Icma.az
close
up
RU
Havadan benzin istehsal edən cihaz hazırlanıb

Havadan benzin istehsal edən cihaz hazırlanıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ şirkəti havadakı karbon qazından istifadə edərək qalıqsız benzin istehsal edən cihaz hazırlayıb. Cihazın 2025-ci ilin payızında təqdim ediləcəyi gözlənilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən yanacaq şirkəti "Aircela" birbaşa atmosferdən karbon qazını qəbul edərək benzin istehsal edən yeni maşın hazırladığını açıqlayıb. Şirkət bu cihazın yalnız hava, su və bərpa olunan enerji ilə işlədiyini və ətraf mühitə zərərli heç bir tullantı əmələ gətirmədiyini açıqlayıb.

Sənaye soyuducu ölçüsündə olan cihaz, illərdir mövcud olan “birbaşa karbon tutma” texnologiyasından fərqli şəkildə istifadə edir. Mövcud texnologiyalar ümumiyyətlə karbonun tutulması və saxlanmasına diqqət yetirsə də, "Aircela"nın maşını bu karbonu birbaşa yanacağa çevirir.

İstehsal edilən benzinin tərkibində klassik qalıq yanacaqlardan fərqli olaraq kükürd, etanol və ağır metalların olmadığı bildirilir. Üstəlik, bu yanacağın heç bir infrastruktur dəyişikliyinə ehtiyac olmadan mövcud benzin mühərriklərində istifadə oluna biləcəyi vurğulanır.

"Aircela"nın baş direktoru Erik Dahlqren: "Biz prototip deyil, işləyən bir maşın hazırladıq", - deyib və cihazın aktiv şəkildə işlədiyini bildirib. Popular "Science"a danışan şirkət rəsmiləri cihazın gündə təxminən 37 litr karbon qazı tuta biləcəyini, 3,7 litr benzin istehsal edə biləcəyini və çənində 64 litrə qədər benzin saxlaya biləcəyini söyləyib.

Hələ satışa çıxarılmazdan əvvəl maşının qiyməti açıqlanmasa da, şirkət onun prioritetləri arasında “əlverişli və miqyaslı” olduğunu bildirir. Cihazın yığcam ölçüsünün onun geniş şəkildə yayılmasını daha sürətli və qənaətcil edəcəyi gözlənilir.

"Aircela" hesab edir ki, bu kimi portativ sistemlər karbon-neytral yanacaqların daha geniş yayılmasının ən sürətli yoludur. Şirkət cihazın ilk distribütorluğuna 2025-ci ilin payızında başlamağı planlaşdırır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri