Icma.az
close
up
RU
İsrailin Qətərə hücumu: Gərginlik yeni mərhələyə keçir

İsrailin Qətərə hücumu: Gərginlik yeni mərhələyə keçir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Qətərə hücumu Yaxın Şərqdə gərginliyi yeni səviyyəyə qaldırıb. Bildirilir ki, Dohaya hücumlar bütün region üçün ciddi fəsadlar doğura bilər. Bu insidentlər həmçinin diqqətləri yenidən İran üzərinə yönəltmək riski daşıyır və bölgədəki güc oyunlarının mürəkkəbliyini artırır.

İsrail bu hücumlarla sadəcə regionu qanla boyayır, yoxsa buranı öz komissarı kimi idarə etməyi hədəfləyir?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Doha hücumu təkcə “qana boyanma” deyil, həm də regionda səlahiyyət və təsir göstərməyə yönəlmiş siyasi-məqsədli addım kimi oxuna bilər:

Nəticələri isə həm dərhal, həm də orta müddətdə olduqca təhlükəlidir. İsrail özünü “təhdidi uzaqda saxlamaq” və düşmən liderlərini “təhlükəsiz sığınacaqlarda” vurmaqla göstərmək istəyir. Bu taktika həm dərin vuruş, həm də qarşı tərəfi qəbul edilmiş vasitələrlə neytrallașdırmağa çalışmaqdır. Yəni mediatordan (Qətər) “həmkarlığını” sındırmaqla digər aktorlara mesaj göndərmək. Amma bunun “komissar olmaq” kimi formal idarəçilikdən fərqi var: İsrail istəsə də, ərəb dövlətlərinin suverenliyinə birbaşa müdaxilə davamlı regional idarəçilik hüququ yaratmaz, əksinə, diplomatik təcrid və qarşılıqlı təzyiqlər doğura bilər, necə ki, doğurur.

Doha hücumunun nəticələri isə özünü ciddi fəsadlarla göstərməkdədir. Məsələn, Qətərin vasitəçilik nüfuzu ciddi şəkildə zəifləyir. Bu, girovların azad edilməsi və atəşkəs səyləri üçün böyük itkidir. Qətər rəsmi şəkildə hücumu pisləyib.

Bu hücumun digər fəsadı doğurmuș olduğu diplomatik gərginlikdədir. ABŞ, Avropa və Rusiyanın tənqidləri, Qətərin BMT-yə müraciəti və birgə regional reaksiyalar İsrail üçün siyasi qiymətə çevrilə bilər. Bu isə faktiki olaraq beynəlxalq təcridə aparan yoldur”.

Vüqar Zifəroğlu

Ekspert deyib ki, bu hücum nəticəsində Körfəz və digər ölkələrdə İsrailə qarşı ictimai qəzəb arta, həmçinin turist, iqtisadi təhlükəsizlik problemləri yüksələ bilər:

“Təbii ki, orta və uzunmüddətli fəsadlar sırasında ilk növbədə münaqișənin regional genişlənmə riskini vurğulamaq lazımdır.

İran və ya onun nəzarətində olan proksi qüvvələrin təkrar aktivləșməsi mümkündür. Bu da təxribatçı, qisas çağırışlarını gücləndirə bilər ki, nəticədə hibrid konfrontasiyaya raket, silahlı proksi hücumları, dənizdə qarşıdurmalar, kiberaksiya səbəb ola bilər.

Unutmaq olmaz ki, Qətərin vasitəçiliyi zəiflədikcə, danışıqlar üçün yeni etibarlı kanal tapmaq çətinləşir. Bu isə konfliktin daha uzun sürməsinə gətirib çıxara bilər. Müzakirə kanallarının itirilməsi proksilər üzərindən zəncirvari eskalasiyanın başlamasına təkan verə bilər. Bu da “oxların İrana yönəlməsi” ehtimalını artırır, amma birbaşa və dərhal mütləq nəticə deyil, daha çox dolayısı və mərhələli risk artımıdır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri