Icma.az
close
up
RU
Hasan Oktay: PKK nın Kürd xalqı üzərindəki təzyiqi zəiflədikcə Türkiyə bölgədə sərbəst hərəkət edə biləcək

Hasan Oktay: PKK nın Kürd xalqı üzərindəki təzyiqi zəiflədikcə Türkiyə bölgədə sərbəst hərəkət edə biləcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Dəyişikliklər fonunda Türkiyə modeli – xüsusilə Mustafa Kamal Atatürkün 1923-cü ildə qurduğu Cümhuriyyət sistemi Orta Şərq üçün əvəzolunmaz bir nümunəyə çevriləcək


PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan yaxın günlərdə yeni bəyanat verəcək.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatda deyilir ki, Öcalanın bəyanatından sonra PKK-nın tərksilah prosesi rəsmən başlayacaq.

“3-10 iyul tarixləri arasında İraqın Süleymaniyyə şəhərində media nümayəndələrinin iştirakı ilə keçiriləcək mərasimdə sayı 20-30 arasında olan bir qrup PKK-çı silahı yerə qoyacaq”, - KİV bildirib.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra Orta Şərqdə balans tamamilə pozuldu:

"Xüsusilə İsrailin bölgədə İran adına vəkalət müharibəsi aparan təşkilatları sıradan çıxarması, Suriyada Əsəd rejiminin zəifləməsi və nəticədə Orta Şərqdə marksist köklü bütün təşkilatların tədricən zərərsizləşdirilməsi bu prosesin tərkib hissəsinə çevrildi. Bu kontekstdə PKK terror təşkilatı da Türkiyəyə qarşı silahlı mübarizə aparan marksist yönümlü bir qurum olaraq mövqeyini yenidən nəzərdən keçirməyə başladı və silahı yerə qoymaq qərarı verdi. Bu həm Türkiyənin qətiyyətli mübarizəsinin, həm də Orta Şərqdə dəyişən güc balansının nəticəsidir. Digər tərəfdən, PKK-nı dəstəkləyən dövlətlərə təzyiq göstərən amillərdən biri də Ukrayna böhranı fonunda Rusiya və Avropa İttifaqı arasında yaranan rəqabətdir. Bu mühitdə Türkiyənin Avropa üçün strateji əhəmiyyəti daha da artdı və nəticədə Avropadan PKK-ya göstərilən dəstək zəifləməyə başladı.

Əsədin Suriya üzərindəki təsirinin azalması, həmçinin Rusiya və İranın bölgədəki nüfuzunun zəifləməsi də PKK-nın bu qərarı qəbul etməsində mühüm rol oynadı. Bundan əlavə, Türkiyənin həm İraq Mərkəzi Hökuməti, həm də Kürdüstan Regional Rəhbərliyi (Barzani administrasiyası) ilə apardığı danışıqlar və “İnkişaf yolu” layihəsi bölgədə terrora qarşı birgə mübarizə ehtiyacını ortaya qoydu. Bu əməkdaşlıq çərçivəsində PKK ciddi şəkildə zəifləməyə başladı. Suriyada PYD vasitəsilə muxtar bir struktur qurmaq ümidlərinin tədricən puça çıxması da təşkilatın silahı yerə qoymasını sürətləndirdi".



Politoloq qeyd edib ki, Türkiyə Respublikasının qəti mövqeyi və təşkilat lideri Abdullah Öcalanın “yeni bir səhifə açdıq” açıqlamaları həm təşkilat üzvlərinə “məğlub olmadıq” mesajı vermək, həm də Türkiyə qarşısında potensial danışıqlar imkanlarını qorumaq məqsədi daşıyır:

"Hazırda qarşılıqlı təmaslar davam edir. Təşkilat heç bir şərt irəli sürmədən silahı yerə qoyub təslim olduqdan sonra Türkiyə Respublikası da bazarlıq etmədən, şərtsiz şəkildə lazımi addımları atacaq. PKK-nın Kürd xalqı üzərindəki təzyiqi zəiflədikcə, Türkiyə bölgədə daha sərbəst və rahat hərəkət edə biləcək. Orta Şərqdə – İran, İraq, Suriya, Livan və İsrail də daxil olmaqla – ciddi dəyişikliklər gözlənilir. Bu dəyişikliklər fonunda Türkiyə modeli – xüsusilə Mustafa Kamal Atatürkün 1923-cü ildə qurduğu Cümhuriyyət sistemi Orta Şərq üçün əvəzolunmaz bir nümunəyə çevriləcək. Türkiyə bu prosesi yaxından izləyir və baş verəcək dəyişikliklərə hazır şəkildə addımlar atır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see266

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see227

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see201

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see197

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see179

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see168

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see166

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see145

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri