Hasan Şaşdan “Qalatasaray”ın ulduz futbolçularına: “Tətil nəyinizə yaraşır?!”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaxtilə “Qalatasaray”ın əfsanə oyunçularından biri olan, hazırda idman şərhçisi kimi çıxış edən Hasan Şaş “Qalatasaray”ın ulduz futbolçularını kəskin tənqid edib.
İdman.biz xəbər verir ki, Trendyol Super Liqasının 8-ci həftəsində "Qalatasaray" evdə "Beşiktaş"la 1:1 hesablı heç-heçə edib. Bu səbəbdən də “SporON” YouTube kanalında açıqlama verən idman şərhçisi Hasan Şaş sarı-qırmızılıların bəzi futbolçularını tənqid atəşinə tutub.
“Qalatasaray”ın öz meydanında Eren Elmalı və Yakobs cütlüyü ilə oynaya bilmədiyini deyən Şaş bildirib:
“Qalatasaray” Avropada səfərdə oynasaydı, Eren Elmalı-Yakobs dueti başımın tacı olardı. Yox əgər “Qalatasaray” “Rams Park”da oyuna çıxırsa, iki sol cinah müdafiəçisi belə oynamamalıdır, bu, “Qalatasaray”ın böyüklüyünə yaraşmaz”.
Hasan Şaş formada olmadıqları üçün tənqid hədəfinə çevrilən Mauro İkardi və Leroy Sane haqqında da sərt fikirlər səsləndirib:
“İkardi və Leroy Sane... Bir az səy göstərsinlər, beyinlərdə sual işarəsi yaratmasınlar. Bir müddət də tətilə çıxmasınlar, məşq etsinlər, bir az canlarını əziyyətə salsınlar. Dörd gün istirahətdir? Lap yaxşı. İstirahətə getməyin, qardaşım! “Kemerburqaz”da qalın, məşq edin!”.


