Icma.az
close
up
RU
Hava niyə fəslə uyğun keçmir? AÇIQLAMA

Hava niyə fəslə uyğun keçmir? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Havanın bu qədər dəyişkən və qeyri-sabit olmasını son dövrlərdə atmosferə antropogen təsirin artması, xüsusən də regionda baş verən müharibələrin atmosferə olan fəal təsirlərləri ilə əlaqələndirmək olar”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında meteoroloq Cavid Hüseynov bildirib.

“Hərbi əməliyyatlar zamanı istifadə edilmiş partlayıcı maddələr, yanacaq və sürtkü materialları atmosferin optik və fiziki-kimyəvi xüsusiyyətlərini (bulanıqlıq, qaz və aerozol maddələrinin əmələ gəlməsi, tərkibi və s.) dəyişməklə radiasiya, rütubət, buxarlanma və yağıntı (yağıntıların tərkibinə, miqdarına və paylanmasına) rejimlərinə təsir etməklə sinoptik şəraitin dəyişilməsinə səbəb ola bilir. Həmçinin, partlayışlardan sonra aerozol hissəcikləri turbulent axınlarla uzun məsafələrə - atmosferə daşınır. Kondensasiyaya səbəb olan müxtəlif qaz-aerozol, toz hissəcikləri və digər yanma məhsulları rütubətli havada buludluluğun artmasına, yağıntıların oksidləşməsinə (turşulu yağışlar və kondensasiya nüvəsi his olduqda qara yağışlar müşahidə edilə bilər), güclü külək və ildırımla müşaiyət olunan leysan yağıntılara səbəb olur”, - deyə mütəxəssis əlavə edib.

C.Hüseynovun sözlərinə görə, Ukraynanın Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsi nəticəsində atmosferə 97 milyon tondan çox istixana qazı atılıb. Bununla yanaşı, 25 min hektar meşə sahəsi yanıb, ümumilikdə isə 6 mindən çox yanğın qeydə alınıb. Yanğınların əhatə etdiyi ümumi sahə təxminən 500 min hektara çatır:

“Ümumiyyətlə, atmosferə fəal təsirlər həm təbii yolla, həm də insanların fəaliyyəti nəticəsində baş verir. Təbii yolla baş verən təsirlərə misal olaraq 1815-ci ildə İndoneziyanın Sumbava adasının şimalında Tambora vulkanının püskürməsini qeyd etmək olar. Tambora vulkanı tarixdə məlum olan ən güclü vulkanlardan hesab edilir. 1816-cı ildə Şimali Amerikada və Qərbi Avropada havaların çox soyuq keçməsinin əsas səbəbi sayılan bu vulkanın püskürməsi nəticəsində Çində və Hindistanda musson yağışlarının mövsümünün dövriliyi pozulmuşdu və bu da çaylarda daşqınlara səbəb olmuşdu. İqlimdə baş verən dəyişikliklərin səbəbini 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys izah edərək bildirib ki, 1816-cı ilin ("Yayı olmayan il") çox soyuq keçməsinin əsas səbəbi Tambora vulkanının püskürməsi olub”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri