Icma.az
close
up
RU
Hava şəraiti Trampa mane oldu Andiçmə mərasiminin yeri dəyişdirildi

Hava şəraiti Trampa mane oldu Andiçmə mərasiminin yeri dəyişdirildi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında andiçmə mərasimi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Tramp soyuq hava şəraiti ilə əlaqədar yanvarın 20-də andiçmə mərasimini Konqres binasının içərisindəki Rotunda keçirmək qərarına gəlib.

Tramp həmin gün Vaşinqtonda hava temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyinə diqqət çəkərək “Prezidentliyimə başlamazdan əvvəl andiçmə mərasimini düşünərək, ölkəmizin insanlarını qorumaq mənim borcumdur” deyib.

O, həmçinin yanvarın 20-də gün ərzində keçiriləcək digər tədbirlərdə dəyişiklik olmayacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ronald Reyqanın da andiçmə mərasimi sonuncu dəfə 1985-ci ildə eyni səbəbdən Rotunda keçirilib.

Roza

seeBaxış sayı:41
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri