Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Hava daşımaları sadələşdirilir

Hava daşımaları sadələşdirilir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu, ölkəmizin logistika imkanlarını daha da genişləndirəcək

Prezident İlham Əliyevin 2025-ci il 12 mart tarixli sərəncamı ilə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib. Sənəddə mülki aviasiyada təhlükəsizliyin reallaşdırılması sahəsində beynəlxalq standartların tələblərinin artması fonunda xidmətlərin əlçatan olmasını daha da təkmilləşdirmək zərurəti yarandığı vurğulanıb.

Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsini, habelə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda bu prosedurların sadələşdirilməsi üçün həyata keçiriləcək tədbirlər kompleksini nəzərdə tutur.

Dövlət Proqramı mülki aviasiya sahəsində normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılıb həyata keçirilməsini, mülki aviasiyanın təhlükəsizliyinin, səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsini, sərnişinlərin, yükün, baqajın, poçtun və bort ehtiyatlarının (qidalarının) daşınmasının sadələşdirilməsini, eləcə də bir sıra xidmətlərin operativ rəsmiləşdirilməsini nəzərdə tutur.

Adıçəkilən proqramın müddəaları yalnız bir kateqoriya üzrə uçuş əməliyyatı üçün nəzərdə tutulduğu hallar istisna olmaqla, mülki hava gəmiləri ilə həyata keçirilən bütün kateqoriyalardan olan uçuş əməliyyatlarına, Azərbaycan Respublikasında rəsmiyyətin sadələşdirilməsi üzrə müvafiq tədbirləri həyata keçirən dövlət orqanlarının (qurumlarının), o cümlədən xidmət təminatçılarının fəaliyyətinə şamil edilir.

Hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı miqrasiya, karantin, gömrüklə bağlı qanunvericiliyin həyata keçirilməsində hava gəmilərinin, onların heyətinin, sərnişinlərin, eləcə də yükün əsassız gecikmələrinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün dövlətlərlə qarşılıqlı əməkdaşlıq edir.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının Paris Ofisinin xətti ilə 2023-cü il iyulun 10–11-də Bakıda 12 dövlətin 31 nümayəndəsinin və həmin təşkilatın 4 nümayəndəsinin iştirak etdiyi “Rəsmiyyətin sadələşdirilməsi” ilə bağlı seminarın təşkil olunması da bunun bariz ifadəsidir. Seminarın əsas məqsədi hava limanında (aeroportda) uçuşları təhlükəsiz, müntəzəm və səmərəli reallaşdırmaq üçün rəsmiyyətin sadələşdirilməsi üzrə prioritetlərin formalaşdırılması, müvafiq dövlət orqanlarının (qurumlarının) və xidmət təminatçılarının sadələşdirmə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi, eləcə də onların vəzifələrinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsi olub.

“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanının müvafiq müddəalarına əsasən, beynəlxalq norma və prinsiplər, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli yeni Qanunu qəbul edilib. Həmin Qanunda pilotsuz uçuş aparatları, rəsmiyyətin sadələşdirilməsi, sərnişin adlarının qeydiyyatı məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadiləsi kimi bir sıra yeniliklər xüsusi vurğulanıb.

Dövlət Proqramının qəbul edilməsi ilə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara, habelə tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması gerçəkləşdiriləcək, normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın təşviqinə şərait yaranacaq. Beləliklə, sərnişinlərə göstərilən xidmətlərə sərf olunan vaxtın azaldılmasına yönələn tədbirlər daşımaların sürətləndirilməsində səmərəli rol oynayacaq.

Hava daşımalarında rəsmiyyətin sadələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi bilavasitə əməliyyatların səmərəliyinə, iqtisadi yüksəlişə və ölkəmizin dövlət sərhədinin təhlükəsizliyinin daha da gücləndirilməsinə təsir göstərir. Belə ki, həmin tədbirlər əməliyyatlar zamanı yaranan fasilələrin minimuma endirilməsinə və hava gəmisi istismarçılarının reyslərlə bağlı dəqiq proqramlarının olmasına imkan verir, ticarəti və turizmi sürətləndirərək iqtisadiyyatın inkişafına və məşğulluğun artmasına şərait yaradır.

Bütün bunlarla yanaşı, hava daşımalarında rəsmiyyətin sadələşdirilməsi vahid sərhəd təhlükəsizliyi ilə bağlı normaların formalaşdırılmasına şərait yaradır, sərnişinlərin bu sahədəki təcrübəsini genişləndirərək rahatlığını təmin edir, insan və infrastruktur potensialının inkişafına diqqət yetirilməklə sahənin inkişafına, eləcə də gələcəkdə problemlər yaranmasının qarşısının alınmasına xidmət göstərir.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

Hava nəqliyyatı ilə daşımaların sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, daxili və beynəlxalq ticarət əlaqələrinin şaxələnməsinə, logistika proseslərinin sürətlənməsinə və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır. Hava yolu ilə daşımaların asanlaşdırılması həm də səyahətləri daha rahat və sürətli edərək turizm sektorunun inkişafına da müsbət təsir göstərir.

Hava nəqliyyatının genişləndirilməsi yeni iş yerlərinin yaranmasına və regionlar arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb ola bilər. Bu növ infrastrukturun inkişafı ölkənin strateji mövqeyini və beynəlxalq əlaqələrini gücləndirərək qlobal bazarda daha rəqabətqabiliyyətli olmağa imkan yaradır. Bütün bu üstünlüklər ölkənin ümumi inkişafına və davamlı iqtisadi artımına da töhfə verir.

“Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir”, – deyən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son dövrlər mühüm sənədlərin qəbulu sahənin imkanlarını daha da genişləndirir. Eyni zamanda, qəbul edilən qərarlar, proqram və layihələr nəqliyyat sektoruna dövlətin diqqət və qayğısını nümayiş etdirməklə yanaşı, həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağı kimi Azərbaycanın uzunmüddətli hədəflərə istiqamətləndiyini göstərir. Bütün bunlar həm də etibarlı tərəfdaş kimi dövlətimizin mövqeyini möhkəmləndirir, respublikamızın öz öhdəlik və hədəflərinə sadiqliyini nəzərə çarpdırır.

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqram”nın təsdiq edilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artıracaq, Azərbaycanı həm də hava daşınmaları HUB-ına çevirəcək. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşdırılacaq və əməliyyatların səmərəliliyinin artırılmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, bununla da iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin olunacaq.

Ümumilikdə 10 məqsədi və 10 hədəfi əhatə edən bu proqram qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq infrastruktur təminatının təkmilləşdirilməsi ilə reyslərin sayının artırılmasını və daşıma coğrafiyasının genişləndirilməsini də təmin edəcək. Dövlət Proqramı həm də mülki aviasiya daşımaları ilə bağlı mühüm qlobal əhəmiyyətə malik, 1944-cü ildə qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərindən irəli gələn məsələləri özündə cəmləşdirir.

Ümumilikdə, hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Proqram ölkəmizin hava nəqliyyatında təmin edilmiş dinamikanı daha da sürətləndirəcək, daşınmaları daha da intensivləşdirəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildən ötən 11 il ərzində ölkəmizdə beynəlxalq aeroportların sayı 8-ə çatıb, Laçın şəhərində tikilən 9-cu isə tamamlanmaq üzrədir. Yeni Dövlət Proqramının icrası isə rəsmiyyətin sadələşdirilməsi, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi, sərnişinlərin rahatlığının və sərnişin məmnunluğunun artırılması ilə ölkəmizin bütün hava limanlarının aktivliyini yüksəldəcək, hava daşımaları HUB-ı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri