Icma.az
close
up
RU
Hava limanları və hotellər niyə vuruldu? AÇIQLAMA

Hava limanları və hotellər niyə vuruldu? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İranın Qətər və Dubayda mülki obyektləri hədəfə alması ilə bağlı yayılan məlumatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Körfəz bölgəsində təhlükəsizlik balansı yenidən sual altına düşüb, diplomatik kanallarda isə intensiv təmasların başladığı bildirilir. Xüsusilə enerji, nəqliyyat və maliyyə mərkəzləri baxımından strateji əhəmiyyət daşıyan bu ərazilərdə mümkün eskalasiyanın təsirləri geniş coğrafiyanı əhatə edə bilər. 
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Demokrat.az-a bildirib ki, beynəlxalq hüquqa görə mülki əhalinin hədəf alınması qəti şəkildə qadağandır:
"Bu prinsip dünyanın istənilən yerində – Dubayda, Qətərdə və ya başqa bir ölkədə eyni qaydada tətbiq olunur. Silahlı münaqişələr zamanı tərəflər beynəlxalq humanitar hüquqa, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə Protokollarına əməl etməlidirlər. Bu sənədlərin əsas prinsiplərindən biri fərqləndirmə prinsipidir. Bu prinsipə görə münaqişə tərəfləri mülki şəxslərlə döyüşçüləri, eləcə də mülki obyektlərlə hərbi obyektləri bir-birindən aydın şəkildə ayırmalıdır. Mülki şəxslər birbaşa hücum obyekti ola bilməz. Onlara qarşı qəsdən edilən hücumlar beynəlxalq hüququn ciddi pozuntusu sayılır".
Hüquqşünas bildirib ki, digər mühüm prinsip proporsionallıq prinsipidir:
"Hətta hərbi hədəf mövcud olduqda belə, əgər hücum nəticəsində gözlənilən mülki itkilər hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz hesab olunur. Bundan əlavə, tərəflər mülki əhalini qorumaq üçün mümkün bütün ehtiyat tədbirlərini görməlidirlər.
Mülki əhaliyə qarşı qəsdən hücumlar müharibə cinayəti kimi qiymətləndirilə bilər və bu cür əməllərə görə fərdi cinayət məsuliyyəti yarana bilər. Bu məsuliyyət həm milli məhkəmələrdə, həm də müəyyən hallarda Beynəlxalq Cinayət Məhkəməsində araşdırıla bilər. Nəticə etibarilə, beynəlxalq hüquq normalarına görə mülki əhalinin hədəf alınması qəbuledilməzdir və hüquqi baxımdan ciddi şəkildə qadağandır".
O deyib ki, beynəlxalq humanitar hüquqa görə hərbi obyektlər legitim hədəf hesab oluna bilər:
"Ancaq bu, "istənilən halda vurmaq olar” demək deyil. Hücumun qanuni sayılması üçün bir neçə ciddi şərt var. Əvvəla, obyekt həqiqətən hərbi obyekt olmalıdır. Beynəlxalq hüquqa görə hərbi obyekt dedikdə elə obyekt nəzərdə tutulur ki, onun təbiəti, yerləşməsi, məqsədi və ya istifadəsi hərbi fəaliyyətə real töhfə verir və onun məhv edilməsi konkret və aydın hərbi üstünlük yaradır. Məsələn, silah anbarı, hərbi baza, komanda mərkəzi kimi obyektlər buna daxil ola bilər. İkincisi, fərqləndirmə prinsipi qorunmalıdır. Hücum yalnız hərbi hədəfə yönəlməlidir, mülki şəxslər və mülki obyektlər birbaşa hədəf ola bilməz. Üçüncüsü, proporsionallıq prinsipi tətbiq olunur. Əgər hərbi obyekt sıx yaşayış məntəqəsində yerləşirsə və hücum nəticəsində gözlənilən mülki itkilər əldə ediləcək hərbi üstünlüklə müqayisədə həddindən artıqdırsa, belə hücum qanunsuz sayılır. Dördüncüsü, tərəflər ehtiyat tədbirləri görməlidirlər. Bu, mümkün qədər mülki itkilərin qarşısını almaq və ya minimuma endirmək üçün planlaşdırma və vasitə seçimi öhdəliyidir".
Əlövsət Allahverdiyev qeyd edib ki, bəzi obyektlər, məsələn, xəstəxanalar, dini məkanlar, məktəblər xüsusi şəkildə qorunur.
"Onlar yalnız hərbi məqsədlə istifadə edildiyi sübut olunarsa və digər şərtlər ödənərsə legitim hədəfə çevrilə bilər. Qısaca, beynəlxalq hüquq hərbi obyektlərə hücuma prinsip etibarilə icazə verir, lakin bu icazə ciddi hüquqi çərçivə və məhdudiyyətlər daxilindədir. Bu çərçivə pozularsa, hücum beynəlxalq hüququn pozuntusu və hətta müharibə cinayəti kimi qiymətləndirilə bilər"- deyə o fikrini yekunlaşdırıb.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Mart 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri