sentyabrın 3-də Pekində keçirilən qələbə paradında Çin lideri Si Cinpinq sağ yanına rusiyalı həmkarı Vladimir Putini, sol yanına isə Şimali Koreya diktatoru Kim Çen Inı alaraq güc nümayişi etdi. Bununla da başda ABŞ olmaqla bütün Qərb dünyasına çox önəmli mesajlar verdi. Sözügedən mesajı qısaca olaraq belə ifadə edə bilərik: Mənimlə savaşmaq istəyirsinizsə, məkanımız Ukrayna-Rusiya müharibəsinin getdiyi yer olsun. Sizin qarşınıza özümün 2.5 milyonluq əsgərimi yox, Şimali Koreyanın liderləri üçün hər an ölümə hazır olan 6 milyonluq canlı qüvvəyə malik ordusunu çıxar bilərəm. Silahı isə özüm təmin edəcəyəm və bu silahlardan bəzilərini sizin qarşınızda sərgiləyirəm”.

Siyasi şərhçi Heydər Oğuz bu fikirləri Moderator.az əməkdaşının “İsrailin “HƏMAS” liderlərini zərərsizləşdirmək bəhanəsi ilə Qətər paytaxtı Dohaya avia-zərbələr endirməsini necə dəyərləndirirsiz?” sualını cavablandırarkən ifadə edib.

“Həqiqətən də Pekindəki hərbi paradda sərgilənən silah növləri Qərb dövlətləri üçün qorxuncdur. Onların arasında 12 min km. mənzilə sahib olan nüvə raketlərindən tutmuş, lazer silahlarına qədər müxtəlif hərbi sursatlar var idi. ABŞ prezidenti Donald Trampın bu nümayişdən şoka düşdüyü onun sosial şəbəkələrdəki paylaşımlarından da aydın olurdu. Məsələn, özünün “Truth Social” səhifəsindəki paylaşımında Tramp Çin liderinə müraciət edərək bildirirdi ki, onlar (Rusiya, Şimalı Koreya və Çin prezidentləri) ABŞ-a qarşı sui-qəsd hazırlayırlar və buna görə Si Cinpinq vasitəsilə Putinlə Kim Çen Ina şəxsi salamlarını çatdırırdı. Təbii ki, bu ironiyanın altında təhdiddən çox Trampın açıq ehtiyatlılığı yatırdı. 

Maraqlıdır ki, Pekində keçirilən hərbi paraddan 2 gün sonra – sentyabrın 5-də ABŞ-ın ünlü “Politico” nəşri Pentaqonun Tramp üçün “Milli Təhlükəsizlik Strategiyası-2025” adlı yeni hərbi doktrina hazırladığı barədə məlumat yaydı. Məlumata görə, yeni doktrinada ABŞ-ın bundan sonra dünyanın müxtəlif qitələrinin təhlükəsizlik çətiri olmaqdan imtina edib yalnız daxili problemlərinə və Amerika materikinə yönələcəyi nəzərdə tutulur. Yəni dünyanın müxtəlif coğrafiyalarının, o cümlədən Avropa və Yaxın Şərqin təhlükəsizliyi onların öz öhdəsinə buraxılırdı. Yeri gəlmişkən, ABŞ-ın Türkiyə səfiri və Yaxın Şərqin müxtəlif ölkələri üzrə xüsusi nümayəndəsi Tomas Barak da Çindəki hərbi paraddan bir neçə gün əvvəl bu faktı dolayısıyla təsdiqləyən açıqlama verərək bildirmişdi: “Biz artıq dünyanın təhlükəsizliyinin təminatçısı deyilik. Hər kəs öz ayaqları üzərində dayanmalıdır”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.

Heydər Oğuz hesab edir ki, “ABŞ-ın dəstəyi olmasa, ərəblər İsraili bir göz qırpımında həzmi-rabedən keçirər”:

“ABŞ-ın yeni təhlükəsizlik strategiyasının ən çox narahat etdiyi ölkələrdən biri də İsraildir. Çünki bu ölkə 300 milyonluq ərəb dünyasının bir küncündə balaca bir ada kimi yerləşir. ABŞ-ın dəstəyi olmasa, ərəblər onu bir göz qırpımında həzmi-rabedən keçirər. Fikrimcə, bu təhlükənin qarşısını almaqdan ötrü Təl-əviv ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətini darmadağın etmək üçün Qətərə saldırdı. “HƏMAS” liderlərinin Qətərdə məskunlaşması bu mənada bəhanədən başqa bir şey deyil.

Xüsusilə Qətərin seçilməsi də başadüşüləndir. Bilirsiniz ki, Qətər ərəb ölkələri arasında ABŞ-ı ən çox dəstəkləyən dövlətlərdən biridir. Bir neçə ay əvvəl 3 ərəb ölkəsinə səfərə gələn və Vaşinqtona 3.2 trilyon dollarlıq sazişlərlə geri dönən Trampa ən böyük investisiya vədini məhz Qətər vermişdi. Qətərlə bağlanmış müqavilələrə görə, rəsmi Doha ABŞ-dan 1.2 trilyon dollarlıq alış-veriş edəcəkdi. Bundan əlavə, Qətər şeyxi ABŞ prezidenti Trampa "uçan saray" kimi tanınan təxminən 400 milyon dollar dəyərində “Boeing 747-8” təyyarəsi hədiyyə etmişdi. Üst-üstə toplandığında 1.6 trilyon dollar edən bu hədiyyələr Qətər üçün təhlükəsizlik kəməri anlamına gəlirdi... 

Üstəlik, imzalanan müqavilələrin böyük əksəriyyəti də hərbi xarakterli idi. Müqavilələrdə 42 milyard dollarlıq hərbi alqı-satqının həyata keçirilməsi və ABŞ-ın Qətərdəki Əl-Udeid Hava Bazasının modernləşdirilməsi üçün 10 milyard dollar sərmayə qoyulacağı nəzərdə tutulurdu. ABŞ və Qətər arasında “Boeing” və “GE Aerospace” mühərriklərinin “Qatar Airways”-ə satışı da daxil olmaqla, ümumi dəyəri 243,5 milyard dollardan çox olan müqavilə də imzalanmışdı. Bütün bunlara rəğmən, İsrail Qətərə hücum edərək, faktiki olaraq Doha ilə Vaşinqton arasında bağlanmış hərbi müqavilələri tamamilə anlamsızlaşdırdı. Zira, Qətər hardasa 1.6 trilyonluq hərbi investisiya qarşılığında öz torpaqlarını İsrail hücumlarından qoruya bilməyəcəksə, bu qədər astronomik xərcə nə ehtiyac var?..”

Analitikin fikrincə, İsrailin Qətərə indiki hücumu “fələstinlilərdən çox, “öncə Amerika” və ya “Amerikanı yenidən güclü et” şüarı ilə meydana çıxan Tramp hakimiyyətinə qarşı meydan oxumadır”.

“Düşünürəm ki, İsrail ABŞ-dakı yəhudi lobbisinin və sərmayə qruplarının dəstəyini alaraq bu hücumu reallaşdırıb. Məlum olduğu kimi, ABŞ-da yəhudi lobbisinin nəzarət etdiyi əsas sektorların başında finans- maliyyə sistemi gəlir. Onlar isə ABŞ-ın qlobal təhlükəsizlik qarantorluğundan imtina etməsini arzulamırlar. Çünki məhz bu siyasətlərin nəticəsində böyük gücə çevrilib və nəticədə ABŞ-ın özünü də 37 trilyon dollar borclandırıblar. Tramp bu siyasətin qarşısını almaq üçün qlobalistlərə qarşı savaşır və Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ərəb dövlətlərinin də yardımı ilə ölkəsini borc bataqlığından çıxarmağa çalışır. İsrailin məhz bu məqamda Qətəri hədəf seçməsi fələstinlilərdən çox, “öncə Amerika” və ya “Amerikanı yenidən güclü et” şüarı ilə meydana çıxan Tramp hakimiyyətinə qarşı meydan oxumadır. Trampın mətbuat katibi Karoline Leavittin sözlərinə inansaq, İsrail bu hücumu həyata keçirərkən ən yaxın müttəfiqi hesab olunan ABŞ prezidentini belə məlumatlandırmayıb. Tramp Qətər hücumunun xəbərini bombalama başladıqdan sonra Pentaqondan alıb”, - deyə Heydər Oğuz vurğulayıb.

“Bu fonda “HƏMAS” qruplaşması haqda gəldiyiniz son nəticələriniz nədən ibarətdir? Deyəsən, bəzi ölkələrdəki saxta müxalifətinin xalqın potensialını tədricən iqtidara məhv etdirdiyi kimi, bu qruplaşma da İsrailə 7 oktyabr hücumu və iki ilə yaxın girovları saxlamaqla Qəzzanın və qəzzalıların Netanyahu ordusu tərəfindən məhvinə rəvac verir, həm də müxtəlif müsəlman ölkələrinə də yayılmaqla onları da zərbə altına salır?” suallarını isə siyasi şərhçi belə cavablandırıb:

“2023-cü il 7 oktyabr tarixində “HƏMAS”-ın başlatdığı “Əqsa tufanı” əməliyyatının İsrailə öz soyqırım planına bəhanə qazandırmaq üçün həyata keçirildiyinə dair iddialar var. Mən də bu versiyaya inananlardanam. Amma bununla yanaşı, həmin əməliyyatın 2023-cü ilin 9-10 sentyabrında Hindistanda keçirilən “G-20” zirvəsindən təxminən 1 ay sonra baş verməsi ağla başqa versiyaları da gətirir. Məncə, “Əqsa tufanı” təxribatında Çinin və İranın da barmağı vardı. Çünki sözügedən “G-20” zirvəsində Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan ticarət dəhlizinin yaradılması barədə qərar qəbul olunmuşdu. Bu layihə açıq şəkildə Çinin “Bir Kəmər, Bir Yol” və İranın “Bəsrə körfəzi-İran-Ermənistan-Gürcüstan-Qara dəniz layihələrinə alternativ idi. Faktiki olaraq reallıqdan uzaq “Əqsa tufanı” əməliyyatı ilə İsrail mərkəzli “Ədviyyat yolu” proyekti iflasa uğradı, Trampın qurmaq istədiyi ərəblərlə yəhudilərin əməkdaşlığını nəzərdə tutan İbrahim sazişi təklifi tarixə qovuşdu. İsrailin Qətərə hücumu onu göstərir ki, Netanyahu hökuməti də bu layihələrin reallaşmasında o qədər də maraqlı deyil. Bunun isə bir izahı ola bilər: Netanyahunun tərəfində olduğu qlobalistlər Trampın ən mühüm silahını əlindən almaq üçün bu təxribatların törədilməsində maraqlıdırlar. Fikrimcə, ard-arda gələn bu təxribatlardan sonra ABŞ-da Tramp administrasiyası ilə qlobalistlər arasında çox ciddi hesablaşmalar başlayacaq. Hətta başlayıb belə. Ötən bazar günü Donald Trampın 2003-cü ildə milyader maliyyəçi və pedofil ittihamı ilə məhkum edilmiş Ceffri Epşteynə yazdığı iddia olunan cinsəl möhtəvalı ad günü məktubunun ictimailəşdirilməsi bu savaşın ən önəmli atəşlərindən biridir. Fikrimcə, üzərindən 2 gün keçməmiş İsrailin Qətərə hücumu da qlobalistlərin növbəti həmləsi kimi tarixə düşəcək”.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see171

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see165

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see129

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri