Hava limanında tərk edilən avtomobilin parkinq qiyməti şoka saldı KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın paytaxtı Berlində Brandenburq hava limanının girişindəki dayanacaqda qalan avtomobilin parklanma qiymətinin 200 min avronu keçdiyi bildirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Alman mətbuatı məlumat dərc edib.
Məlumata görə, Hannover nömrəli “Volkswagen Golf” markalı avtomobilin parkinq haqqı 200 min avronu ötüb.
Avtomobilin sahibinin kimliyi və ya oğurlanıb-oğurlanmadığı məlum deyil.
Bildirilib ki, dayanacaqda sərnişinlərin yüklərini boşaltması üçün 10 dəqiqə vaxt verilir. Bu vaxt keçərsə, saatlıq ödəniş 23 avro təşkil edir.
Qeyd edilib ki, hava limanının parkinq operatoru yaranmış vəziyyəti həll etmək üçün səlahiyyətlilərlə əlaqə saxlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 28 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















